Remark qadınlar haqqında

Sevgi… qadını daha itigozlu edir. — Heç kim qadın hiyləsinə dayana biləcək möhkəm divarlar tikə bilməz.

— Qadınla mübahisə etmək mümkün deyil. Ən pis halda ona hirslənmək olar.

— Qadın xoşbəxt olanda onun haqqında çox şey demək olmur. Amma bədbəxt olanda nə qədər şey danışmaq olar...

— Qadınlar sevəndə ağıllanırlar, amma kişilər başlarını itirirlər.

— Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.

— Əgər qadın başqasına aiddirsə, o 5 dəfə daha artıq arzu ediləndir.

— Əgər qadın əsəbiləşirsə, deməli o həm haqsızdır, həm də haqsız olduğunu bilir.

— Qadınlar həmişə kişilərin unutduqları şeylərə görə narahat olurlar, kişilər isə qadınların xatırladıqları şeylərə görə.

— Qadına heç nəyi başa salmaq lazım deyil, ancaq hərəkət etmək lazımdır.

— Ana olmamış qadın onun taleyinə yazılmış ən möhtəşəm şansı qaçırmış qadındır.

— Sevgi… qadını daha itigözlü edir.

— Qadını sevməkdən xilas olmağın yolu onunla müntəzəm olaraq yatmaqdır. Təxəyyüllə azadlıq vermək olmaz.

— Ləçər, yoxsa müqəddəs?.. Nəticədə hansısa bir fərqi varmı? Əsas odur bizim özümüz ona necə yanaşırıq?

— Qadın – sizin üçün metaldan hazırlanmış mebel deyil, o – çiçəkdir. O, işgüzarlıq istəmir. Ona işıqlı, xoş sözlər lazımdır. Onun üçün bütün ömrü boyu çalışmaqdansa, ona hər gün xoş sözlər demək yaxşıdır.

— Qadınlara ya gərək ibadət edəsən, ya da tərk edəsən. Qalan hər şey yalandır.

— Mən onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.

— Bir şeyi yadda saxla: qadının gözündə bir də heç vaxt onun üçün nəsə edəndə göründüyün kimi gülməli görünməyəcəksən.

2 şərh

MURAD_SEYFULLAYEV
«Ana olmamış qadın onun taleyinə yazılmış ən möhtəşəm şansı qaçırmış qadındır»- Çox güman ki, Remark bunu ana olmaq istəməyən qadınlar üçün demişdir. Təəssüf ki, əksinə, müasir dövrümüzdə ana olmaq istəyən qadınlar üçün bu şansa çevrilir. 
azadmamedov90
Məncə də qadına sevgi dolu sözlər demək gözəldir, ama qadının daxilindədir analıq hissi, və sevmək hissi, bağışlamaq hissi… Ta ki, onu öz daxilində Eqoları ilə boğanadək.