maraqli

Ömər ibn Xəttab axşamlar geyimini dəyişib şəhər içinə çıxır və camaatın evdə nə etməsi ilə maraqlanırdı. Bir axşam o, süd satan bir qadının evinin qapısına gəlir. Qadın öz qızı ilə səhər satmağa aparacağı südü hazırlayırdı. Ömər eşidir ki, ana qızına deyir: ?Gəl südə bir az su qataq ki, çox olsun!?.. Qız cavab verir: ?Axı, xəlifə bunu qadağan edib!?.. Ana: ?Gecənin bu aləmində xəlifənin bizdən nə xəbəri var??.. Qız etiraz edir: ?Əgər xəlifə görmürsə, Allah görür!?.
Bu sözlər Ömərin elə xoşuna gəlir ki, oğlu Asimi həmin qızla evləndirir. Ədaləti ilə tanınmış Əməvi xəlifəsi Ömər ibn Əbdüləziz də onların qız nəvəsidir.
 
 

1 şərh

seyidova
düzdü Allah her şeyi görür,bilir.