Atlar haqqında

                                                Nəsli kəsilmiş növü

Zooloji təsnifata görə atlar fəqərəlilər şöbəsinə, məməlilər sinfinə, təkdırnaqlılar dəstəsinə, ataoxşarlar (ekvidlər) ailəsinə və əsil atlar növünə (skuus kobalus) mənsubdurlar. Ekvidlər ailəsinə həmçinin eşşəklər, zebrlər və yarım eşşəklər növləri də daxildirlər.
Prof. B.O.Kovalyovski qazıntılar nəticəsində tapılan təkdırnaqlılar içərisində keçid formalarının olmasını sübut edərək, bunların təkamül nəticəsində meydana gəlməsini göstərmişdir. Onun fikrincə həyat şəraiti dəyişdikcə bunlarda dəyişmiş, bir formadan-digər formaya, yəni şəraitə uyğun bir formaya düşmüşlər.
Atların ən qədim əcdadı hesab edilən Eohippus meşə heyvanı olmaqla üçüncü dövrün ikinci epoxasında (Eosepdə) köhnə və Yeni dünyanın müstəqil iqlim,yumşaq tropik bitki, rütubətli və bataqlı yerlərdə yaşamışlar.
Milyon illər davam edən təkamül nəticəsində 30 sm boylu Eohippus dəyişmiş onun barmaqları atrofiyaya uyğarayaraq nəhayət 100-120 sm boylu iliohippus adlanan tək dırnaqlı bir forma meydana gəlmişdir.
Vəhşi atların tək dırnaqlı forması üst pliosen dövründə meydana gəlmiş və tədricən Asiya və Avropanın geniş düzənliklərində yayılmışdır.
Təbii şəraitin dəyişməsi nəticəsində vəhşi atların bədən quruluşu böyük dəyişikliklərə uğramışdır. Qədim dövrlərə aid atların qalıqları Zaqafqaziyada da tapılmışdır.
Dördüncü dövrün pleystosen epokasına aid olan çoxlu at və eşşək sümükləri Bakının yaxınlığında məşhur Binəqədi qazıntılarında, Ermənistanda Leninakan şəhəri yaxınlığında, Gürcüstanda isə Herqulis/Klde mağarasında tapılmışdır. Bu və digər bir sıra məlumatlar göstərirlər ki, Zaqafqaziya da atların ilk mənşə ocaqlarından biri olmuşdur.
Nəticə etibari ilə demək olar ki, atlar da, digər ev heyvanları kimi uzun dövrlər sürən təkamül nəticəsində bir ilk vəhşi formadan əmələ gəlmişlər.

                     Atın əhliləşdirilməsi.

Vəhşi atların əhliləşdirilməsi və onların insan tərəfindən yetişdirilməsi yeni daş dövrünün (neolit) axırlarına, tunc dövrünün əvvəllərinə aid edilir. (Yeni eradan 3000-3500 il əvvəl).
Qazıntılar və maddi-mədəniyyət materialları göstərirlər ki, hələ vəhşi və yarım vəhşi yaşayan insanlar əvvəllər vəhşi atları ovlayaraq onların ətindən və dərisindən istifadə etmişlər.
Ovlanan atlar içərisində şübhəsiz ki, salamat qalanları da olmuşdur. Bu atları xüsusən bunların balalarını insanlar özlərinə ram etmiş, öyrətmiş və beləliklə vəhşi atları tədricən əhliləşdirmişdir. İbtidai-icma şəraitində yaşayan insanlar bu atlar vasitəsilə digər heyvanların ovuna çıxmış və sonralar onları tədricən minikdə və qoşquda istifadə etməyə başlamışdır.
Güman edilir ki, əhliləşdirmə eyni zamanda bir neçə yerdə insanların ilk beşik ocaqlarında aparılmışdır.
İlk əhliləşdirmə ocaqlarından biri Orta Asiyada Amur-Dərya və Sır-Dərya çaylarının geniş vadisi olmuşdur. Burada əhliləşdirilən atlar incə sümüklü və mütənasib quruluşlu olmuşdur. Bunu Aşqabad yaxınlığında qədim Annau şəhərində aparılmış və daş dövrünə aid olan qazıntılarında tapılan sümük qalıqları subüt edir.
Orta Asiyada atçılıq çox qədim zamanlardan inkişaf etmiş və buradakı atlar yüksək keyfiyyətə malik olduqları üçün digər ölkələrə aparılmışlar.
Qədim Orta Asiya atlarından aqramaklar, Nisey (Midiya), Parfiya (qədim Türkmən) və İran atları məşhur olmuşlar. Bu cənub at tipindən sonralar axal-təkə, ərəb və s. təpəlik at cinsləri əmələ gəlmişdir.
Qədim əhliləşdirmə ocaqlarından biri də Zaqafqaziya olmuşdur. Burada da atçılıq qədim bir tarixə malikdir. Arxeoloji məlumatlar göstərir ki, Zaqafqaziyada maldarlıq Daş-tunc (eniolit) dövründən inkişaf etməyə başlamışdır. Xanlar şəhəri ətrafında aparılan qazıntılarda çoxlu miqdar ev heyvanlarının (qaramal, at, qoyun, keçi və donuz) lülə sümükləri tapılmışdır. Bu materiallar göstərir ki, bu yerlərdə yeni eradan əvvəlki ikiminilliyin ortalarından başlayaraq atlardan minikdə istifadə olunmuşdur. Mingəçevirdə aparılan qazıntılarda (tunc dövrünün ortaları və axırlarına aid) tapılmış əşyalar (tunc kəmər üzərində atın naxışı, kəm və s.), atçılığın Azərbaycanda çox qədim zamanlardan inkişaf etməsini sübut edir.

                        Atın rəngi və nişanları

Rəng atın tüklərinin boyağına deyilir. Atın rəng və nişanlarının düzgün təyin edilməsinin atın tanınmasında, döllük yazılarının aparılmasında, pasport verilməsində, sərgi və baxışlarda atın qiymətləndirilməsində əhəmiyyəti çoxdur. Atın rəngi irsi əlamət olduğu üçün cinsi xüsusiyyətdir. Məs. Qarabağ cinsində ən çox təsadüf edilən xarakter rəng narıncı və qızılı kürən, qabardin və Vladimir atlarında isə kəhər rəngdir. Çarpazlaşdırma zamanı boz rəng çox zaman digər rənglər üzərində üstün gəlir. Tüklərin rəngi piqmentin az-çoxluğundan asılı atın iş qabiliyyəti onun rəng və nişanları ilə bilavasitə əlaqədar deyildir. Lakin piqmentin yaxşı inkişaf etməsi heyvanın həyatilik və möhkəmlik qabiliyyəti ilə bağlıdır. Piqmentsiz (albinos) fərdlər davamsız olurlar.Atlarda üç növ: Örtük, müdafiə və hiss tükləri vardır.
örtük tükləri atın bədəninin bütün hissəsində yayılmışdır.Soyuq və sərt iqlim şəraitində bu tüklər uzun, qalın və sıx, cənubun isti iqlim şəraitində isə nazik, gödək və seyrək olurlar. Yazda at tükünü dəyişir. Minik atlarında örtük tükləri iş atlarına nisbətən nazik və seyrək olur.
müdafiə tükləri boyun üzərində – yal, peysər nahiyəsində – saç, quyruq və buxovluq oynağı ətrafında yerləşən qalın tüklərdən ibarətdir.
hiss tükləri. Göz, burun dəlikləri və dodaqların ətrafında yerləşən seyrək, qalın tüklərdən ibarətdir. Bunlar vasitəsi ilə at hiss edir. Ona görə də bu tükləri qoparmaq olmaz.

İtlərdən sonra ən sadiq dostlarımızın atlar olduğunu bilirdinizmi? Evcil atlar, sahiblərini heç bir zaman tərk etməzlər.
25-dən çox növü olan bu sadiq dostlarımız — atlar heç yorulmadan bizi kilometrlərcə uzağa daşıya bilərlər. Atlar, tarix boyunca insana ən çox köməkçi olmuş heyvanlardır.
Bu gün küçələrdə minlərlə avtomobil və bu avtomobillər üçün yollar var. Halbuki, bu avtomobillər ancaq son əsrdə insanlara xidmət etməyə başlamışlar. Sizin babanızın babasının doğulduğu illərdə heç kim avtomobil deyə bir şeyin varlığını bilmirdi. O tarixdə nəqliyyat və daşıma işləri heyvanlar, xüsusilə də atlar sayəsində edilirdi.
Yaxşı, atların yaşının kəsici dişlərinin aşınıb köhnəlməsinə görə aydın olduğunu bilirdinizmi? Atların yediyi ot qumlu və tozlu olduğu üçün dişləri zamanla aşınar. Ancaq Allah atların dişlərini çox uzun yaratmışdır. Bu dişlər çənə sümüyünün çox dərinlərinə qədər basdırılan uzun lentlər halındadır. Yəni dişlərin kök qisimi bizimkilərə görə çox daha dərinlərdədir. Diş aşındıqca sümüyün içindəki hissə çölə çıxar. Hətta yaşlı atlarda dişlərin kökü diş ətinin səthinə gəlir. Hər bir diş, yemək yemə qabiliyyətini itirmədən 2.5-5 sm aşına bilər. Biz də bu aşınmanın miqdarına görə atların yaşını təxmin edə bilərik. Düşünün, əgər Rəbbimiz atlara belə bir xüsusiyyət verməsəydi, bu heyvanlar qısa müddətdə dişlərini itirib aclıqdan ölərdilər.. 
Rəbbimiz, atın tüklərinə də çox əhəmiyyətli bir xüsusiyyət vermişdir. Atların tükləri bədən istiliklərinin nizamlanması üçün termostat, yəni istilik nizamlayıcısı funksiyası yerinə yetirər. Bədənləri hər vaxt 38 dərəcə istilikdə olmalıdır. Bu istiliyin qorunması üçün soyuq qış günlərində atın tükləri uzanar, isti mövsümlərdə isə tökülər və bədən istiliyinin sabit qalmasını təmin edər.
Sizə atlarla bağlı maraqlı bir xüsusiyyət daha: Atlar ayaqda yatarlar! Yaxşı necə olar da yatarkən yerə heç düşməzlər bilirsinizmi? Çünki qıç sümüklərinin kilidlənə bilmə xüsusiyyəti vardır. Rəbbimizin verdiyi bu xüsusiyyət sayəsində atlar həm ayaqda yata bilər, həm də çox ağır yükləri daşıya bilərlər. Halbuki insanlar, oturduqları yerdə yatdıqları zaman belə başlarının yana düşməsinə maneə törədə bilməzlər. Atların qıçları tək ağır yükləri daşıya bilmələri üçün deyil, eyni zamanda da sürətli qaça bilmələri üçün xüsusi yaradılmışdır. Atlarda, digər heyvanlarda olduğu kimi körpücük sümüyü yoxdur. Bu da onların daha böyük addım ata bilmələrini təmin edər.
Ayrıca atların qıçlarında sürətləndikcə xərclədikləri qüvvəti salan buna qarşı hərəkət edə bilmə qabiliyyətlərini artıran bir sümük-əzələ mexanizmi vardır. Bu mexanizmin işini avtomobillərdəki çarx sisteminə bənzədə bilərik. Sürətlənən bir avtomobilin çarxını böyütməsi kimi atlar da sürətləndikcə sanki çarx böyüdərlər. Bu sayədə itələmə üçün xərclənən güc azaldılarkən, hərəkət qabiliyyəti artar.
Atlar, istifadə məqsədlərinə uyğun fiziki xüsusiyyətlərə sahib olmalıdırlar. Ağır işlər üçün gücündən faydalanılan atlara Soyuq Qanlı, sürət və çevikliyindən faydalanılan idman məqsədli atlara da İlıq Qanlı adı verilər.
Minik atlarının hamısı ilıq qanlıdır. Dünyada 150-dən çox at cinsi mövcuddur.

             BİLİRDİNİZMİ?

Evcil atlar, sahiblərini heç bir zaman tərk etməzlər. 
25-dən çox növü olan bu sadiq dostlarımız — atlar heç yorulmadan
bizi kilometrlərcə uzağa daşıya bilərlər.
Atlar, tarix boyunca insana ən çox köməkçi olmuş heyvanlardır. 
Bu gün küçələrdə minlərlə avtomobil və bu avtomobillər üçün yollar var. Halbuki, bu avtomobillər ancaq son əsrdə insanlara xidmət etməyə başlamışlar. Sizin babanızın babasının doğulduğu illərdə heç kim avtomobil deyə bir şeyin varlığını bilmirdi. O tarixdə nəqliyyat və daşıma işləri heyvanlar, xüsusilə də atlar sayəsində edilirdi. 
Yaxşı, atların yaşının kəsici dişlərinin aşınıb köhnəlməsinə görə aydın olduğunu bilirdinizmi?
Atların yediyi ot qumlu və tozlu olduğu üçün dişləri zamanla aşınar. Ancaq Allah atların dişlərini çox uzun yaratmışdır. Bu dişlər çənə sümüyünün çox dərinlərinə qədər basdırılan uzun lentlər halındadır. Yəni dişlərin kök qisimi bizimkilərə görə çox daha dərinlərdədir. Diş aşındıqca sümüyün içindəki hissə çölə çıxar. Hətta yaşlı atlarda dişlərin kökü diş ətinin səthinə gəlir. Hər bir diş, yemək yemə qabiliyyətini itirmədən 2.5-5 sm aşına bilər. Biz də bu aşınmanın miqdarına görə atların yaşını təxmin edə bilərik. Düşünün, əgər Rəbbimiz atlara belə bir xüsusiyyət verməsəydi, bu heyvanlar qısa müddətdə dişlərini itirib aclıqdan ölərdilər..

Atlar haqqında maraqlı faktlar

* Atlar insan səsindən onun emosiyasını anlaya bilir.

* Poni və adi atlar arasında fərq sadəcə boyların balacalığında deyil, eyni anda onlar daha ağıllı və tərsdirlər.

* Bir çox «mənasız at» qaydaları məlumdur. Məsələn, bəzi ABŞ ştatlarında subay qadınlara bazar günləri atla çapmağa qadağa qayulub, evli kişilərə isə xanımları olmadan ata minməyə icazə verilmir. İstisna ancaq onların evliliyinin bir ildən çox olduğunda edilir.

* «Hippopotam» sözünün mənası "çay atı" deməkdir, lakin onların həyat tərzləri və görünüşləri daha çox donuza bənzəyir.

* Atların mədə borusunun ətrafındakı əzələlər o qədər güclüdür ki, onlar partlayarlar, lakin ögümə refleksini yaşamazlar.

* Bəzi at tabunları var ki, orada sürünün başçısı madyanlar olur.

* Ana atlar öz balalarını əmizdirərkən ata atlar və ya başqa erkək atlar onları başqa heyvandan qoruyur.

* Atların musiqi zpövqləri fərqlidir. Onlar daha çox həzin və şən instrumental musiqiləri sevirlər. Rok janrlı bərk musiqilərdən hıyıcanlanırlar.

* Atların 2 yuxu fazası var: SWS (qısa yuxu) və REM ( gözlərini hərəkəti ).Onlara yatmaq üçün 4 saat kifayət edir və atlar ayaqüstə yatmağı özləri seçirlər, bununla oynaqlarına istirahət verirlər.

* Bir çox ədəbiyyatda atları gözəllik və seksuallıq rəmzi kimi adlandırırlar.

* İnduslar atları kosmosla əlaqləndirirdilər. Ağ atlar Vişnu-nun təcəssümü hesab edilirdi.

* İlahə Demetra başı at şəklində təsvir edilmişdi, yanındakı atlar isə onun övladlarə hesab edilirdi.

* Farslar öz atçıları ilə seçilirdilər və onların Şərqdəki idarəçiliyi ən çox bununla bağlı idi. Bu səbəbdən atlar Fars İmperiyasının status rəmzi hesab edilirdilər, və yalnız aristokratlara aid ola bilərdilər.

* Bütün dünyada 160-dan çox at npvü var, lakin təmizliyinə görə ən çox ərəb növünə üz tutulur.

* Atların güclü qoxu hissiyatı var, bu səbəbdən onlar qoxlamaqla insanın qəzəbli olmasını hiss edir, alkoqollu insanı daha tez tanıyır və qanın iyindən özü «dəlilik» halına gəlirlər.

* Başqa heyvanlarla müqayisədə atların gözləri daha iridir və bir-birindən asılı olmadan hərəkətlidir. Və onlar ətrafını rəngli şəkildə görə bilirlər.

* Bir çox atlar 25-30 il yaşayırlar. Qeyd edilir ki, ən uzun ömürlü at İngiltərədə 62 il yaşamış Qoca Billi adlı at olub. İnsan həyatı ilə müqayisə etdikdə Billi 174 il yaşamış olub.

* Atların dişləri çox güclü indikatordur. Onlarla atın yaşını və sağlamlığını öyrənmək olur.

* Atların əhilləşməsindən sonra bir çox ölkələrdə atları Allaha qurban kimi kəsməkdə istifadə edirdilər. Qafqaz əhalisi hal-hazırda da atlardan qurban verir.

* Avstraliyada heç vaxt arxeoloqlar atdan qalmış qalıqlar tapmayıblar. O materikə atlar XVIII əsrdə gətiriliblər.

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub