Əllər qadının vizit kartıdır

İlkin təəssüratı dəyişmək üçün bir də heç vaxt ikinci şansımız olmayacaq.

Yaş qadın üçün əsas deyil: 20 yaşda valehedici, 40 yaşında və ömrünün sonuna qədər cazibədar olmaq olar.

Paradoks: Kişi nə qədər axmaq və uğursuzdursa, qadına bir o qədər çox irad tutur.

İstənilən addımı atmağa hazır olan kişi sevilməyə məhkumdur.

Əgər bir qadın gözəlliyi ilə sizi heyrətləndirib və valeh edibsə, amma siz onun nə geyindiyini heç cür xatırlaya bilmirsinizsə, deməli o, qüsursuz geyinib.

Qadının ən dəbli aksessuarı və bəzəyi — yaraşıqlı kişidir!

Qadını heç nə bahalı kostyum qədər yaşlı göstərmir.

Əsl alicənablıq nankorluğu bağışlamağı bacarmaqdır.

Paltarın yuxarısını tikmək pyesin ilk aktını yazmaq qədər asandır. İncəsənət – onu necə bitirməyindədir.

Ətir görünməz olsa da, unudulmaz və bənzərsiz aksessuardır. Qadının gəlişindən xəbər verir və gedəndən sonra onu xatırladır.

Hər şey öz əlimizdədir, ona görə də onları əldən vermək olmaz.

Ətir vurmayan qadının gələcəyi yoxdur.

Heç vaxt sahib olmadığınız şeyə sahib olmaq istəyirsinizsə, o zaman heç vaxt etmədiyiniz şeyi etməlisiniz!

Qadın bəzənmirsə, demək özü haqda çox yüksək fikirdədir.

Vaxtınızı heç vaxt üzünüzə açılmayacaq qapını döyməyə sərf etməyin.



Gözəllik silahdır! Təvazökarlıq zəriflikdir! Zinət isə elmdir!

Əllər qadının vizit kartıdır, boynu onun şəxsiyyət vəsiqəsidir, sinəsi isə xarici pasportu! 

Hər kişinin həyatında ancaq bir qadın olur, qalanları onun kölgəsidir…

Sevilməyən qadın – sıfırdır, heç nədir. İnanın, fərqi yoxdur qoca, ya cavan, həyat yoldaşı, yoxsa sevgili… Sevilməyən qadın – ölmüş qadındır.

Koko Şanel 
 

0 şərh