İki şey

İki şey dəyərsiz insanın xüsusiyyətidir:
1- Şikayət etmək
2- Dedi-qodu

İki şey həlli mümükünsüz kimi görünən problemi həll edər:
1-Baxış tərzini dəyişmək
2-Qarşısındakının yerinə özünü qoymaq
İki şey həyatda səhv addım atmağın qarşısını alar:
1-Şəxsləri və hadisələri ağlın süzgəcindən keçirmək
2-Kiminsə haqqını yeməkdən çəkinmək

İki şey insanı gözdən salar:
1-Demaqoqluq
2-Özünü öymək

İki şey insanı dəqiq olmağa sövq edər:
1-İradəyə hakim olmaq
2-Ətrafa uyğunlaşa bilmək xüsusiyyəti

İki şey insanın daha da dəyərli olmasına kömək edər:
Natiqlik sənətini daha dərindən öyrənmək
Başa düşərək sürətli oxumaq

İki şey insanın irəliləməsinə mane olar:
1-Qərarsızlıq
2-Cəsarətsizlik

İki şey hər zaman boş yerə zəhmət çəkməməyinə kömək edər:
1-Qabiliyyət
2- Sevdiyin işin arxasınca getmək

İki şey uğurun açarıdır:
1-Ustalardan ustalığı öyrənmək
2-Düşüncələrini saf-çürük etmək

İki şey uğuru xoşbəxtliklə birgə əldə etməyinə zəmin yaradar:
1-Niyyətin saf olması
2-Mənəvi paklıq

İki şey səni milyonlarla insandan ayırar:
1-Problemin deyil, onun həlli yollarının iştirakçısı olmaq
2-Həyata və hər şeyə fərqli baxış tərzi ilə baxmaq

İki sey tərəqqiyə mane olar:
1-İfratçılıq
2-Baş verən fəlakətlər qarşısında sınmaq

İki şey problemin həllini tezləşdirər:
1-Təbəssüm
2-Susmaq

İki şeyin dəyəri itirildiyi zaman bilinər:
1-Ana
2-Ata

İki şeyi geri qaytarmaq mümkün deyil:
1-İtirilən zaman
2-Deyilən söz

İki şey həqiq sondur:
1-Cənnət
2-Cəhənnəm

İki şey üçün mübarizəyə dəyər:
1-Sevgi
2-Elm

İki şey həyatta mühüm olan hər şey üçündür:
1-Nəfəs ala bilmək
2-Nəfəs verə bilmək

Həmçinin bax:
dörd şey

Oxşar məqalələr

 

11 şərh

ayxansevda
İki şey problemin həllini tezləşdirər: 1-Təbəssüm 2-Susmaq yeri var. orada iki yerdə səhv var. İki şey həqiq sondur:- burada həqiqi olar, məncə. sonuncuda isə həyatta sözü həytda olmalıdır. Əla yazıdı.

 

Nailə_Qasarayeva

AyxanSevda, həytda yoxsa həyatda?

ayxansevda
a hərfini klavyaturada basmışam, lakin  basılmayıb. bu bilgiisizlik səhvi deyil, siz bunu səhv çıxarasınız.
Nailə_Qasarayeva
Aydındı AyxanSevda. Bu mexaniki səhvdir.
2ral
İki şeyin yayda yeri var: dondurma və soyuq içkinin.
rezerv
İnsani iki sey oldürər: birincisi sevmədiyi insanin silahindan gələn mərmi,ikincisi sevdiyi insandan gəlməyən ilgi.
soni_memmedzade
buna varam.ay rezerv.əməyə görə təşəkkürlər OLD BAKU
rezerv

Bu səbəbdən olənləri az gorməmisik.(ya cismən, ya da ruhən)

soni_memmedzade
İki şey səni milyonlarla insandan ayırar:
1-Problemin deyil, onun həlli yollarının iştirakçısı olmaq
2-Həyata və hər şeyə fərqli baxış tərzi ilə baxmaq
İki şey üçün mübarizəyə dəyər:
1-Sevgi
 2-Elm.
P.S.iki şey məni danışmağa məcbur edir.KAYZENDƏKİ bəzilərin SEVGİYƏ görə yazılanları mənfiləməsi,bu yazarların nəyə görə pis qəbul edilməsi…
rezerv

Elələrinə bas qosmaq lazim deyil,cünki duygusuz insanlar hec nəyinki sevgi yazilarini hətda qarsisindakilari belə anlamazlar.