Sevgi haqqında aforizmlər

Məhəbbət keçmişi və gələcəyi tanımayan bir ehtirasdır.  ( Onore de Balzak )

Sevmək başqalarının görə bilmədiyi möcüzəni görməkdir.  ( Jan Morias: Yunan şairi )

Məhəbbətə müqavimət göstərmək onu yeni silahla təchiz etmək deməkdir.  ( Jorj Sand: Fransız yazıçısı )

Sevgi elə bir eynək taxır ki, ondan baxanda kasıblıq zənginlik kimi, od zərrələri isə qızıl və mirvari kimi görünür.  ( Migel de Servantes:İspan yazıçısı )

Məhəbbət əbədi bir ehtiyacdır.  ( Səməd Vurğun: Azərbaycan şairi )

Sevmədən evlənmək- inanmadan ibadət etmək qədər günahdır.  ( Anton Pavloviç Çexov: Rus yazıçısı )

Amal sevgi uğrunda ölmək deyil, uğrunda ölünəcək sevgi tapmaqdır.  (Uilyam Şekspir)

Qəlblər silahla deyil, sevgi ilə fəth edilir.  ( Benedikt Spinoza: Holland filosofu )

Sevgi nə qədər böyük olsa, kədəri də o qədər böyük olacaq.  ( Benediki Spinoza )

Sevdiyini əldə edə bilməsən də, əldə etdiyini sevməyə çalış.  ( Toma Kornell.  ( Fransız alimi )

Sevmək əzab çəkməkdir, sevməmək isə ölmək.  ( Aristotel )

4 şərh

EVdar Qadın
Aforizmlərə görə çox təşəkkürlər! Düşündürücüdür. Məncə sevgi, məhəbbət və eşq- bu üçü fərqli duyğulardı, amma bunların fərqini hələ də anlaya bilməmişəm. Çox istəyərdim ki bunları ayırd edə bilim. İnsanın öz duyğularının fərqində olmaması bir növ özündən bixəbər olmasıdır. Bunları anlamaqda kömək edə bilsəz çox sevinərəm. Bir daha təşəkkür!
umud600
Mənə eşqdən nida gəldi,
Gəl ey aşiq ki, məhrəmsən.
Bura məhrəm məqamıdır,
Səni əhli-vəfa gördüm.                        İmadəddin Nəsimi
bahar

«Həyat-insanların itirdikləri məhəbbətlə zənginləşir.»R.Taqor


«Məhəbbət ağac kimidir:öz-özünə bitərək,varlığımızın ən dərin qatlarına kök atır və bəzən ürəyimizin xarabalıqlarında da çiçəkləyib yaşamaqda davam edir.»V.Hüqo


"İstənilən ehtiras adamları səhv hərəkətlərə təhrik edir,ancaq adamı ən axmaq səhvlərə sevgi sövq edir«F.Laroşfuko


»Məhəbbət ölümdənvə ölüm qorxusundan güclüdür.Yalnız onunla,onun sayəsində həyat mövcud olur və hərəkət edir«S.Turgenev

umud600
Eşqdən başqa şey könlümə yaddır,
Ömrümün quşuna sevgi qanaddır.
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya,  nədir dəyərin?
Eşqin qulu ol ki, doğru yol budur,
Ariflər yanında bil eşq uludur.
Bu dünya eşqdir, qalan fırıldaq,
Eşqdən başqa şey boş bir oyuncaq.