Dostoyevskidən qeyri-adi aforizmlər

Fyodor Dostoyevskinin ən gözəl romanlarından biri hesab olunan “Karamazov qardaşları” romanından maraqlı aforizmləri təqdim edirik.
Fyodor Dostoyevski
  • Hər qadında başqasında olmayan xüsusiyyət var. Lakin, əsas olan bunu kəşf etməyin yolunu tapmaqdır.
  • Pisliyin ləzzəti bambaşqadır. Hər kəs özünü ondan uzaq tutub, lənətləyər. Amma yenə də pislik etməklə yaxa qurtara bilməz.
  • İnsanların bir-birlərini tanımaları üçün ən yaxşı vaxt ayrıldıqları zamandır.İsanın insan sevgisi dünyamız üçün mümkün olmayacaq, möcüzə kimi bir şeydir.
  • Şeytan mövcud deyilsə, deməli onu insan icad etmişdir.
  • İnsanları döyməyə meylli olanlar arasında elələri var ki, kimisə döyərkən tam mənası ilə qızışıb sonunda şəhvət hissi duymağa başlayır.
  • Xoşbəxtliyin dərinliyinə çatmaq üçün insana bircə gün belə bəs edər.
  • İnsanın ən dəyərli xatirələri ailəsilə yaşadığı uşaqlıq illərinə aid xatirələrdir.
  • Sizdən soruşuram. Yüksək düşüncələr kimlərə məxsusdur? Bir kənara çəkilib özü üçün yaşayan varlıyamı, yoxsa özünü hər cür madiyyatdan, vərdişlər zəncirindən xilas etmiş insanmı?
  • Rusiyanın qurtuluşu xalqdadır.
  • Günahdan qorxmayın. Günah edən insanları da sevin. Belə bir sevgi ilahi sevginin nümunəsi, yer üzünün ən böyük sevgisidir.
Fyodor Dostoyevski
  • Heyvanları sevin, çünki tanrı onlara saf bir sevinc duyğusu bağışlayıb.
  • Uşaqları sevin. Çünki onlar da mələklər kimi günahsızdılar. Və qəlblərimizi paklandırmaq üçün yaradılıblar.
  • Sevgi tərbiyəedici bir qüvvədir. Fəqət bu çox çətin və xeyli zaman alacaq bir işdir.
  • Başqasını mühakimə etməyə haqqın olmadığını heç vaxt unutma. Çünki günahkarı mühakimə edən hakim belə qarşısında dayanan mütəhhim qədər günahkar olduğunu, o adamın törətdiyi cinayətdə hər kəsdən çox məsuliyyət daşıdığını bilməlidir.
  • Aşiq olmaq, sevmək deyil. İnsan nifrət edərkən belə aşiq ola bilər.
  • Dəlilər tanrının əmanətidir.
  • Acı çəkməkdən qorxma, ürəyin sakitlik tapacaq.
  • İnsanlar peyğəmbərləri qəbul etməz, onları öldürüb möcüzələrini sevərlər. Sonradan isə yox etdiklərini müqəddəsləşdirərlər.
  • Cəhənnəm sevə bilməməyin yaratdığı əzabdır.
  • Adamlar təmiz bir insanın yıxılıb, biabır olmasına hər zaman sevinirlər.
  • Təbiətdə insanların kor inancları qədər gülməli heç nə yoxdur.
  • Əgər bir qadına “günahkaram, məni bağışla” desəniz, o zaman onun sitəmlərindən yaxanızı qurtara bilməyəcəksiniz. Onlar sizi daxili bir sadəliklə bağışlamaz, əksinə sizi heç nəyə çevirib, olmamış söhbətlər icad edib, sizi ora qarışdırar. Küncdə-bucaqda ilişib qalmış hər xırda hadisəni bir-bir toplayar, heç nəyi unutmaz. Və bütün günahları sizin boynunuza yüklədikdən sonra bağışlayar. Bütün qadınlar belədilər.
Fyodor Dostoyevski
  • Həyatımızın onlarsız mümkün olmadığını bildiyimiz, mələk hesab etdiyimiz qadınların hamısının daxilində belə bir canavarlıq vardır.
  • Həyatımızda ən yüksək, ən güclü və faydalı dayağımız ata ocağından qalma xatirələrimizdir.
  • Müqəddəs uşaqlıq illərindən qalan bir xatirə belə tərbiyənin ən yaxşısıdır. Belə xatirələrdən yaddaşına çoxluca toplayıb həyat yoluna çıxan insan bütün ömrünə inamla baxa bilər.
  • Qəlbinizdə qalan tək bir xatirənin belə bir gün faydasını görəcəksiniz.
 
 
 
Mənbə: kulis.az
 

0 şərh