Həyatda hamı özü mütləq səhv etməlidi

İntuisiya- qəribə şeydi. Onu inkar da etmək olmur, başa salmaq da.

Tibb bacılarını heç nə ilə təəccübləndirmək olmur, bəlkə ancaq sağalmaqla.

Qorxuram ki, bu qədər müşahidədən sonra insan təbiətindən yaxşı heç nə gözləməyə dəyməz.

Nigah sevgidən daha çox önəm kəsb edir. Burda əsas olan- hörmətdi. Lakin, onu heyranlıqla səhv salmaq lazım deyil.

Doxsan doqquz halda qadınlar özlərini axmaq kimi aparır, lakin yüzüncü dəfə kişilərdən daha hiyləgər olurlar.

Həyatda hamı özü mütləq səhv etməlidi.

Qadın və kişi arasındakı bağlılıq əvvəl illüziyadan başlayır. Siz dünyada hər şey haqqda eyni fikrə malik olduğunuzu düşünürsünüz.

Qadına vurulmuş kişi çox yazıq görkəm alır.

Müharibə heç bir problemi həll etmir: qələbə də məğlubiyyət qədər acı nəticələr verir.

Cinayət səhnəsini bərpa etmək detektivin məqsədidi. Faktları ardıcıl sıralamaq lazımdı,kartdan ev düzəldərkən kartları düzdüyünüz kimi.

Vaxt- çox qeyri müəyyən anlayışdı. Kiməsə o çox uzun gəlir, kiməsə isə tam əksinə.

Düz olanı öyrənmək heç zaman gec deyil.

Şeytan özü öz qulluğundadı.

Əgər sirri ikidən çox adam bilirsə, o artıq sirr deyil.

Deyirlər ki, ölü haqqda ya yaxşı danışmaq lazımdı, ya da ümumiyyətlə danışmaq lazım deyil. Məncə, bu cəfəngiyyatdı. Fakt həmişə faktlılğında qalır.

Qadınlar gözləyə bilmirlər, bunu yadda saxlayın.

Aqata Kristi 

0 şərh