Fridrix Nitşedən sitatlar

Uzun və böyük iztirablar insanı tirana çevirir.

Müharibədən (mücadilədən) imtina edən insan, bu seçimiylə böyük həyati sevinclərdən də imtina etmiş sayılır.

Rəqs edən ulduz doğurmaq üçün, öz varlığında hələ uzun müddət xaos daşımalısan.

İnsanın susqunluğu nə qədər uzun sürsə, danışarkən bir o qədər ağıllı danışacaq.

İçində xaos gəzdirməyən ulduzlar doğura bilməz.

İnsan günahını bir kəsə etiraf etməklə, o günahı unudur, etirafı dinləyənsə unutmur.

İnsan özünü sevməyi öyrənməlidi, – mən belə öyrədirəm – sağlam və bütöv sevgiylə sevməyi. Sevməlidi ki, özünə qatlaşmağı bacarsın və orda-burda sürünməsin.

Özünü dərk etmiş insan – öz-özünün cəlladıdır.

Əxlaq – insanın təbiət qarşısında sərgilədiyi ləyaqətdir.

Biz gələcəkdən ötrü yaşamırıq, keçmişimizi qorumaqdan ötrü yaşayırıq.

İstənilən dində mömin insan bir istisnadır.

“Doğmanı özün kimi sev” düşüncəsi hər şeydən öncə bu anlama gəlir: “Sənə doğma olan insanı rahat burax”.

Əzabdan qurtulmağın iki yolu var: sürətli ölüm və sürəkli sevgi.

Bağışlamağı bacarmayan insanlardan ikrah duyuram.

Azad zəka əsaslandırma tələb edir, digərləri sadəcə inanc.

Əslində dinlə elm arasında nə dostluq var, nə qohumluq var, nə düşmənçilik. Onlar sadəcə fərqli qütblərdə yerləşirlər.

Dəyərli hadisələr qışqır-bağırın, səs-küyün yox, ən sakit saatların bəhrəsidir.

Əsl kişi iki yaşantını sevir: təhlükəni və oyunları. Buna görə də ən təhlükəli oyuncaq olan qadının peşindədir.

Yaxşı nədir? Qüdrət ehtirasını, möhkəmlik əzmini artıran hər şey.
Pis nədir? Zəiflikdən doğan hər şey.

Əgər köləsənsə, dostluğu bacara bilməzsən. Əgər tiransansa, dost qazana bilməzsən.

Həqiqətin ən böyük düşməni yalan yox, əminlikdir.

Həyata keçirdiyimiz hər hərəkət, hər davranış bizi sürəkli olaraq şəkilləndirib, yenidən yaradır.

Döyüşkən insan sülh ərəfəsində öz-özüylə savaşır.

Mən sizə kömək etməyə gəlmişəm, siz isə sizinlə birgə ağlamadığım üçün məndən şikayətlənirsiz.

Paxıl insanlar tez-tez bacarmadıqları işləri pisləyir və səviyyəcə heç zaman yetə bilməyəcəkləri insanları tənqid edirlər.

Analıq həmişə hörmətəlayiqdir. Atalıq isə təsadüfi haldır.

Sümüksüz balıq olmadığı kimi, nöqsansız insan da yoxdur.

Dostoyevski, psixoloji baxımdan hansısa bilgilər əxz etdiyim yeganə psixoloqdur.

Öz-özünə gülməyi bacarmayan bütün insanlara gülürəm.

Diplomatiya, buruntaq hazır olanadək iti sığallayıb sakit saxlamaq qabiliyyətidir.

İnsanı xarici şəraitdən ziyadə, zehnindəki düşüncələr bədbəxt yaxud xoşbəxt hiss etdirir. Fikirlərini idarə etməyi bacaran insan, xoşbəxtliyini də idarə edə bilər.

Həqiqət ucbatından həlak olmayaq deyə sənətə qucaq açdıq.

Sevgi – bir kəsin nəsnələri olduğundan fərqli gördüyü bir haldır.

Özün haqqında xoş sözlər eşitmək istəyirsənsə, öl.

Bütün maneə və çətinliklər bizi yüksəyə qaldıran mərhələlərdi.

İnsanda nəcib cəhətləri görmək istəməyən və əsas diqqətini onun naqislikləri üzərində toplayan insan bununla öz nanəcibliyini yetərincə ələ vermiş olur.

Sevməyi və mehribanlığı uşaqlıqdan öyrənmək lazımdı.

Böyük zəkalar skeptik xassəyə malikdilər.

Bilgə bir qadının sevgisi özgüvənsizlikdən əziyyət çəkən bir kişini bu vəziyyətdən xilas edə bilər.

Nəticədə, insan arzuladığı nəsnədən çox arzulamaq prosesinin özünü sevir.

Güləyən, şən yırtıcı sentimental zəhlətökəndən yaxşıdır.

Qısqanclıq kəskin duyğu olsa da, böyük axmaqlıqdır.

Əksər insanlar yaxşı yaddaşa sahib olduqları səbəbindən orijinal mütəfəkkir ola bilmirlər.

Qadınla kişinin dostluğu mümkündü… Əgər aralarında bəlli dərəcədə fiziki ikrah varsa.

Ən ağıllı və güclü insanlar, digərlərinin fəlakət görəcəyi yerdə xoşbəxtlik tapırlar: labirint içində dolaşmaqda, özünə və digərlərinə qarşı duyduqları sərtlikdə, çətinliklərdə. Belə insanlar özləri üzərində qurduqları hakimiyyətdən həzz alırlar, asketizm onların ikinci təbiətinə, zərurətinə, instinktinə çevrilir.

Dünyanın çirkin bir yer olduğuna qənaət gətirən xristianlıq, onu həqiqətən də çirkin bir yerə çevirdi.

Düşməni bağışlamaq dostu bağışlamaqdan asandır.

İnsanlarla ünsiyyətdən qaçmıram, insanla insan arasındakı hədsiz uzaqlıq məni tənhalığa qovur.

Nə cəhənnəm var, nə şeytan. Ruh bədəndən əvvəl öləcək. Ölümdən qorxmağa gərək yoxdur.

Kimin üçünsə tənhalıq xəstənin qaçışıdır, kimin üçünsə xəstəlikdən qaçış.

Sevə bilmədiyin yerdən ötüb keçmək lazımdır.

Fəlsəfə insan üçün qəlbin labirintində, daxili dünyanın mərkəzində, heç bir tiraniyanın girə bilmədiyi sığınacaq yaradır və bu tiranları qəzəbləndirir.

Hər kəsə layiq olduğunu vermək: bu ədalətli davranaraq xaos yaratmaq anlamına gəlir

0 şərh