Valideyn və övlad haqqında

  • Ana, bala ucundan canını oda yaxar
  • Ana qarnında necə qalıbsan?
  • Anadan əziz yenə anadır
  • Anadan əmdiyim süd burnumdan gəldi
  • Analar bizi bu gün üçün doğub
  • Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər
  • Analı quzu, xınalı quzu
  • Anan, bacın kimdir? — Yaxın qonşum
  • Ananın səbri tükənməz olur
  • Ata-ananın canı övlada bağlı olar
  • Ataya oğul, anaya qul
  • Ata malına göz dikən ac olar
  • Atam ilə atanı deyincə, özüm ilə özünü de

 
  • Böyük danışanda kiçik danışmaz
  • atalar sözləri və aforizmlərBöyük danışanı kiçik götürər
  • Böyük sözünə baxmayan baxımsız qalar
  • Böyük tökəni kiçik yığar
  • Böyüyün sözündən çıxmazlar
  • Qoca başqa, qocaman başqa
  • Qoca qurd kahasından çıxmaz
  • Qoca evin sütunudur
  • Qocaya hörmət elə, sən də qocalacaqsan
  • Qocanın biliyi, cavanın biləngi


  • Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin
  • Qız evlərdə tanınar, ipək dəzgahda
  • Qızım, sənə deyirəm, gəlinim, sən eşit!
  • Övlad ata-ananın ürəyidir
  • Övlad ya ataya oxşar, ya anaya
  • Ərkəsöyün böyüyən oğul avara olar
  • Yaxşı igid dayısına çəkər, xanım qız bibisinə
  • Kiçikdən xəta, böyükdən əta
  • Oğlum oğul olsun, kol dibi evim
  • Öz anasını sevməyən özgə anasını sevməz
  • Uşaq atadan yox, anadan yetim qalar
  • Uşaq atasını hamıdan güclü bilər
  • Uşağa uşaq deyiblər, böyüyə böyük
  • Uşaq evin yaraşığıdır
  • Uşaq gördüyün götürər, eşitdiyin deyər
  • Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar
  • Uşaq sözün düzünü deyər

     Mənbə : meneviservetimiz.az/
 

0 şərh