Dahilərdən maraqlı aforizmlər

Elmsiz şeir əsası yox divar kimidir,əsassız divar da ğayət bietibar olur.(M.Füzuli)

Üslub büllur şüşəyə bənzər,onun parıltısı təmizliyindən asılıdır.(V.Hüqo)

Ağıl ümuminin xüsusilə əlaqəsini görmək bacarığıdır.(İ.Kant)

Ən böyük kəşf insanın özündə olanı tapmaqdır.(V.Şekspir)

Ən ağıllı filosoflar belə axmaq suallara cavab verməyə çətinlik çəkirlər.(X.Nikolis)

Deyirlər ki adamlara iki qulaq və bir dil-çox eşidib,az danişmaq üçün verilib.(Plutarx)

Qadina münasibət-namusun,vicdanın,təmizliyin,nəcibliyin çox incə ölçü cihazıdır.( V.A.Suxomlinski)

Yer üzərində uşaq qığıltısından təntənəli himn yoxdur.(V.Hüqo)

İki halda insanın özünü idarə etməsi çətin olur:ehtirasa qapılan və ağılsız insanla danışan zaman.(Əbül Fərac)

Misə qızıl vurmaq nəyə gərəkdir,
Mis yenə özünü göstərəcəkdir.(Nizami)

Kim öz iradəsinə hakimlik edə bilirsə,o,böyük bir şəhəri idarə etməkdən daha çox tərifə layiqdir.(B.Solomon)

Xarici gözəllik o zaman daha cazibədar olur ki,daxili gözəlliyi təzahür etdirir.(V.Şekspir)

Nəyə gərəkdir o qəhrəmanlıq ki,zəifləri müdafiə etmir,nəyə gərəkdir o dövlət ki kasıbların ehtiyaclarına sərf olnumur,nəyə gərəkdir o fəaliyyət ki xeyir işlər üçün görülmür,nəyə lazimdir o həyat ki insanın başını ucaltmır?(Hind aforizmi)

İçkini tərk etmək istəyirsənsə sərxoşa bax.(Çin atalar sözü)

1 şərh

BaKiNeC
Gozel sozlerdir.Tewekkurler