Рейтинг
+117.67

Hikmət dənizi və aforizmlər

108 üzv, 369 topik

Dahilərdən dahi cümlələr!

Həyat-bal ilə zəhərin uyuşmasıdır.S.Apuley
Həyat hərəkət deməkdir,su da axmadıqda iy verir.Aristotel.
Sağlıqda xalqın sevimlisi və öldükdən sonra adı tarixin bəzəyi olmaq dünyada ən böyük saədətdir.M.f.Axundov
Mübarizə həyat üçün şərtdir,mübarizə bitdikdə həyat yox olur.V.Q.Belinski
Həyat ağır yük deyil,qanaddır,yaradıçılıq və fərəhdir,kim ki,onu ağır yükə çevirir,bunda o özü günahkardır.V.V.Veresayev
Həyatı qiymətləndirməyən adam yaşamağa layiq deyil.Leonardo da Vinçi
Ardı →

Hisslər haqqında aforizmlər

1. Nifrəti gizlətmək asandır, sevgini gizlətmək çətin,

lakin laqeydliyi gizlətmək hamısından çətindir.

L.Berne

2. Biz özümüzlə müqayisədə digərlərinə qarşı daha səmimiyik.

F.Nitsşe

3. İnsanların səmimi hisslərini aşkar etməyə çalışanda mən öz gözlərimə

daha çox inanıram,nəinki eşitdiklərimə.

Ardı →

Bağban | Rabindranat Taqor

Gözləyirəm, birdən iki gənc sərgərdan könül rastlaşar, bəlkə, ehtirasla dolu iki cüt göz məndən musiqi istər ki, onların sükutunu pozub, onların əvəzinə danışsın.


Mən hamı ilə yaşıdam.


Bunlar üçün mən vuruşmamışam, bunları bazardan almamışam, deməli, bu hədiyyə ona gərək deyil.


Mən sənin nəfəsini duyuram, o, mənə puç ümidlərdən pıçıldayır.


Mən unuduram, daim unuduram ki, tənha yaşadığım evin bütün qapıları bağlıdır.


Ardı →

Lissabonda bir gecə | Erix Maria Remark

«Lissabonda bir gecə» qəhrəman-nağılçı dilindən nəql edilir. Nasistlərdən canını qurtaran qəhrəman sevgilisi Rutla Lissabona gəlib düşür. Burada o, hər yolla Amerikaya viza və ABŞ-a yola düşən paroxoda bilet almağa cəhd göstərir. Və hər dəfəsində uğursuzluğa məhkum olur. 1942-ci ilin gecələrinin birində o sahildə paroxoda biletləri ona havayı verməyə hazır olan yad bir kişi ilə tanış olur. Ancaq həmin kişinin bir şərti var: bu gecəni onunla keçirməli və onun danışdığı hekayətə qulaq asmalıdır. Bu hekayə həmin kişinin həyat dramıdır.


Ardı →

1984 | Corc Oruell

«1984″ roman-antiutopiyada Oruell dünya birliyinin mümkün gələcəyini hamının nifrət və qorxu ilə dolu, dözülməz fiziki və mənəvi əsarət içində olacağı ierarxik totalitar rejim şəklində təsvir etmişdir. Hakim və yeganə partiyanın üzvü olan Uinston Smit quruluşa olan nifrətini yazmaq üçün haradansa bir gündəlik əldə edir, ancaq hər addımın izlənildiyi, daim telekranın obyektivində göründüyü bir mühitdə öz fikrini bircə cümlə ilə belə yazmaq acı işgəncələrə və ölüm hökmünə bərabər bir şeydir. Oruell əsərin adını onu qələmə aldığı 1948-ci ilin son rəqəmlərini dəyişməklə vermişdir.


Ardı →

Nortenger abbatlığı | Ceyn Ostin

Sevgi hekayəsi özündə romantizmi və parlaq yumoru birləşdirə bilərmi? Sərgüzəştlər həm istila edib, həm də güldürə bilərmi? Söhbət Ceyn Ostinin «Nortenger abbatlığı» romanından gedirsə bu ola bilər. Dünya ədəbiyyatının qızıl fonduna daxil edilmiş bu kitab əvvəlki kimi milyonlarla oxucunu əsir edir. Əvvəlki kimi birnəfəsə mütaliə edilir və əvvəlki kimi gözəl üslubu, istehzası və dili ilə hamını sarsıdır.


Ardı →

Məhəbbət üç il yaşayır | Frederik Beqbeder

Məhəbbət üç il yaşayır, fransızca «L'amour dure trois ans».  Bu təbiətin qanunudur. Mark Marronye belə düşünür. Arvadı ilə boşanmasının bu təbiət qanuna heç bir aidiyyatı yoxdur. Sadəcə yeni məhəbbət başqa heç nəyə yer saxlamadan onu bütünlüklə əsir edir. Ancaq Mark öz nəzəriyyəsinə inanır və qorxu içində həmin tarixi günün gəlməsini gözləyir.


Ardı →

Müdrik cavablar

Bir müdrikdən soruşurlar:
«dünyada ən çox kimi sevirsiniz?»
«Dərzimi sevirəm,» deyə cavab verir.
Sualı soruşanlar çaşıb qalırlar:
«Axı ustad, dünyada sevəcək o qədər çox insan var ikən dərzi kimdirki? Niyə dərzi?»
Müdrik, bu suala da belə cavab verir:
«Dostlarım, bəli mən dərzimi sevirəm. Çünki onun yanına hər getdiyimdə, mənim ölçümü yenidən götürür. Amma başqa insanlar elə deyil. Bir dəfə mənim haqqımda qərar verər və ölənə qədər də məni həmişə eyni gözlə görərlər.»
Ardı →

Səbr haqqında

Ey iman gətirənlər!Səbr və dua ilə (namazla Allahdan)kömək diləyin.Çünki Allah səbr edənlərlədir(onların dostudur).   (Qurani Kərim)
Səbrli olmağı bacaran gec-tez öz istəyinə çatacaq.   (Onore de Balzak)
Təkcə düşmənlərinə qalib gələn igid deyil,özünü ələ almağı bacaran da igiddir.   (Demokrit:Qədim Yunan filosofu.)
Səbr ən zəiflərin və ən güclülərin silahıdır.   (Leşek Kumor:Polyak aforizm ustadı)
İnsan öz səbr və dözümüylə tauna da qalib gələ bilər.   (Napoleon Bonapart:Fransız imperatoru və sərkərdəsi.)
Çox səbr lazımdır ki,səbirli olmağı öyrənəsən.   (Yarob Mixael Reynqold Lents:Alman şairi.)
Səbr insana əvvəlcə zəhər kimi görünür,lakin buna öyrəşəndən sonra bal olur.Səbri olmayanlar nə qədər də yoxsuldurlar.   (Uilyam Şekspir:İngilis şairi və dramaturqu.)
Səbri ,hövsələni unudan insan,
Ağıldan,şüurdan açmasın dastan.   (Nizami Gəncəvi:Azərbaycan şairi və mütəfəkkiri.)
Davamı →

Ölüm haqqında

Harada olursunuz olun,hətta uca(möhkəm)qalalar içərisində olsanız belə,ölüm sizi haqlayacaq.   (Qurani Kərim)
Qəlbin hər çırpıntısı əcəlin ayaq səsidir.   (Bəyazid Bistami:İslam alimi)
İnsanlarla elə rəftar edin ki,düşməniniz belə ölümünüzə ağlasın.   (Hz.Əli ə.s.:Birinci İmam)
Ey həyat,ölümə minnətdar ol!Səni ona görə sevirəm.   (Blez Paskal:Fransız riyaziyyatçısı)
Ölümə məhkum bir insanda yaşamaq eşqinin nə qədər güclü olduğunu təsəvvür edə bilsəydiniz,ən qüssəli günləriniz də sizə çox gözəl görünərdi.   (İbn Sina:Şərq filosofu və həkimi)
Ardı →