Zükerberqdən 10 məsləhət

1. Sürətlə hərəkət edin və nəyisə korlayın. Nəyisə xarab etmirsinizsə, deməli, lazımi qədər sürətli deyilsiniz.

2. Əgər indi başlasaydım işlərimi daha fərqli görərdim. Silikon vadisində yaşayanda bacarmaq üçün “mütləq burada olmalıyam” kimi hisslərə qapılırsınız. Amma yaşanacaq tək yer bura deyil. Əgər bu gün başlasaydım, Bostonda qalardım.

3. Yadıma gəlir, “Facebook”un ilk versiyasını yayımlayandan sonra dostlarımla pizza yeyirdik və “Kimsə həqiqətən belə bir xidmət təqdim etməli idi” deyə düşünmüşdük. Amma o adamların biz olacağını ağlımıza gətirməmişdik.

4. Sual “insanlar haqqında nə bilmək istəyirik?” deyil, “insanlar özləri haqqında nə izah etmək istəyir?”dir.

5. Ən böyük risk heç riskə getməməkdir. Sürətlə dəyişən dünyada müvəffəqiyyətsiz olacağına əmin olduğum tək şey riskə getməməkdir.

6. İnsanın məqsədi olmalıdır və iş qurmaq prosesi tək yox, birlikdə olmalıdır. Məni həyəcanlandıran şeyin sadəcə məqsəd olduğu düzdür, amma lap əvvəldən hər ikisinin bir-birilə vəhdətdə olduğunu bilirdik.

7. “Hakerin tərzi” deyilən anlayış var. Onlar bir şeyin heç vaxt tam olaraq bitmədiyini və hər zaman daha yaxşısı ola biləcəyinə inanırlar.

8. İnsanlar çox ağıllı və ya çox qabiliyyətli ola bilərlər, lakin bu bacarıqlarına inanmırlarsa işləyə bilməyəcəklər.

9. “Facebook”un Amerika şirkəti olmasını, Amerika dəyərlərini bütün dünyaya yaymasını istəmirəm.

10. Məqsədim heç vaxt şirkət qurmaq olmayıb. Bir çox insan sadəcə maddiyyatı fikirləşdiyimi düşünür, lakin bu səhvdir. “Sadəcə şirkət olmamaq” mənə görə dünyanı dəyişdirəcək qədər böyük bir şey etmək deməkdir.

0 şərh