Mövlananın vəsiyyəti

Ölərkən dostuna dediyi sözlər:
«Mən sizə, gizli və açıq Allahdan qorxmanızı, az yemək az yatmaq az danışmağı vəsiyyət edirəm. Günahlardan çəkinmənizi, oruc tutmağa və namaz qılmağa davam etmənizi, daim şəhvətdən qaçmağınızı, xalqın əziyyət və cəfasına dayanmanızı avam və səfehlərlə deyil, kərəm sahibi olan saleh kəslərlə birlikdə olmanızı vəsiyyət edirəm. İnsan üçün ən xeyirli iş onun başqa birilərinə faydasının toxunmasıdır. İnsan üçün ən xeyirli söz isə az deyilən və öz həmin adamın öz ruhundan gələn sözdür. Həmd, tək olan Allaha məxsusdur. Tövhid əhlinə salam olsun».

Daha sonra isə özündən sonrakı varisi dövrün filosofu olan sultan Vələdə üzünü çevirir:
«Ey oğlum! Sənə vəsiyyət edirəm ki:
Elm, ədəb və təqvaya tapın.
Hər zaman keçmiş din böyüklərinin əsərlərini araşdır.
Əhli-sünnə və camaat yolundan ayrılmamaq vəzifə olsun.
Fiqh (İslam hüququ) və Hədis-i şərifi öyrən, cahil sufilərdən olma.
Namazı hər zaman camaatla qıl, lakin imam və müəzzin olma.
Şöhrət istəmə, çünki şöhrət insana zülm edər.
Yüksək mövqeyə bağlı olma.
Yazdığın şeylərdə adını yazma.
Məhkəmədə hakim hüzuruna çıxma. Kimsəyə zamin olma.
Xalqın işlədiyi işlərə qarışma.
Dövlət böyüklərinin uşaqlarıyla yoldaşlıq etmə.
Təcrid olunmuş çəkilmə, tək qalma.
Çox danışma, çox dinlə. Çünki çox söz eşitmək ürəyə nifaq verər.
Sözü inkar etmə. Onu söyləyənlər və ona sahib çıxanlar çoxdur.
Xalqın pislik və əyrilərindən aslandan qaçar kimi qaç.
Qadınlardan və dinində yanlış olanlardan çəkin.
Hər kəslə, əsasən də zənginlərlə söhbət etmə (oturub qalxma).
Halal ye və şübhəlilərdən kənar ol.
Dünya malına qapılma. Dünya arzusu dinin hədər olmasına səbəb olar.
Çox gülmə və qəhqəhə çəkmə. Çünki çox gülmək ürəyin ölümüdür.
Hər kəsə şəfqətlə bax. Xainliklə baxmaq cahillərin işidir.
Xaricini bəzəmə. Çünki zahirin bəzəyi ürəyin, ruhun xarab olduğunu göstərir.
Başqalarıyla mübarizə etmə və heç kimdən bir şey istəmə.
Alimlərə, övliyalara bütün varlığınla xidmət et.
Din böyüklərinin hallarını yüksəldiyi məqamları inkar etmə. Çünki inkar edənlər rahat və qurtuluş üzünü görə bilməzlər».

Yenə ölməsinə yaxın dostu Siracəddinə həm yaxşı, həm də çətinlikli zamanlarında oxuması üçün bu duanı oxumasını tövsiyə edib:

Böyük övliya vəsiyyətini tamam edərkən üzünü Allaha tutub:
"Ya Rəbbi! Sənə vəsilə olan sağlamlığı, səni bol-bol təsbeh etmək üçün istəyirəm. Ya Rəbbi! Mənə, nə Sənin zikrini unutduracaq, Sənə olan şövqümü söndürəcək, Səni təsbeh edərkən duyduğum ləzzəti kəsəcək bir xəstəliyə uğratma. Məni Səndən azdıracaq, şər və zərərimi artıracaq bir səhhət bəxş etmə. Ey mərhəmət edənlərin ən mərhəmətlisi!”.

Bu onun son sözləri olsa da Mövlanə Cəlaləddin Rumi 8 əsrdir ki, insanlarla danışır.

Elmin Nuri
 

0 şərh