Qadınlar haqqında dəyərli sözlər

  1. Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir. – Avreli Avqustin

  2. Sevən qadının fədakarlığı ölçüyə gəlmir. – Alfons Dode

  3. Qadın kitaba bənzəyir, onu sevərək və diqqətlə oxumaq lazımdır. – Emil Krepelin.

  4. Gözəl qadın gözə, yaxşı qadın isə ürəyə xoş görünür. Birincisi bərbəzək, ikincisi isə xəzinədir. – Napoleon Bonapart

  5. Qadın uşaqları kişidən daha yaxş başa düşür, amma kişilərdə uşaqlıq hissi qadınlardan daha çoxdur. – Fridrix Nitsşe

  6. Gözəl qadınlar üçün ləl-cəvahirat nə isə, qabiliyyət üçün də yüksəklik odur. –  Fransua de Laroşfuko.

    Qadınlar haqqında dəyərli sözlər

    Qadınlar haqqında gözəl sözlər

  7. Ən gözəl qadın, ən xoşbəxt qadındır. Ən xoşbəxt qadın isə ən güclü qadındır. – Naməlum

  8. Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər. – Migel de Servantes.  

  9. Qadının xasiyyəti pul yoxkən, kişinin xasiyyəti isə pul çoxkən aydınlaşır… – Bernard Şou

  10. Qadın ömürdən şirin və ölümdən acıdır. – Süleyman

  11. Qadın öz başına nə gül qönçəsidir, nə də tikan.İyləməsini bilsən gül, tutmasını bilməsən tikan olar. – Refik Halit Karay

  12. Qadın ürəyi elə bir uçurumdur ki, onun dərinliyini ölçmək qeyri-mümkündür. – Jan Lafonten

  13. Qadın üçün tam səmimi olmaq, çılpaq gəzməyə bərabərdir. – Stendal

  14. Geyim qadının ön sözüdür, bəzən də bütöv kitabdır. – Nikola Şamfor

  15. Əslində qadın kişinin onu bəyənən baxışlarından çox, həmcinsinin qısqanclıq dolu baxışlarını görəndə gözəl olduğuna əmin olur. – Pablo Neruda

  16. Gözəl qadın insanın gözlərinə, gözəl xasiyyətli qadın isə ruhuna dinclik gətirir. – Volter

  17. Əgər qadın sizi sevirsə, hər şeyi, hətta cinayəti bağışlayar. Yox, əgər sevmirsə, o zaman yaxşılığınızı belə görməyəcək. – Onore de Balzak

  18. Bir qadın sizi milyoner edə bilər, təbii ki siz triliyonersinizsə. – Bob Dilan

  19. Ədəbli qadın o qadındır ki, məşuqu ona gözdən salmağa qorxur. – Onore de Balzak

  20. Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim və həyat yoldaşım bu inancımı məhv elədi. – Cak Lemmon

  21. Qadın ilk öpüşdə nələr qazanacağını bilə bilməz, amma son öpüşdə nələr itirdiyini bilər. – Onore de Balzak

  22. Qadın, insanın kölgəsi kimidir; qovsanız qaçar, qaçsanız qovar. – Nikola Şamfor

  23. Qadın heç getməyəcəkmiş kimi sevər, amma yeri gələr heç sevməmiş kimi gedər.– J. Crange

  24. Sadə kişi, bütün qadınlara gözəlsən deməyi seçər. Sadə qadın buna inanır, çətin qadın gülər və keçər. Həyat dəvam edər. – Çarlz Bukovski

  25. Qadın təbiətə bənzər- bir gün bir üzünü o biri gün digər üzünü göstərər, ətrafındakı insanlara isə bir gün bütünlüklə onun haqqında hərşeyi biləcəyi barədə ümid verər. – Deni Didro

  26. Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür. – Onore de Balzak

  27. Bir qadının içindəki mələyi bir kişi kəşf edər, amma o mələyin bütün məsumluğunu yox edəcək olan yenə kişidir. – A. Huxley

  28. Əgər qadın bir kişini gerçəkdən sevərsə, onun gözündə dünyadakı bütün kişilər tam olaraq anlamını itirər. – Oskar Uayld

  29. Qadın sözləri ilə deyil, gözləri ilə danışır əslində buna görə onları başa düşmək üçün dinləmək yetməz, yalnız izləmək lazımdır. – Fyodor Dostoyevski

  30. Qadın sizin üçün metaldan hazırlanmış mebel deyil, o – çiçəkdir. O, işgüzarlıq istəmir. Ona işıqlı, xoş sözlər lazımdır. Onun üçün bütün ömrü boyu çalışmaqdansa, ona hər gün xoş sözlər demək yaxşıdır. – Erix Mariya Remark

0 şərh