İnsana Dərs Verən Sözlər


Yoxsulluq

Amerikan jurnalist Afrikalıdan soruşur:
Siz niyə bu qədər ac və yoxsulsunuz?’
Jurnalistin qəribə, bir az da naif sualı Afrikalı tərəfindən belə cavablanır:
‘Siz bu qədər tox və zəngin olduğunuz üçün!”

Sağlamlıq

Evin varsa bir sıfır qoymalısan xəzinənə,
İşin varsa bir sıfır daha qoymalısan,
İş səninsə üç sıfır daha qoymalısan,
İşin yaxşıdırsa üç sıfır daha,
Maşının varsa bir sıfır,
Bağ evin varsa bir sıfır daha,
Daha sıralana bilər sıfırlar xəzinəsi.
Ancaq, sağlığın varsa bir qoyarsan əvvəlinə, bütün sıfırlar anlamlı bir dəyərə ulaşar.Yoxsa nəticə sıfırdır, heç uğraşmayasan boş yerə.


Yer üzündə aclıqdan ölənlərin sayı, toxluqdan ölənlərdən çox daha azdır.
(Theognis)







Dünya üzrə aparılan sorğu anketi

Dünya üzrə bir anket aparılıb. Sadəcə bir sual soruşulub: 
«Xahiş edirik dünyanın geri qalan qismindəki qida çatışmamazlılığına bir çarə ilə bağlı şəxsi fikrinizi dürüstcə bildirəsiniz!»
Anket böyük bir uğursuzluqla nəticələnmiş. Çünki,
Afrika'da insanlar «qida» kəliməsinin nə mənaya gəldiyini bilmirlər.
Qərbi Avropa'da insanlar "çatışmamazlıq" kəliməsinin nə mənaya gəldiyini bilmirlər
Şərqi Avropa'da insanlar "şəxsi fikrin" nə mənaya gəldiyini bilmirlər.
Orta Şərq'də insanlar "çarə«nin nə mənaya gəldiyini bilmirlər.
Cənubi Amerika'dakı insanlar „xahiş edirik“ kəliməsinin nə mənaya gəldiyini bilmirlər.
İsrail'dəki insanlar „dürüstlük“ kəliməsinin nə mənaya gəldiyini bilmirlər.
Və Amerika'dakı insanlar „dünyanın geri qalan hissəsi“nin nə mənaya gəldiyini bilmirlər.


Su, Od və Əxlaq

Su, od və əxlaq dost olub, birlikdə zaman keçirməyə başlamışlar. 

Ətrafda dolaşırlarkən əgər itsələr bir-birlərini necə tapa biləcəklərini sorğulamağa başlamışlar. 

Sudan soruşublar: 

»Yoxa çıxsan səni necə tapacayıq?" 

«Harada bir şırıltı eşitsəniz məni orada tapa bilərsəniz» deyə cavab vermiş su. 

Oddan soruşublar:

«Səni itirsək nə edək?» 

«Bir duman gördüyünüz yerdə mən varam» deyə cavab vermiş od. 

Sıra əxlaqa gəlmiş. 

«Səni necə taparıq?» demişlər.

Onun cavabı isə olduqca düşündürücüymüş:

«Məni itirsəniz, bir daha əsla tapa bilməzsiniz!» 

3 şərh

nurr
hamısı maraglidi
heyatin-ellerinde
Maraqlıdı.
Əxlaq həqiqətən itirildisə tapılmır
Təşəkkürlər
pascal
Sonuncudan başqa o birilərin eşitmişdim. Düşündürücü idi. Təşəkkür.