Qorxaqlıq haqqında aforizmlər

İnsanların çoxu itirməkdən qorxduğu üçün sevməkdən qorxur,

Düşünməkdən qorxur - məsuliyyət hiss etdiyi üçün,

Danışmaqdan qorxur - tənqid edilməkdən qorxduğu üçün,

Qocalmaqdan qorxur - gəncliyinin qiymətini bilmədiyi üçün,

Unudulmaqdan qorxur - dünyaya bir şey vermədiyi üçün,

Ölməkdən qorxur - yaşamağı bacarmadığı üçün.   ( Uilyam Şekspir )

Bizim qorxularımız düşmənlər üçün cəsarət mənbəyidir.   ( Tomas Mann: Alman yazıçısı )

Hörmət olan yerdə qorxu da olar, amma qorxu olan yerdə hörmət olmaz.   (Platon: Yunan filosofu )

Təhlükə qüdrəti imtahan edir.   ( Muhəmməd İqbal: Hindistan mütəfəkkiri )

Qorxunun qulu olmaq köləliyin ən dəhşətli növüdür.   (Bernard Şou)

Təhlükə qorxusu təhlükənin özündən min dəfə qorxuludur.   (Daniel Defo: İngilis yazıçısı)
 

2 şərh

ayxansevda
hərdən biz insanlar vəziyyəti və ya problemi o qədər böyüdürük, şişirdirik ki, özümüzü qorxuduruq elə bilirik ki, həll edilməz, çıxış yolu olmayan vəziyyətdəyik, halbuki bu yalnız özümüzü qorxutmaq adlanır ölümdən başqa hər şeyə çarə var.
umud600
Ay bu şərhə minus verən, ölümə çarə tapıldımı?