Dahilərdən mənalı sözlər

Məni kənardan qınayanlara sözüm yoxdu. Onsuz kənarda qalmaqları onlara bəs edir.  –Mark Twain.

Dostluq əntiq əşya kimidir – zaman ötdükcə qiyməti artır. – İ. V. Höte

Bizim şəxsiyyətimiz  bağ, iradəmiz isə bağbandır.  –   Şekspir

Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir. –  Atatürk

Cəsur ol. Risk al. Heç bir şey təcrübənin yerini tuta bilməz. – Paulo Koelyo

Haqq ədalətdən, ədalət mərhəmətdən yüksəkdir.–  Əbu Turxan

Öz işığına güvənən, başqasının parlamasından narahat olmaz. – Hüqo

dahilərdən mənalı sözlər



 

Uğursuzluq –  nələrisə yenidən, daha müdrik şəkildə başlamaq imkanıdır. –  Henri Ford

Xarakter ağac, şan –şöhrət isə o ağacın kölgəsi kimidir. Biz çox vaxt kölgəni düşünürük, ancaq gerçək olan ağacın özüdür.  – Uilyam Linkoln

Ölüm olmasaydı, insanlar çətin ki filosofluq edərdilər.. –  Artur Şopenhauer

Tamahkarlıqla xoşbəxtliyin bir –birini tanımadığına təəccüblənməyin, çünki onlar heç vaxt rastlaşmayıblar.  – Bencamin Franklin

Böyük insan olmaq yolunda atacağınız ilk addım, dürüst olmaqdır. –  Samuel Conson

Yalnız böyük ağrıları çəkənlər xoşbəxtliyin mənasını bilərlər.– Paul Auster

İnsan zəkanın qarşısında hörmətlə əyilər, amma gözəl rəftar və mərhəmətin qabağında diz çökər.–  Deyl Karnegi

Ağıllı adamlar söyləməyə sözləri olduğu üçün, axmaqlar isə danışmağa məcbur olduqları üçün danışırlar. –  Plato

Sevdiyimiz insanların sevgisini hiss etmək, həyatımıza həyat verən günəş kimidir. –  Pablo Neruda 

İnsanların mənim barədə nə düşündüklərinə baş qoşmamaqla ömrümü 10 il uzatdım.–  Çarlz Bukovski

 Hər şey çox olunca ucuzlaşar… Ədəb bunun əksinədir, o çoxaldıqca dəyəri artar .. – Şəms Təbrizi

dahilərdən mənalı sözlər
 
dahilərdən mənalı sözlər
 

Həyatı yaşamanın iki yolu var. Biri heç bir şey möcüzə deyilmiş kimi yaşamaq… Digəri hər şey möcüzəymiş kimi yaşamaq.– Eynşteyn

Ulduzlara toxuna bilməzsiniz, amma qaranlıq gecələrdə onlar sizə yol göstərər. –  Əhməd Şərif İzgörən

Zirvəyə gedən yol insan qəlbinin dərinliyindən keçir. –  Əbu Turxan

Dərd, rahatlıq üçün çalışan insanla, kamillik üçün yaşayan insan arasıdındakı sərhəddi müəyyənləşdirir. –  Ustad Əli Şəriəti

Bir çox insan ətraf aləmi düşünərək  elə dərin düşüncələrə qapılmışdır ki, daxili aləmlərində nələr baş verdiyindən heç xəbərləri belə yoxdur. – Nikola Tesla

Filosofun ruhu onun düşüncələrindədir, şairin ruhu – ürəyində!... –  Cübran

Onlar əvvəlcə səni görməzdən gəlir, sonra sənə gülür, daha sonra səninlə mübarizə aparırlar. Sonda isə sən qalib gəlirsən.–  Mahatma Qandi

İdarə edilə bilən çətinliklər, qazanılmış fürsətlərdir. –  Çörçill

Uğurlarım gəncliyimdəki xəyallarımın məhsuludur. –  Napoleon Bonapart

Təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil.–  Mark Tven 

Səhv yoldan getməyin birdən çox yolu vardır. Amma doğru yoldan getməyin tək bir yolu vardır. Səhv etmək buna görə asan,doğrunu tapmaq isə buna görə çətindir. –  Aristotel

Sevgi sizi çağırırsa, onun ardınca gedin – yolları nə qədər çətin və əzablı olsa belə. – Oşo

 

Necə ki,  odu odla söndürmək olmur, eyniylə də pisliyi başqa bir pisliklə yox edə bilmərsən. – Maksim Qorki

Bədənini bəsləyib inkişaf etdirməyə baxma, çünki o sonunda torpağa veriləcək bir qurbandır. Sən könlünü bəsləməyə bax. Ucalara gedəcək, şərəflənəcək olan odur.–  Mövlana Cəlaləddin Rumi

Vay o adamın halına ki, o ancaq bədəni, şəkli, surəti sevmişdir! Ölüm bunların hamısını onun əlindən alacaqdır. Çalışın ruhu sevin, onda siz yenə də onu taparsınız.–  Viktor Hüqo

Budur Dahilərdən mənalı sözlər başlıqlı yazının sonuna gəldik.
Şərhlərdə sevdiyiniz dahilərin kəlamlarını paylaşaraq da bizlərlə dəstək ola bilərsiniz.
 

 

0 şərh