Yalnız tənhalıqda azad olmaq olar | Artur Şopenhauer

Artur ŞopenhauerAğıllı insanlar təklik axtarmaqdan daha çox, axmaq insanların yaratdığı səs-küydən qaçarlar.

Həyat – gənclik-nöqteyi nəzərindən sonsuz gələcək, qocalıq nöqteyi-nəzərindən isə qısa keçmişdir.

Heyvanlara qarşı qəddar olan şəxs, insanlara qarşı heç vaxt mehriban ola bilməz.

Hər birimizin doğuşdan sahib olduğumuz yeganə səhv – mütləq olaraq xoşbəxtlik üçün yaranmışıq ideyasına duyduğumuz əminlikdir.

Özümüzə tez-tez bu cümləni xatırlatmaq yaxşı olardı: “Mən bunu dəyişə bilmirəm, geri qalan bundan özüm üçün fayda götürməkdir”.

Qadınlarsız həyatımız ilk əvvəldə müdafiəsiz, ortada həzzsiz, sonda isə təsəllisiz olardı.

Lixtenberq dedi: “Baş kitab ilə toqquşduqda yaranan boşluq səsi hər zamanmı kitabdan gəlir?”

Tənhalığı sevməyən azadlığı sevmir və yaxud yalnız tənhalıqda azad olmaq olar.

Hər kəsi dinləmək olar, lakin hamı ilə danışmağa dəyməz.

Zənginlik dəniz suyu kimidir. Nə qədər çox içsən, susuzluq bir o qədər artır. Bu şöhrət hissinə də aiddir.

Digər insanların sahib olduğu dəyərləri tanımaq və qiymətləndirməyi bacarmaq üçün şəxsi dəyərlərə sahib olmaq lazımdır.

İnsanların tale adlandırdıqları əslində özü tərəfindən törədilən axmaqlıqlardır.

Hər bir uşaq müəyyən mənada dahi, hər bir dahi isə müəyyən mənada uşaqdır.

Düşməninin bilməməli olduğu şeylər barədə dostuna bəhs etmə.

Dünya – sağalmaz xəstələrin müalicə aldığı yerdir. 

Artur Şopenhauer

0 şərh