Рейтинг
+117.67

Hikmət dənizi və aforizmlər

108 üzv, 369 topik

Müdrik cavablar

Bir müdrikdən soruşurlar:
«dünyada ən çox kimi sevirsiniz?»
«Dərzimi sevirəm,» deyə cavab verir.
Sualı soruşanlar çaşıb qalırlar:
«Axı ustad, dünyada sevəcək o qədər çox insan var ikən dərzi kimdirki? Niyə dərzi?»
Müdrik, bu suala da belə cavab verir:
«Dostlarım, bəli mən dərzimi sevirəm. Çünki onun yanına hər getdiyimdə, mənim ölçümü yenidən götürür. Amma başqa insanlar elə deyil. Bir dəfə mənim haqqımda qərar verər və ölənə qədər də məni həmişə eyni gözlə görərlər.»
Ardı →

Səbr haqqında

Ey iman gətirənlər!Səbr və dua ilə (namazla Allahdan)kömək diləyin.Çünki Allah səbr edənlərlədir(onların dostudur).   (Qurani Kərim)
Səbrli olmağı bacaran gec-tez öz istəyinə çatacaq.   (Onore de Balzak)
Təkcə düşmənlərinə qalib gələn igid deyil,özünü ələ almağı bacaran da igiddir.   (Demokrit:Qədim Yunan filosofu.)
Səbr ən zəiflərin və ən güclülərin silahıdır.   (Leşek Kumor:Polyak aforizm ustadı)
İnsan öz səbr və dözümüylə tauna da qalib gələ bilər.   (Napoleon Bonapart:Fransız imperatoru və sərkərdəsi.)
Çox səbr lazımdır ki,səbirli olmağı öyrənəsən.   (Yarob Mixael Reynqold Lents:Alman şairi.)
Səbr insana əvvəlcə zəhər kimi görünür,lakin buna öyrəşəndən sonra bal olur.Səbri olmayanlar nə qədər də yoxsuldurlar.   (Uilyam Şekspir:İngilis şairi və dramaturqu.)
Səbri ,hövsələni unudan insan,
Ağıldan,şüurdan açmasın dastan.   (Nizami Gəncəvi:Azərbaycan şairi və mütəfəkkiri.)
Davamı →

Ölüm haqqında

Harada olursunuz olun,hətta uca(möhkəm)qalalar içərisində olsanız belə,ölüm sizi haqlayacaq.   (Qurani Kərim)
Qəlbin hər çırpıntısı əcəlin ayaq səsidir.   (Bəyazid Bistami:İslam alimi)
İnsanlarla elə rəftar edin ki,düşməniniz belə ölümünüzə ağlasın.   (Hz.Əli ə.s.:Birinci İmam)
Ey həyat,ölümə minnətdar ol!Səni ona görə sevirəm.   (Blez Paskal:Fransız riyaziyyatçısı)
Ölümə məhkum bir insanda yaşamaq eşqinin nə qədər güclü olduğunu təsəvvür edə bilsəydiniz,ən qüssəli günləriniz də sizə çox gözəl görünərdi.   (İbn Sina:Şərq filosofu və həkimi)
Ardı →

Ümid haqqında

Ümid insan ruhunu qanadlandırıb  həqiqət  aləminə aparan nur nişanəsidir.O bu yolçuluğa çıxarkən həm qəlbi,həm əqli,həm dəduyğuları saflaşdırır.O uzağı yaxın edən dəyər,yaxını mətinləşdirən iksir və insan şəxsiyyətini zirvələrə yüksəldən həqiqətdir.   («Füyuzat»jurnalından)
Ümidsizlik ölümə gedən yolun başlanğıcıdır.   (Napoleon Bonapart:Fransız imperatoru)
Ardı →

Uşaq haqqında

Övladlarınız arasında oğlanla qıza fərq qoymayın;fərq qoymaq lazım gəlsəydi,mən qızları üstün tutardım (Hz.Muhəmməd s.ə.v.)
Namaz qılarkən onu uzatmaq istəyirəm;lakin kiçik bir uşağın ağlamasını eşidəndə namazımı uzatmıram,çünki onun ağlar səsini eşidən ananın nə hala düşdüyünü yaxşı bilirəm (Hz.Muhəmməd s.ə.v.)
Övladlarınızı dövrünüz üçün deyil,onların dövrü üçün yetişdirin (Hz.Əli ə.s.)
Ardı →

Vicdan haqqında

İçimizdəki ən böyük hakimin adı vicdandır.   (Naməlum)
Vicdan əzabı itirilmiş ləyaqətin əks-sədasıdır.   (Eduard Corc Bulver-Litton:İngilis yazıçısı və siyasi xadimi)
Vicdan məhkəməsi ən ali məhkəmədir.   (Viktor Mari Hüqo:Fransız yazıçısı)İradənə hakim ol,lakin vicdanına əsir ol!   (Aristotel:Qədim Yunan filosofu)
İnsanlar qəribədir!Pis bir iş görmək istədikdə əvvəlcə mütləq vicdanlarını susduracaq bir səbəb tapırlar.   (Xalid Ziya Uşaqlıgil:Türk ədibi və yazıçısı)
Ardı →

Sərxoşluq haqqında

Spirtli içki bəşər nəslinin gələcəyinin ən qəddar düşmənidir.   (Ogüst Forel:İsveçrə həkim-nevropotoloqu)
İçkinin başlanğıcı günah,ortası sərxoşluq,sonu isə fəlakətdir.   (Əfzələddin Xaqani:Azərbaycan şairi və mütəfəkkiri)
Spirtli içki elə bir bəladır ki,insanı mədəniyyətdən vəhşiliyə sürükləyir.   (Naməlum)
Adamlar vəbadan qorxurlar,lakin sərxoşluq ondan da qorxuludur.   (Onore de Balzak)
Spirtli içki qida deyil,insanın düşüncə və ruhunu dəyişdirən bir təsirdir.   (Mattias Klaudius:Alman şairi)
Ardı →

SIRR haqqında

Ürəklərinizdəkini gizlətsəniz də,aşkara çıxarsanız da,Allah onu bilir,çünki O,göylərdə və yerdə olanların hamısını biləndir.Allah hər şeyə qadirdir.   (Qurani Kərim)
Sirr saxlamaq iradə imtahanıdır.Bu imtahandan keçməyən həyatda heç bir imtahandan keçə bilməz.   (Hz.Əli ə.s.)
Qadınların saxlaya bildikləri yeganə sirr bilmədikləri sirdir.   (Litsi Anney Seneka:Qədim Roma filosofu)
Ardı →

Tamah haqqında

İki tamahkar vardır ki,doymaq nə olduöunu bilməz;bunlardan biri biliklərə yiyələnmək istəyənlərdir,biri isə dünyanı fəth etmək niyyətinə düşənlərdir.   (Hz.Muhəmməd s.a.v.)
Tamahkarlıq əbədi köləlikdir.   (Hz.Əli ə.s.)
Qızıl zəncirləri ən ağır zəncirlərdir.   (Onore de Balzak)
Ardı →

Qadın haqqında

  • Qadın- həyatın bütün mərhələlərində kişinin xilaskarıdır.   (Vissarion Qriqoryeviç Belinski:Rus tənqidçisi və filosofu)
  • Qadın elə bir mələkdir ki,bizi uşaq ikən qoruyur,gənc ikən xoşbəxtliyimiz üçün çalışır,qocalanda isə təsəlli verir.   (Avreli Avqustin:Qədim Roma filosofu)
  • Qadının həyatı sevgi,duyğu,dözüm və fədakarlıqdan yoğrulub.   (Onore de Balzak:Fransız yazıçısı)
  • Qadınsız ev məzar kimidir.   (Onore de Balzak)

Ardı →