Şöhrət haqqında aforizmlər

* Şöhrət ölməz əməllərin ətridir. ( Sokrat )

* Şöhrət çox bahalı, lakin tez xarab olan maldır. ( Balzak )

* Şöhrət - uzaqdan günəş kimi parlaq və isidici, yaxınlaşdığınız zaman isə bir dağ zirvəsi kimi soyuqdur. ( Balzak )

* Bəxtin iki övladı var: biri inam, digəri şöhrət. ( Frensis Bekon )

* Gördüyü işin əbədiliyinə əmin olan şəxs heç vaxt şöhrət dalınca qaçmır, çünki onsuz belə xoşbəxtdir. ( Anri Berqson )

* Şöhrət gün işığında dayanmış ehtirasın kölgəsidir. ( Xəlil Cübran )

* Şöhrət əldə edilənə qədər maraqlıdır, əldə edildikdən sonra maraqdan düşür. ( Paul Ernest )

* Layiq olmadığı şöhrətə yüksələnlər az sonra oradan enməyə məhkumdurlar. ( Naməlum )

* Şöhrətpərəstlik insana qalib gəlsə, onu öz nəfsinin qulu edər. ( Abbasqulu ağa Bakıxanov )

* Şöhrətpərəst adama başqalarının rəyi deyil, onların rəyi haqqında öz rəyi əhəmiyyətlidir. ( Fridrix Nitsşe )

* Şöhrət xalqın xəstə nəfəsidir. ( Jan Jak Russo )

* Kiminsə təlxəyi olmaq çox kədərli məşğuliyyətdir. Şöhrətpərəst adam isə hamının təlxəyidir. ( Uilyam Penn )

* Vüqar sanki adamın boyunu ucaldır, şöhrətpərəstlik isə üfürüb şişirdir. ( Samuel Smayls )

* Şöhrətpərəstlik adamı təbiilikdən məhrum edir. ( Lyuk de Klapye Vovenarq )

* Etiraf etməliyik ki, məşhurların çoxu yalnız öldükdən sonra şöhrətə çatmışdır. ( Samuel Smayls )

* Ən qüdrətli ehtiras şöhrətpərəstlikdir. İlahi, məni bu ehtirasdan xilas et, qalanlarından özüm də xilas ola bilərəm. ( Riçard Şeridan )

* Şöhrətpərəstlik yalançılığın anasıdır. ( Atalar sözü )

* Sənin şöhrətin sənin kölgən kimidir- o gah səndən qabaqda, gah arxada gedir; bəzən səndən böyük, bəzən isə kiçik olur. ( Qotlip Teodor Hippel )

 * İnsanlar ancaq layiq olduqları şöhrətə sahib ola bilərlər. ( Höte )

 * Bəzi məşhur adamlar öz şöhrətlərinə görə pərəstişkarlarına borcludurlar. ( Georq Lixtenberq )

10 şərh

ElcinHesenov
Paylaşım üçün təşəkkür edirəm
Kinosunas
Təşəkkürlər.Düşündürücü fikirlər var
Xrizoberil
çox maraqlı idi bəziləri… təşəkkürlər
umud600
Demək bəziləri… Bəyənilməyənlərin müəlliflərini minuslayın, getsin,:))
Xrizoberil
))) yəni heç eşitmədiklərim var idi ki, daha gözəl izah edilib.
Xrizoberil
olsan bu dünyada şöhrət düşkünü,
parlamaz ömrünün, bəxtinin günü. (Ömər Xəyyam)
kulturoloq
Şöhrətdən qururlanmaq artıq təkəbbürə yoldur!!!
SABINA ZZ

sohretperestlik insana qalib gelse,onu oz nefsinin qulu eder


tamamile dogrudur,cox beyendim bu sozu

məryam
Çox gözəldi. Teşekkürler.
ARİF
elə də şöhrətli deyiilllər