Yaxşılıq haqqında aforizmlər

Əlbəttə, mən deyə bilmərəm ki, hər şey başqa cür olsa, hər şey yaxşı olacaq, ancaq deyə bilərəm ki, hər şey yaxşı olsa, hər şey başqa cür olacaq.   ( Georq Lixtenberq: Alman alimi )

İnsan hər gecə yatmazdan əvvəl özünə sual verməlidir: " Bu gün nə pislik etdim, nə danışdım, nə düşündüm, nələri anladım və hansı yaxşılıqları etdim?"   ( Korneliya Parker: Amerika yazıçısı )

Vəhşi heyvan tələ ilə, insan oğlu yaxşılıqla ovlanar.   ( Sədi Şirazi )

Gələcəyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqlardır.   ( Uilyam Şekspir )

Yaxşılıq insanlıq sənətidir.  ( Nizami Gəncəvi )

Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir.   ( Henri Devid Toqo: Amerika filosofu )

Bir dana minlərlə inək arasında necə gəlib anasını tapırsa, insanın etdiyi yaxşılıq və pisliklər də gec-tez gəlib onu tapır.   ( " Kəlilə və Dimnə"dən

Əsl yaxşılıq odur ki, gizlində də aşkarda gördüyün işi görəsən.   ( hƏZRƏTİ Muhəmməd s.ə.v. )

Sizə baş verəcək hər bir yaxşılıq Allahdan, hər bir pislik isə özünüzdəndir.   ( Qurani Kərim: Nisa surəsi )








loading...

3 şərh

bahar
«Etdiyimiz yaxşılıqları görməzliyə vursalar belə,bu, yaxşılığı zərrəcə də dəyərdən salmır,əksinə onu daha qiymətli edir.»İ.Bentam
bahar
«Nə qədər yaxşılıq etsək ,bir o qədər güclü oluruq  və buna vərdiş edərək,hər kəslə öz övladlarımızla davrandığımız kimi davranırıq.»
xeyalperest1
Əllərinizə sağlıq əla məqalə olub çox işimə yaradı.Məndə bir qatqıda bulunum bunuda məqaləyə əlavə etsəz çox sevinərəm:)

Yaxşılıq bumeranq kimidir heç vaxt itmir harada olsan gəlib səni tapır
(@Texno_Telebesi)