«YER ÜZÜNDƏKI ƏN XOŞBƏXT INSAN KIMDIR?

İngiltərənin nüfuzlu qazetlərindən birinin elan etdiyi müsabiqənin məqsədi xoşbəxtlik haqqında insanların nə düşündüyünü  öyrənmək idi. Müsabiqədə soruşulan sual bu idi: «Yer üzündəki ən xoşbəxt insan kimdir?» 

Verilən cavablardan dördü mükafat aldı. Mükafat alan dörd cavab belə idi: 
1. Yorğun bir iş günündən sonra körpəsinə qovuşan və onu çimizdirən ana. happy
2. Təhlükəli bir əməliyyatı müvəffəqiyyətlə tamamlamış bir həkim. 
3. Qumdan evlər, qalalar düzəldən bir uşaq. 
4. Yaxşı bir sənət əsəri yaratmış bir sənətkar. 

Xoşbəxtlik hamımızın əli altında və çatıla bilər. Baxdığımız pəncərələr və niyyətlər çox əhəmiyyətlidi.
Bəs sizcə? Dünyada ən xoşbəxt insan kimdir?

happy-people-in-the-poppy-field-1280x800-wide-wallpapers-net

4 şərh

kagizgemiler
çox gözəldir.ama məncə dünyada ən xoşbəxt insan onu uzaqda axtaran yox lap yaxınında tapandır.sevdiklərində xoşbəxtliyi tapa biləndir.:)
alan
menim fikrimce dunyada en xosbext insan aiolesi ile birlikde oandir.ailesiz ne pul ne dovlet
seyidova
onda demekki bütün insanlar xoşbextdi..çünki xoşbext olmaq üçün adi şeylerdi
nurr
xoşbəxtliyin nə olduğunu bilən insan ən xoşbəxt insandir kagizgemilerin fikriyle  tam raziyam xoşbəxtlik uzaqda deyil sadece onun ferqinde olmağ lazmdır