Tərbiyədə ata faktoru


Fatih Sultan Mehmet Xan uşaqkən çox yaramaz bir şagird idi. Dərs zamanı etdiyi ərköyünlüklə müəllimi Ağşəmsəddini hövsələdən çıxarardı. Müəllimi ona hirsləndiyi zaman dərhal «Mən Padşahın oğluyam! Mənə heç nə edə bilməzsən!» deyib, onu təhdid edirdi. Padşaha şikayət etməyi ədəbsizlik sayan Ağşəmsəddin vəziyyəti II Murada izah edə bilmirdi. Ancaq gün gəldi ki, artıq kiçik Mehmetin etdiyi ərköyünlük və dəcəlliklər dözülməz hala çatdı. Bununla bağlı Ağşəmsəddin bir gün izn alıb II Muradın hüzuruna çıxdı.
«Padşahım, sizə xüsusu bir ərzim var. Ancaq söyləməyə həya edirəm» deyincə, II Murat «Buyur, çəkinmədən izah elə!» dedi.
Bu söz Ağşəmsəddini rahatlatdı və başladı hadisəni izah etməyə.
— Padşahım! Oğlunuz, ciyərparəniz Mehmet çox ərköyündür. Onun nadincliyi və ərköyünlüyü üzündən dərsini keçə bilmirəm. Özünə hirsləndiyim zaman da dərhal sizinlə məni təhdid edir, — deyincə, II Murat Ağşəmsəddinin yanına gələrək qulağına nəsə pıçıldadı. II Muradın qulağına söylədiyi sözləri eşidən Ağşəmsəddin çox təəccübləndi. Bu nə plan idi? Bu planı həyata keçirmək mümkün deyildi! Ağşəmsəddin planla bağlı narahatlığını padşaha bildirsə də padşah onu dinləmədi və «bu iş olacaq» dedi.
Ertəsi gün yenə dərsdə Mehmet dəcəllik edirdi. Ağşəmsəddinin xəbərdarlığına yenə eyni, həmişəki təhdidlə cavab verdiyi zamanda padşah qəflətən qapını açıb içəri girir. Bu hadisə qarşısında Ağşəmsəddin qəzəbindən padşahın üstünə qışqırır və padşaha bir şillə vuraraq bu şəkildə sinifə girilməz olduğunu, icazə istəyib, sonra daxil ola biləcəyini deyib, dərhal çölə çıxmasını istəyir. Padşah pərt bir şəkildə, boynunu bükərək üzr istəyir və çölə çıxır.
Bu hadisə qarşısında Fatih Sultan Mehmetin nitqi tutulur, nə edəcəyini bilməyərək təəccüblə olanları izləyirdi. Güvəndiyi atasına şillə vurulmuş, Fatih Sultan Mehmet çaş-baş qalmışdı. Bir az sonra qapı döyülür və padşah peşman, xəcalətli şəkildə üzr istəyərək içəri daxil olur.
Plan möhtəşəm bir şəkildə işləmişdi. O gündən sonra Fatih Sultan Mehmet əsla dəcəllik, ərköyünlük etmədi. Çünki güvəndiyi dağlara qar yağmışdı...
 
Təhsilin nə olduğunu II Murat qədər olmasa da, ən azından öz uşağını səhv yollara düşməyəcək qədər dərk etmiş ana və atalara ehtiyac var. Unutmayaq: Uşaqlar ərköyün doğulmur; diplomlu, maaşlı amma savadsız valideynlər tərəfindən lazımsız əzizlənir.
 

3 şərh

pascal
"İndiki zəmanə uşaqları bilirsən nədirlər...?!" Ədayla deyilmiş bu sözləri bəlkə çoxunuz böyüklərdən eşitmisiniz. Amma mən bu cümlədəki «uşaqlar» kəlməsini çıxarıb, yerinə «valideynlər» sözünü məmnuniyyətlə qoyardım. Bəli! "İndiki valideynlər bilirsən nədirlər..?!" 1, uzaqbaşı 2 övlad dünyaya gətirir, tərbiyəyə gəlincə də mindirirlər boyunlarına. Nöqsan tutanda da deyirlər, «Neyniyim e, bir dənədir də..» O, bir dənənin nazını çəkməkdən, hər istədiklərini yerinə yetirməkdən tərbiyə və əxlaqi cəhətdən necə bir yoxsul uşaq böyütdüklərindən belə xəbərləri olmur. Anlayırıq ki, indiki iqtisadi cəhətdən çətin olan bir vaxtda hər iki valideyn işləmək məcburiyyətində qalır. Bu, normaldır. Amma heç olmasa işdən sonrakı zamanınızı hər anını övladlarınıza həsr etməyə çalışın. Qınamayın məni. Gördüklərim qədərilə danışıram. İndiki valideynlər kompüter və ya telefonlarda fb, insatgram, twitter, whatsAppda keçirtdiyi vaxtlı və diqqəti uşaqlara ayırsalar bəlkə normal uşaq cəmiyyətə bəxş edərlər.

Məqalədə də göründüyü kimi ta XV-ci əsrdəki uşaqlar da nadinclik, ərköyünlük, özbaşınalıq ediblər. Amma valideynlər və yaxud onlarla məşğul olan dayə və müəllimlər üzərlərinə düşən vəzifələrinin öhdəsindən düzgün gəlincə uşaq da doğru tərbiyədən nəsibin alır.

Əziz valideynlər və gələcəkdə valideyn olacaq qızlar, oğlanlar! Onsuz da məhdud sayda övlad gətirirsiz dünyaya. Heç olmasa onların tərbiyəsinə — əyləncəsinə, savadına, ətrafdakılarla münasibətdə necə davranmalarına və s. zaman ayırın. Doğru-düzgün tərbiyəli nəsil yetişdirmək gələcəkdə qarşımıza çıxacaq doğru İnsan — müəllim, həkim, mühəndis, məmur və başaqlarıdır. Özümüz oturduğumuz budağı baltalasaq, vaxtı gələndə o budaqdan tappıltıyla yerə düşən elə özümüz olacağıq.

Gözəl, ibrətamiz topikə görə də təşəkkür.
Ferbara
Mən təşəkkür eliyirəm. :)
Düzdü. Uşaq su kimidi. Ona qab olmaq lazımdı ki, yerə tökülüb çirklənməsin… Yoxsa sonra çəkilməz olur, içmək olmur o suyu. 
azadmamedov90
Az uşaq məsələsində belə bir söz eşitmişdim- Qız doğurqanmıdır?
 Bu sözü kimə desən adama gülüb lağ edər ki, «sən ailəni nə məqsədlə qurursan?!»
Ay balam,  indi hara baxırsan "çin istehsalı" olan uşaqlardı. Bu dövrdə cəmi bir övlada sahib olurlar, o da yarı-yarımçıq. Sonra da başlayırlar nazı ilə oynamağa.
 Tərbiyə isə indi get-gedə çətinləşir, ətrafımdakı insanlara baxıram, heç də tərbiyə zad vermirlər, istər ziyalı ailə, lap istərsə də savadsız, evdə «ağzına gələn»i deyən ailə olsun.