Zənginlik haqqında

Varlı olmaq istəyirsənsə,öz əmlakını artırmağa çalışma,acgözlüyünü azaltmağa cəhd elə.   (Epikür:Qədim Yunan filosofu)
(EY RƏSULUM!) De:"Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də)azaldar.Lakin insanların əksəriyyəti (bunu)bilməz!".   (Qurani Kərim)
Zənginlik gəlib-keçən bulud kimidir.   (Əbdürrəhman Cami:Fars şairi və mütəfəkkiri)
Sərvətin qərq etdiyi insanların sayı xilas etdiyi insanların sayından əlbəttə ki,çoxdur.   (Frensis Bekon:İngilis alimi)
Madam ki,bu zənginliklər sənindir,nə üçün o biri dünyaya aparmırsan?   (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)
Zənginlik fani dünya köləliyindən azad olmaqdır.   (Həsən Bəsri:İslam alimi və mütəfəkkiri)
O adam varlıdır ki,heç nədə gözü olmasın.   (Françesko Filelfo:İtalyan yazıçısı və pedaqoqu)
Sərvət müdrikin qulu,axmağın isə ağasıdır.   (Klod Adrian Helvetsi:Fransız filosofu)
Varlının məndən bir fərqi var:onun pulu mənimkindən çoxdur.   (Ernest Heminquey:Amerika yazıçısı)
Toplanmış sərvət insana xidmət də edə bilər,onu kölə vəziyyətinə sala da bilər.   (Markus Horatsi:Qədim Roma dövlət xadimi)
Müdriklərin böyük bir qismini yoxsulluq müdrik etmişdir.   (Naməlum)
Ən varlı adam aza qane olan adamdır:bu cür könül toxluğu mənəvi zənginlikdən xəbər verir.   (Sokrat:Qədim yunan filosofu)
Zənginlik sərvətə sahib olmaq deyil,bu sərvətdən istifadə etmək bacarığıdır.   (Napoleon Bonapart:Fransız imperatoru,sərkərdəsi)
Öz istəklərinə sərhəd qoymağı bacaran həmişə varlıdır.   (Mari Fransua Arue Volter:Fransız filosofu və yazıçısı)
İstədiyiniz şeyə sahibsinizsə ,zənginsiniz,onsuz keçinə bilirsinizsə,daha da zənginsiniz.   (Naməlum)
Zənginlik bizə nə yaxşılıq edir,nə də pislik;hər ikisi üçün də ləvazimat verir.   (Mişel de Monten:Fransız filosofu və yazıçısı)
İnsanların əxlaqını pozan zənginlik deyil, zəngin olmaq ehtirasıdır.   (Lui de Bonald:Fransız filosofu)
Zənginlik istifadə olunacaq bir silahdır,lakin sitayiş ediləcək bir məbud sayıla bilməz.   (Naməlum)
Heç kim keçmişini geri ala biləcək qədər zəngin deyil (Oskar Uayld:İngilis yazıçısı)
 

1 şərh

Cavid
Zənginlik sərvətə sahib olmaq deyil,bu sərvətdən istifadə etmək bacarığıdır - Napoleon Bonapart -a halaldı