Söz haqqında

Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə,
Onda min zövq artıran hər dürlü nemət düzmüşəm.
Kim gəlir-gəlsin- aparsın hər nə istər xatiri,
Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm!    ( Məhəmməd Füzuli: Azərbaycan şairi və mütəfəkkiri )
Hər sözün xüsusi bir ölçüsü var,
Ölçüsüz söylənən söz qulaq yırtar.
Bir söz ki, qaşlara düyün vuracaq
Gözəl söz olsa da, söyləmə, burax!    ( Nizami )
Aristotel " Gözəl söz nədir?" sualına cavab olaraq " Məntiqə uyğun, qulaq asanları inandıran, eyni zamanda heç kəsin xətrinə dəyməyən söz gözəldir" demişdir.   ( Şarl Aleksandr Kalonn: Fransa dövlət xadimi )
Söz dərman kimidir- qədərindəolsa, müalicə edər; qədərini aşsa, öldürər.   ( Viktor Kambon )
Söz ilə öldürmək də olar, xilas etmək də. Söz ilə bir ordunu ardınca aparmaq da olar, tək-tənha qalmaq da.   ( İohann Şefler: Alman filosofu)
Səmimiyyətlə deyilən söz ürəklərətez yol tapar.   ( jan Labrüer )
Söz mənadan asılıdır, məna sözdən hər zaman,
Bir-birindən asılıdır, necə ki, cism ilə can.   ( Məhəmməd Füzuli )
Budur cahanda mənim ən bəyəndiyim məslək,
Sözüm odun kimi olsun, həqiqət olsun tək.   ( Mehmet Arif Ersoy: Türk istiqlal şairi )
Deyilən hər söz içindən çıxdığı qəlbin qiyafəsini içində daşıyar.   ( Ataullah İsgəndəri: İslam alimi )
 

14 şərh

bahar

«Söz dirilik suyu olsa da ,təkrarı baş ağrısı gətirər.» ,«Başının salamat olmasını istəyən gərək dilini qorusun»


"Üç şey- atılmış ox,deyilmiş söz və keçmiş günlər heç vaxt geri qayıtmır."

BaKiNeC
``Kişi sözü`` kinosunda Qasımın dediyi söz də gözəldir ) ``Söz sənindir ağızdan çıxdı özgənin``
umud600
" Kişi sözü" ndən başqa bir sitat:" Xoruz- cinsi kişidir, əbəs banlamaz" :)
SHATENKA407
sözün də su kimi lətafəti var...çox sözü az demək daha xosh olar....bir inci safligi varsa da suda ...artiq icilende derd verir o da… (Nizami)
umud600
Budur cahanda mənim ən bəyəndiyim məslək,
Sözüm odun kimi olsun, həqiqət olsun tək.    ( Mehmet Arif Ersoy )
SHATENKA407

Hech kesle qaydasiz danishma ki sen
AXİRDA UTANİB UZR İSTEYESEN..(Nizami)

umud600
Hər zaman sözünün bil məqamını,
Boş sözlə məhv etmə ehtiramını!    ( Sədi Şirazi )
SHATENKA407
Az sozun inci tek menasi solmaz,
Cox sozun kerpic tek qiymeti olmaz!
umud600
Sanıram ki, yer üzünə işıq salan ulduzlar
Köçüb getmiş dühaların qocalmayan sözüdür.   ( Süleyman Rüstəm )
SHATENKA407
Ey könül!Söz xəzinəsini açsan,
Dinləyən şəxsi gözlə yormayasan!
Bəs edər bu verdiyin inci gövhər
İnci də çox olanda dəyəri itər.(M.Füzuli)
umud600
Sözün qanadları var quş kimi incə-incə
Dünyada söz olmasa, nəyə gərək düşüncə.  ( Nizami )
SHATENKA407

Bu mətləbi sən də eşit ,sən də anla,faydası var
İbrət söz sırğa olar,güman etmə zəhlə tökər.(İ.Nəsimi)

umud600
Bədən sağlam olsa, saf olar söz də,
Süst adam süst olar bədəndə, sözdə.
Həkim xəstələrə eyləyir əlac,
Xəstələnsə, olar özgəyə möhtac.   ( Nizami )