Azadlıq haqqında aforizmlər

  • Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. – Heydər Əliyev.
  • İnsanlara hürriyət, millətlərə istiqlal! – Məhəmməd Əmin Rəsulzadə
  • Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək bir qüvvə yoxdur. – M.İ.Kalinin
  • Yalnız azad millətin milli xarakteri ola bilər. – Jermena de Stal.
  • Bir millətin yaşaya bilməsi üçün azadlıq və müstəqilliyə sahib olması lazımdır.– Naməlum
  • Azadlıqdan imtina etmək insani ləyaqətdən imtina etmək deməkdir. – Jan Jak Russo
  • Azadlıq heç vaxt “hər istədiyini etmə icazəsi” anlamını daşımayıb. – Mahatma Qandi
  • Azadlıq dərk olunmuş zərurətdir. – Benedikt Spinoza.
  • Haqqın qulu hürr insandır. – Məhəmməd İqbal.
Azadlıq haqqında aforizmlər
  • Azadlıq şüurlu və könüllü olaraq yaxşılığın seçimindən ibarətdir. Azadlıq istədiyimizi etmək gücü deyil, vəzifəmizi yerinə yetirə bilmək hüququdur.-Lord Con Akton
  • Biz Türklər, bütün tariximiz boyunca azadlıq və istiqlala timsal olmuş bir millətik. – Mustafa Kamal Atatürk.
  • Malik olduğun pul sənə azadlıq verir, alınca qaçdığın pul – səni kölə edir. – Jan Jak Russo.
  • Başqalarının azadlıqlarını tanımayanlar, azadlığa layiq deyil. – Avraam Linkoln.
  • Əsl azadlıq, başqaları kimi, ya da hər kəs kimi düşünməyə məcbur olmamaq azadlığıdır. – Roza Lüksemburq.
  • Fikir azadlığı olmadan heç bir azadlıq ola bilməz. – Volter.
  • Azadlıq – 2 dəfə 2-nin 4 olduğunu demək imkanıdır. Əgər bu qadağan olunmayıbsa, yerdə qalanları düzələcək. – Corc Oruell.
  • Bütün möhtəşəm şeylər sadədir və bəzən bir sözlə ifadə oluna bilir. Azadlıq, şərəf, borc, mərhəmət, ümid. – Uinston Çörçill.
  • Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!.. – Əli bəy Hüseynzadə.
  • Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. – Heydər Əliyev.
  • Malik olduğun pul sənə azadlıq verir, alınca qaçdığın pul – səni kölə edir. – Jan Jak Russo.
  • Azadlıqlar ümumiyyətlə birdən deyil yavaş–yavaş itirilər. – Devid Yum.
  • Şəxsiyyətin azadlığı və vətəndaşın azadlığı heç də həmişə üst–üstə düşmür. –Şarl Lui Monteskyö
  • Başqalarının azadlığını əlindən alanların özlərinin azad olmağa haqqı yoxdur. – Avraam Linkoln
  • Bizə heç kim azadlıq verməyib, biz azadlığımızı şəhidlərimizin qanı ilə almışıq. – Əbülfəz Elçibəy
  • İnsanın simasını müəyyənləşdirən onun azadlığı yox, bu azadlığa özünün qoyduğu məhdudiyyətlərdir. – Əbu Turxan
  • Qoyun və canavar «azadlıq» sözünü müxtəlif cür başa düşür, bu isə insan cəmiyyətində hökm sürən fikir ayrılığının mahiyyətidir. – Avraam Linkoln
  • Azadlıq, istədiyinizi etmək deyil, istəmədiyinizi etməməkdir. – Jan Jak Russo
  • Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir. – Mahatma Qandi
  • Azadlıq məsuliyyət gətirir. İnsanların çoxunun azadlıqdan qorxmasının səbəbi budur. – Corc Bernard Şou
  • Vətən azadlıq olmadan, azadlıq fəzilətsiz, fəzilət isə vətəndaşsız mövcud ola bilməz. Əgər siz vətəndaş yetişdirsəniz, tərbiyə etsəniz, o zaman sizin hər şeyiniz olacaq, əks təqdirdə hamı, hətta dövlət başçısı belə miskin bir kölə olacaq.– Jan Jak Russo
  • Bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz – Məhəmməd Əmin Rəsulzadə
  • Səhv etmə imkanı olmasa, azadlığın qiyməti də olmayacaq. – Mahatma Qandi
  • Şərəf və namusunu itirən xalqlar, müstəqillik və azadlıqlarını da itirməyə məhkumdurlar...- Hitler
  • Azadlıq ağacı zaman–zaman vətənpərvərlərin, tiranların qanı ilə suvarılmalıdır.- Tomas Cefferson
  • Mətbuat azadlığı bəlkə də azadlıq düşüncəsinin gedərək alçaldılmasından ən çox ağrılı çəkmiş azadlıqdır. – Alber Kamyu
  • Yazıçı, sənətini böyük edən bu iki vəzifəsini yüklənməlidir; gerçəyi və azadlığı. – Alber Kamyu
  • Artıq yaşamaq üçün bir səbəbimiz olmalıdır; öyrənmək, kəşf etmək, azad olmaq kimi. –Riçard Bax
  • Azadlığı istəmirəm
    Zərrə–zərrə, qram–qram
    Qolumdakı zəncirləri qıram gərək
    Qıram! Qıram!
    Azadlığı istəmirəm
    Bir həb kimi, dərman kimi
    İstəyirəm səma kimi,
    Günəş kimi,
    Cahan kimi.
    – Xəlil Rza
 

0 şərh