Uşaqlar üçün öyrədici Atalar Sözləri



  1. Yaxşılıq edən yaxşılıq görər.

    Atalar sözü


  2. Böyüyə hörmət elə, sən də böyüyəcəksən.
  3. Güc birlikdədir.
  4. Cəfa çəkməyən səfa görməz.
  5. Hər şeyin təzəsi, dostun köhnəsi.
  6. Yamanlığa yaxşılıq mərd kişinin işidir.
  7. Dostunu mənə göstər deyim necə insansan.
  8. Yaxşı dostu yaman gündə sına.
  9. Yaxşılığa yaxşılıq elə, pisliyə pislik eləmə.
    Uşaqlar üçün  öyrədici Atalar Sözləri atalar sozleri

  10. Zəhmət çəkməyən rahatlığın qədrini bilməz.

    Atalar sözü


  11. Hərəkət harada, bərəkət orada.
  12. İpin uzunu yaxşıdır, dilin qısası.
  13. El gücü, sel gücü.
  14. Sözün ilə işin bir olsun.
  15. Az olsun saz olsun.
  16. Yaxşılıq açan qapıya, sevgi qonar.
  17. Ömrün bərəkəti yaxşı əməl ilədir.
  18. Hər kəsə öz Vətəni əzizdir.
  19. Söz var el içində, söz var ev içində.
  20. Bülbül gülü sevər, insan – Vətənini.
  21. Yaz günündə tərləməyən qış günündə titrəyər.
  22. Ağlı qısanın, dili uzun olar.
  23. Dost dosta yaman gündə gərəkdir.
  24. Yaman günün ömrü az olar.
  25. Özgəyə quyu qazan özü düşər.
  26. Su axar, çuxurun tapar.
  27. İt hürər, karvan keçər.
  28. Başqasına pislik edən özünə etmiş olar.
  29. Yaxşılıq nur gətirər, yamanlıq — zülmət.
  30. Ağac bar verəndə başın aşağı əyər.
  31. Torpaq kimi bərəkətli ol ki, hamının sevimlisi olasan.
  32. Vəfalı dost yad olmaz, görməsə yüz il səni.
  33. Eyibsiz dost axtaran, dostsuz qalar.
  34. Sən doğru ol, əyri bəlasını tapar.
  35. Kiçiklərə hörmət elə, böyüklərdən hörmət qazan.

  36. Ağıllıya bir söz bəsdir, axmağa min söz əbəsdir.

    Atalar sözü
 

0 şərh