Yalan haqqında aforizmlər

"Üç yalanın günahı adəm oğlunun adına yazılmaz: savaş vaxtı deyilən yalan, çünki savaş məharəti hiylədən ibarətdir: zövcəsinin könlünü almaq üçün adamın dilinə gətirdiyi yalan: bir də iki küsülünün  arasını düzəltmək üçün deyilən yalan."    ( Həzrəti Muhəmməd s.ə.v. )

Yalan, ola bilsin, bir problemi həll edə bilər, amma özüylə daha yüz problem gətirər.    ( Uilyam Porter: Amerika yazıçısı )

Düz sözə yalan qatmaq qızıla başqa metal qatmağa bənzəyir: möhkəmliyi artsa da, qiymətdən düşür.    ( Frensis Bekon: İngilis alimi )

Yalan zəiflərin daldalanacaq yeri və sığınacağıdır.   ( Frensis Bekon )

Yalançının cəzası insanların ona inanmaması deyil, onun heç kəsə inanmamasıdır.   ( Bernard Şou )

Hər kəsi bir dəfə, bəzilərini isə hər zaman aldada bilərsiniz. Lakin hər kəsi hər zaman aldada bilməzsiniz.  ( Avraam Linkoln )

Yalanın qüdrəti onun sürətlə yayılmasındadır.   ( Nazim Hikmət: Türk şairi )

Ən qorxulu yalanlar gecələr uydurulur.   ( Robert Stivenson: İngilis yazıçısı )

Üç növ yalançı var: xam yalançı, and içən yalançı və heç vaxt yalan söyləmədiyini iddia edən yalançı.   ( Nikola Sebastyan Şamfor: Fransız yazıçısı )

Yalanın ən böyük düşməni həqiqətdir.   ( İmmanuel Kant: Alman filosofu )

İnsan yanılanda bunu hamı görür, yalan danışanda isə bunu çox az adam görə bilir.   ( İohann Volfanq Höte: Alman mütəfəkkiri )

Var doğru yazmağa madam ki, imkan,
Neçin gəlsin gərək ortaya yalan?!
Sözün qiymətini saldı yalanlar,
Doğrunu danışan hörmətli olar.       ( Nizami Gəncəvi )

 

3 şərh

bahar

«Yalanşğçılar ilə dostluq etməyin cayiz olmasının bir səbəbi odur ki,onlar insana,yaxını uzaq,uzağı isə yaxın göstərirlər.»"


«Yalanı sübut etmək mümkün deyil,bunu sübut etmək üçün gərək yeni bir yalan quraşdırasan»


 

Hagverdiyev
Azacıq təhrif edilmiş həqiqət, ən dəhşətli yalandır (hansısa filosof deyib)
BaRLeLiTa
"Üç növ yalançı var: xam yalançı,and içən yalançı və heç vaxt yalan söyləmədiyini iddia edən yalançı." Ən qorxunc yalançılar da elə belələrididə..

Şəkil xüsüsi ilə diqqətimi cəlb etdi ..:)