Şəxsi İnkişaf kitablarından seçmə mənalı sitatlar

Səhv hər zaman uğursuzluq demək deyil. Bu irəli getməyin bir hissəsidir.

Andrey Sizov, Uğurlu Satış Üçün 55 Məsləhət

  • Hər bir məğlubiyyətdə potensial uğur toxumu yatır!
    Napoleon Hill, Düşün və Varlan

  • Bildiyiniz şeylər ən böyük var-dövlətinizdir, lakin bilmədikləriniz ən böyük riskiniz ola bilər.
    Robert T. Kiyosaki, Varlı Ata, Kasıb Ata

  • Uğurun ən böyük mükafatı qazandığınız pul və sərvət deyil,uğur qazanmaq uğrunda apardığınız mübarizə nəticəsində daha yaxşı və daha fərqli bir insana çevrilmənizdir.
    Brian Tracy, Bəhanələrə Yox!

  • Həyat planlar qurmaqla məşğul olduğumuz zaman kəsiyində başımıza gələnlərdən ibarətdir.
    Benjamin Spall, Uğurlu İnsanlar Günə Necə Başlayır


    Şəxsi İnkişaf kitablarından seçmə mənalı sitatlar sexsi inkisaf
    Bənzər Mövzu: Mənalı Sözlər 
 
  • Zira bizim dünyamızda bir böyük həqiqət var: sən kim olursansa ol, nə istəyirsənsə istə, əgər nəyisə bərk istəyirsənsə, mütləq əldə edəcəksən, çünki bu arzu Kainatın Ruhunda doğulmuşdur. Bu, sənin Yer üzündəki vəzifəndir.
    Paulo Coelho, Kimyagər

  • Tək bircə kitabın qapağı altında elə ideyalar ola bilər ki, sənin bütün həyatını dəyişər. Vaxtını təfəkkürünü inkişaf etdirmək və biliklərini genişləndirmək üzərində işləməyə sərf etməkdən daha səmərəli bir şey çətin ki olsun.
    Robin Şarma, Titulsuz lider: işdə və həyatda gerçək uğur qazanmaq haqqında müasir hekayə

  • Həyatın ortasında özünü uğursuz hesab etmək doğru deyil. Hələ də çox şey yaxşı və ya pis tərəfə dəyişə bilər.
    Cengiz Abdullayev, Uğursuzun Hekayəti

  • Əhəmiyyətli olan nə söylədiyin deyil, necə söylədiyindir(«Qobusnamə»dən parça).
    Cəlalə Nəzəroğlu, Danışığınla həyatı qazan

  • İnsan əlində 27 kiçik sümük var. Alimlər deyirlər ki, bədənin başqa heç bir hissəsi beyinlə əllər qədər bağlı deyil. Ona görə əl hərəkətlərimiz, jestlərimiz və duruşumuz birbaşa daxili emosional vəziyyətimizə işarədir.
    Allan Pease, Bədən Dili

  • İnsanlara toxunmaqdan çəkinən, hələm-hələm sevdiklərini qucaqlamayan insanlara təəssüflə baxıram. Çünki, çox şey itirirlər.
    Joe Navarro, Bədən Dili

  • İnsanların bir qismi ya özünün olmayan problem və hisslərə görə məsuliyyət daşıyır, ya da öz problem və hisslərinə görə başqasının məsuliyyət daşımağını istəyir.
    Mark Manson, Vecinə Almamağın İncə Sənəti

  • Sən mənə bir vacib həqiqəti anlamaq imkanı verdin: İnsana qalan onun başqalarıyla paylaşdığı olur.
    Napoleon Hill, Zənginliyin Açarı

  • Unutma ki, sən hərəkətə keçmədikcə, uğur qapını döyüb, mən buradayam deməyəcək.
    Lalə Hüseyn, Uğura son bir addım

  • «Qayda: Daim öyrənmək istənilən sahədə uğur qazanmaq üçün minumum tələbdir.»
    Brian Tracy, Ye O Qurbağanı!

  • «Bizim hər birimizin əsas vəzifəsi — gələcəyin dumanlı uzaqlarına boylanmaq yox, hazırda gördüyümüz istiqamətdə qüvvəmizi əsirgəmədən fəaliyyət göstərməkdir».
    Dale Carnegie, Dostları Necə Qazanmalı və İnsanlara Təsir Etməli

  • "Özünü başqasının yerinə qoymağı bacaran, onun düşüncə tərzini başa düşmək qabiliyyəti olan adam, özünü gözləyən gələcək barədə narahat olmaya bilər ".
    Dale Carnegie, Dostları Necə Qazanmalı və İnsanlara Təsir Etməli

  • Qalib gəlməyin yolu qüsursuz görünmək deyil, dayanmadan çalışmaqdır. Həqiqi uğur təkrarların sayəsində əldə edilir.
    Andrey Sizov, Uğurlu Satış Üçün 55 Məsləhət

  • «Həyat mənimçün balaca bir şam deyil.Bu, bir neçə dəqiqəlik əlimdə saxladığım bir məşəldir. Mən bu şamı gələcək nəsillərin əlinə verməzdən əvvəl daha gur yanmasını istəyirəm».
    Robin Sharma, Ferrarisini Satan Rahib
 

0 şərh