Рейтинг
+117.67

Hikmət dənizi və aforizmlər

108 üzv, 369 topik

Xora aid atalar sözləri

İgid igidə xor baxmaz.

Atalar sözü

Xor nə deməkdir? Hansı Mənanı verir?
Xor baxmaq – ikrahla, həqarətlə, alçaq nəzərlə, saymazcasına baxmaq, qiymət verməmək, dəyərsiz saymaq.

  • Bəy dediyin nədir, bəyənmədiyin nədir?
  • Yaza çıxartdıq dananı, bəyənməz oldu ananı.
  • Bağa qınından çıxdı, qının bəyənmədi.
  • Dünən yumurtadan çıxıb, bu gün qabağını bəyənmir.

Davamı →

Ümümmilli Lider Heydər Əliyevin Təhsil haqqında kəlamları

Ümümmilli Lider Heydər Əliyevin Təhsil haqqında kəlamları Heyder Eliyev Tehsil

Təhsil millətin gələcəyidir.

Heydər Əliyev

 


 

  • Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır.
  • Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.
  • Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.
  • Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur, ancaq bundan da yüksək ad müəllimlikdir.

Davamı →

Qəribə Atalar Sözləri

 

Bulud ağlar, çəmən gülər.

Atalar sözü

 

  • Doğru danışanın papağı yırtıq olar.
  • Cəhənnəmə gedən özünə yoldaş axtarar.
  • Korlar ölkəsində tək gözlü adam kraldır.
  • Şeytan olmasa qurd qoyunla gəzər.
  • Davakarın şah olsa, ərizəni Allaha yaz.
  • Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar.
  • Çaqqalın yuxusuna toyuq gələr.
  • Qonşunun toyuğu qonşunun gözünə qaz görünər

Davamı →

Müdrik Kəlamlar | Mənalı və Hikmətli


Həqiqi sevgi səhər şəfəqi kimi işıqlı, qəbir kimi laldır.
– Viktor Hüqo


 

  • Səni çiçək açmağa,azadlığa aparacaq şey sadəcə sənin səsindir.– Oşo
  • Oxunacaq ən böyük kitab insandır. – Hacı Bəktaş Vəli
  • Vərdiş zəncirləri, əvvəl eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər güclü olur.– Artur Şopenhauer
  • Hər ümidsizlikdə bir ümid, hər qаrаnlıqdа bir işıq yаşаyır…– Hüseyn Cavid
  • Həyat öz taleyini izləyənlərə səxavətli olur. – Paulo Koelyo
  • Əsəri olmayan alim barsız ağacdır. – Sədi Şirazi
  • Günəş buzu əritdiyi kimi, gözəl əxlaq da günahları əridər. – Cəfər Sadıq
  • Dostluq əntiq əşya kimidir – zaman ötdükcə qiyməti artır. –İ. V. Höte


Davamı →

Türk filmlərindən seçmə mənalı sitatlar | Film replikaları

Hani böyle karanlık bir gecede bir yokuş inerken bir köşeyi dönersin, deniz çıkar ya karşına. Sonra o denizde bir gemi belirir. Şıkır şıkır ışıklarla gelip geçer. Sen sevinirsin, hiç nedensiz. Seni tanıdığımdan beri hep bir gemi geçiyor içimden.

– Çemberimde Gül Oya

Dünyada gördüğüm en güzel gözler seninkiler. Seninle evlencem ben.
– Hayat Şarkısı

Dünyadaki herkesin parmak izinin farklı olması kimsenin sana benim gibi dokunamayacağının kanıtıdır.
–Poyraz Karayel


Davamı →

Hikmətli Atalar Sözləri

Gül tikansız, dərə ilansız, səfa cəfasız olmaz.

Hikmətli Atalar Sözü

 


 

  • Ağac kölgəsiz olmaz, insan sevgisiz.
  • Dərin olan quyu deyil qısa olan ipdir.
  • Ağıllı uşaq nadan qocadan yaxşıdır.
  • Kölgədə bitən ağacın kölgəsi olmaz.
  • Ocaqdan kül əskik olmaz.
  • Ağıl köhnəlməyən geyim, bilik tükənməyən mədən kimidir.

Davamı →

Məşhur kitablardan sevgi sözləri

 

Həyatında bir dəfə ürəkdən sevən adam daha məhəbbətsiz yaşaya bilməz.
-Çingiz Abdullayev, Mavi Mələklər



«Və əgər birini sevirsənsə, onu sənin istədiyin kimi deyil, olduğu kimi qəbul edib bütünlüklə sevirsən.»
Anna Karenina, Lev Tolstoy

Sevgi- qarşındakı insana sonuna qədər inanmaq deməkdir.
Üfüqün əks tərəfi, Marc Levi

Həyat birinə «səni sevirəm» demənin qərarsızlığını yaşamaq üçün çox qısadır…
Mart Bənövşələri, Sarah Jio

Səni sevirəm… Dəli kimi deyil, ağlı başında sevirəm..
Xəz Paltolu Madonna, Sabahattin Ali


Davamı →