Mərdlik və igidlik haqqında atalar sözləri

Ağalıq verimlədir, igidlik vurumla.

Ağac əyildi, sındı, igid əyildi, öldü.

Aydan arıyam, sudan duru.

Alıcı quş dimdiyindən bilinər.

Alnım açıq, üzüm ağ.

Araba qoş, çarxa dur,
Mərd igidə arxa dur.

Aslanın nə erkəyi, nə dişisi.

Asta vur, Rasta vur.

At ət ilə, igid don ilə.

At ölər nalı qalar, İgid ölər namı qalar.

Beş günün yarağı, bir günün gərəyi.

Bir igid qırx ildə meydana gələr.

Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar.

Bir qorxaq bir ordunu bada verər.

Vura bilməyən, daşın böyüyünü götürər.

Vuran igid dayısına gəyişməz.

Vuraram ölər, kiş deyərəm getməz.

Vur qırxı, gedər qorxu.

Vur deyənlə, vuran yarıdır.

Qapan it dişin göstərməz.

Qaçanı qovmazlar.

Qılıqlı min evi yeyər, qılıqsız bir evi də yeyə bilməz.

Qorxaq qaçar hay gəlməmiş, cırmanar keçməyə çay gəlməmiş.

Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol.

Qorxaq nə zərər eylər, nə mənfəət. Qorxaq hər şeyi dörd görər.

Qorxaq öz kölgəsindən də qorxar.

Qorxan gözə çöp düşər.

Qorxan öküz cütə getməz.

Qorxu adama yalan söylədər.

Qorxu başa bəladır.

Qorunan baş salamat olar.

Qorxursansa pişikdən, niyə çıxırsan deşikdən.

Qoçdan qoç törər.

Qoç döyüşünə qoç dözər.

Qoç igid qurddan çəkinməz.

Qurbansız bayram olmaz.

Qurddan qorxan qoyun saxlamaz.

Quş var ətin yeyərlər, quş var ət yedirdərlər.

Quşqun olub quyruq altına keçincə, yüyən ol başa keç.

Dağlar başına qış, igid başına iş.

Zəri də var, zoru da.

İgid arxasında igid gizlənər.

İgid ağzını açmaz, əlini açar.

İgid qovqasız olmaz.

İgid igidə xor baxmaz.

İgid ilqarından, dəvə ovsarından.

İgidin başı qalda gərək.

İgidin əli işdə gərək.

İgidin yaraşığı sınaqdır.

İgidin süfrəsi açıq olar.

İgidin ürəyi haça olar.

İgid min yaşar, fürsət bir düşər.

İgidlik döyüşdə məlum olar.

İgidlik ondur: biri zordur, doqquzu fənd.

İgid oğul düşmənə əyilməz.

İgid odur atdan düşə atlana, igid odur hər yaraya qatlana.

İgid ölər, adı qalar.

İgid ölər adı qalar, müxənnətin nəyi qalar?

Yanında igid olsun, kol dibi evin olsun.

Keçmə namərd körpüsündən qoy aparsın sel səni,
Yatma tülkü daldasında qoy yesin aslan səni.

Mərddən bir xəta, namərddən min.

Mərd əli kasad olmaz.

Mərdi qova-qova namərd eləmə.

Mərd igidlər süfrə açar, ad alar.

Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar.

Mərdin gözü tox olar, namərdin gözü ac.

Mərd gördüyün deməz.

Mərd mərdi qanar, bərkdə oduna yanar.

Mərd özündən bilər, namərd yoldaşından.

Mərd çörəyini daşdan çıxardar.

Namərddən keç, mərddə dur.

Namərdə yaxa vermə, mərdə arxa ol.

Namərdi bir gördüm, bir də görsəm namərdəm.

Namərdin otağından, mərdin ağac kölgəsi.
Namərdin plovundan, mərdin qaşıq aşı.

Namərdə tuş gələnin işi düyünə düşər.

Pis iş mərdə ar olar, namərd gözü dar olar.

Təkədə qoç hünəri olmaz.

0 şərh