Uşaq haqqında

Övladlarınız arasında oğlanla qıza fərq qoymayın;fərq qoymaq lazım gəlsəydi,mən qızları üstün tutardım (Hz.Muhəmməd s.ə.v.)
Namaz qılarkən onu uzatmaq istəyirəm;lakin kiçik bir uşağın ağlamasını eşidəndə namazımı uzatmıram,çünki onun ağlar səsini eşidən ananın nə hala düşdüyünü yaxşı bilirəm (Hz.Muhəmməd s.ə.v.)
Övladlarınızı dövrünüz üçün deyil,onların dövrü üçün yetişdirin (Hz.Əli ə.s.)
Döyməklə uşağı yalnız korlamaq olar (Aristotel:Qədim Yunan filosofu)
Yer üzündə uşaq qığıltısından təntənəli himn yoxdur (Viktor Mari Hüqo:Fransız yazıçısı)
Uşaqlarına susmağı öyrət,danışmağı onların özləri də öyrənə bilər (Bencamin Franklin:Amerika ictima-siyasi xadimi)
Ömür qısadır,lakin insan onu öz uşaqlarının ömründə yaşaya bilər (Anatol Frans:Fransız yazıçısı)
Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz,heç vaxt müdrik insan yetişdirə bilməyəcəksiniz (Jan Jak Russo:Fransız filosofu)
Əgər qırx yaşına qədər insanın mənzilini uşaq səsləri başına götürmürsə,oraya kabuslar və dəhşətlər təşrif gətirir (Şarl Ogüsten Sent-Böv:Fransız yazıçısı və tənqidçisi)
Uşağa gözəl ad qoymaq lazımdır ki,bütün ömrü boyu xəcalət çəkməsin (Nəsrəddin Tusi:Azərbaycan alimi və dövlət xadimi)
Ata-ananın övlada məhəbbəti təbii,övladın ata-anaya məhəbbəti isə iradidir (Nəsrəddin Tusi)
Uşağın göz yaşını silməyən onunla birgə ağlar (Afrika atalar sözü)
Pis övlad altıncı barmaq kimidir-kəsərsən,ağrıyar,kəsməzsən,eybəcər göstərər (Azərbaycan atalar sözü)
Uşağı həddən artıq əzizləmək onu fəlakətə hazırlamaq deməkdir (Çin atalar sözü)
Uşaqlıq məntiqin yuxuda olmasıdır (Jan Jak Russo:Fransız filosofu)
Uşaqlar bərkiməmiş beton kimidir:üzərinə nə düşərsə,iz qoyar (Naməlum)
Uşaq xəyalların,arzuların ümid tumurcuğu,ailə qalasının misilsiz sevinc qaynağı,cənnətin qoxusunu dünyada yayan yeganə gül,millətin övladı və ilahi əmanətdir ("Füyuzat" jurnalından)
Uşaqlarınızın göz yaşlarını qoruyun ki,onlar bu yaşları sizin qəbrinizin üstündə axıda bilsinlər (Pifaqor:Qədim Yunan filosofu və riyaziyyatçısı)

2 şərh

BaKiNeC
Ailədə uşaq kimi şirin bir nemət yoxdur.Bu ALLAHın bəxş etdiyi gözəl bir hədiyyədir.ALLAH ehtiyacı olan hər bir ailəyə əməli saleh,gözəl və ən əsası isə sağlam bir övlad nəsib etsin inşALLAH.AMİN.