Sevgiler...

Sevgi vardır ki, dodaqlarda açar güllərini,

Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.

Sevgi vardır oxudur qəlbidə bülbüllərini,

Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.


Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,

Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.

Sevgi vardır ki, düşər yerlərə daim sürünür,

Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.

 

Sevgi vardır ki, bahardan bizə güllər gətirir

İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.

Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.

 

Sevgi vardır bizə çox dadlı əməllər gətirir,

Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.

Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.

 
 

11 şərh

_BUMERANQ_
Gözəl şeirdi, amma tərardı, bu şeir əvvəl artıq saytda olub.
  http://kayzen.az/blog/poeziya/8536/sevgil%C9%99r.html#cut

Topiki yerləşdirməzdən əvvəl təkrar olub-olmadığını yoxlamaq üçün ya topikin adını, ya da ilk cümləsini AXTARIŞ bölməsində axtarmaq olar.
Medikamentoz
Tünzalə Ağayevanın səsləndirdiyi musiqinin sözləri,səhv etmirəmsə Səməd Vurğuna aiddir.
alan
deqiq bilmirem.amma cox xosum gelir.cox menali sozleri var
_BUMERANQ_
Düzdü bu sözlərə Tünzalə Ağayeva mahnı oxuyub, amma şeir dəqiq M.Müşfiqə aiddir.
  http://www.youtube.com/watch?v=DaPlsgs1s7E
Medikamentoz
Molla Nəsirəddin nə deyib:Bilənlər bilməyənlərə desinlər.
alan
cox soz deyib sen hansini deyirsen?
Medikamentoz
Dediyini yazmışam axı,cümlənin 2ci hissəsinə bax :)
alan
bagisla gormedim.daha dogrusu fikir vermedim.riyaziyyat edirdim ona gore de beynime hec ne girmirdi.
alan
bagisla sene sehvlikle menfi verdim musbet verecekdim.
alan
inwallah sehvimi duzelderem
Medikamentoz
Mən mikrobloqların birində yazmışdım mənfi ya müsbət fərq etməz,səs verilirsə diqqətdən kənarda deyilsən deməkdir,diqqətin üçün minnətdaram.Səhv etməmisən,narahat olma.