İnsanlar həmişə onlardan gözlədiyinin əksi olurlar

«Məncə qadınların özlərini kişilərlə müqayisə etməyi ağılsızlıqdır. Çünki qadınlar onlardan xeyli yüksəkdədir və bu, hər zaman belə olub.

Qadına nə verirsinizsə verin, əvəzində verdiyinizin mislini sizə qaytaracaq. Qadına nütfə verirsiz, o sizə uşaq qaytarır. Ev verirsiz, o, sizə ailə ocağı qurur. Ərzaq verirsiz, sizə yemək bişirir. Üzünə gülürsüz, qəlbini sizə açır. Bir sözlə, verdiyiniz hər şeyin əvəzini artıqalaması ilə qaytarır. Yəni, deməyim odur ki, qadının ürəyini murdarlasaz, o zaman tonlarla zibil qəbul eləməyə də hazır olun!»

«Qəflətən başa düşdü ki, bu həyatda salınmış cığırları yenidən salmaq və dayanmadan öz addımlarını izləmək nə qədər cansıxıcıdır.»

«Bir nəfərdən qorxursansa, ona nifrət etməyə başlayırsan və hər zaman onun haqqında düşünür, onu ağlından çıxara bilmirsən.»

«Onlar qoşa addımlayırdılar — bir-birinə xəbərdarlıq edə bilməyən hiss və düşüncənin qoşa dünyası»

«Güclü, ya da zəif olmağının məsələyə dəxli yoxdur, əsas odur ki, vicdanın olsun.»

«Təfəkkür — bu, qiymətli şeydir, ondan çoxlu xeyr götürmək olar.»

"Ümumiyyətlə, qadınların evlilik məsələsini gərək başqası həll etsin, özlərinə qalanda ancaq yoldan keçənə könül verirlər." 

«Elə ifadələr var ki, az qala iri hərflər kimi adamın gözünə girir və onlardan ən böyüyü — nifrət və düşmənçilikdir.» 

"- Qanun! Sən qanunu pozursan!
— Hə, nə olsun?
— O olsun ki, bizim qanundan başqa heç nəyimiz yoxdur!"

"Əgər gün işıqlı olsaydı, onlar utanıb yerə girərdilər, amma hər tərəf qaranlıq gecə idi."

"İnsan ağlı istənilən qanunu dərk edir, amma buna baxmayaraq, uşaq kimi hər dəfə o qanunlara aldanır."

"İnsanlar həmişə onlardan gözlədiyinin əksi olurlar." 

«Heç olmasa ömründə bircə dəfə sönmüş ocaq ətrafında əyləşib öz həyatını onun külü ilə müqayisə edən adamlar bir-biri ilə qohumdur.»

"İnsanın inamını onun xasiyyəti formalaşdırır, kimliyindən asılı olmayaraq, çox şey həyatda düşdüyün şəraitlə bağlıdır."

«Yaxşı adamlarla uşaqlar arasında ümumi cəhətlər var — onların heç birini məyus etmək olmaz.» 

Uilyam Qoldinq

0 şərh