Hirslənəndə bu hekayəni yada salın

Adam yeni maşınına baxmaq üçün evdən çıxanda 3 yaşındakı övladının üzündə xoşbəxt bir ifadəylə əlindəki çəkiclə maşının gövdəsini məhv etdiyini görür.
Cəld oğlunun yanına qaçıb uşağın əlinə çəkiclə vurmağa başlayır.Bir az sakitləşəndən sonra tez balasını xəstəxanaya aparır.Həkim uşağın qırılan sümüklərini qurtarmağa çalışdısa da əlindən bir şey gəlmir və usaşın iki əlinin də barmaqlarını kəsməyə məcbur olur.Uşaq əməliyyatdan çıxıb sarğılı əllərini görür və çox masumanə bir ifadəylə «Ata,maşınına zərər verdiyim üçün üzgünəm.» deyir və sonra da atasına bu bu sualı verir «Barmaqlarım nə vaxt yenidən çıxacaq?».Atası evə qayıdır və həyatına son verir...
Kimsə stula süt dağıdanda yaxud bir uşağın ağladığını eşidəndə bu hekayəni xatırlayın.Çox sevdiyiniz bir kəsə qarşı səbrinizi itirdiyinizi düşündükdə əvvəlcə durub bir az da düşünün.Maşınlar təmir oluna bilər,amma qırılan sümüklər və zərər görən duyğular heç bir zaman təmir oluna bilməz.İnsan səhv eləyər.Hamımız səhv edə bilərik.Amma hirslə düşünmədən edilən hərəkətlər insanı sonsuza qədər narahat edər.Hərəkətə keçməzdən əvvəl dayanın və düşünün.Səbirli olun.Anlayış göstərin və sevin.

8 şərh

nurr
raziyam ama hirsləndiyin an sebr etmek de cox çetindi Allah hamimiza sebirin en lazimli aninda sebir etmeyimize komek olsn
kagizgemiler
AMİN.ən gözəl olanı səbrdir.
seyidova
bax o uşaq niye uşaqlığın bilmirki??heç kim deye bilmezki men heçne elemezdim sadece esebleşerdim.vuranlarda olar aramızda amma ta o ata kimi xestexanalıq eleyenler yeqin olmaz.
reality_man
Hirslendiyiniz zaman ureyinizde 10-a kimi sayın…
asel
bu da yaxşı üsuldur.
alan
oxudugunuz ucun sagolun
HeRa_Queen
bu məqalə mənim həyatımda tam yerinə düşdü həqiqətən də qarşımızdakı insanı incitdiyimizin  fərqində olmuruq sadəcə hirsimiz keçəndən sonra düşünüb peşmançılıq və beynimizdə niyə bunu etdim ??! sualı  yaranır… Buna görə deyiblər «Hirsli başda ağıl olmaz »… çox təşəkkür edirəm balaca amma mənası böyük olan məqaləni paylaşdığınız üçün :)
babayeva_sabina

təşəkkürlər marqalı idi