5 Dəqiqə sonra ölsən kimin vecinə olarsan?

5 dəqiqə sonra ölsən kimin vecinə olarsan görəsən? :/ Çox dəyər verdiyin internet saytlarının Facebook`un..? Ən çox bu ola bilər: Dostumuzu itirdik nəbilim nə… Ürəyimizdəsən… Açılan mövzuya təşəkkürlər likelər bəlkə hamı imzasına səni qoyar..yazılar yazar filan..amma həqiqətən kimin vecinə olarsan? Yoxluğun kimi yıxar..? Kim səni axtarar..? Kim darıxar..? Kim ağlayar..? Sevgilin..? Yoox… çox aşiq idizsə bir birinizə ən çox 1-2 il heç kimlə görüşməz, heç kimə baxmaz… İlk əvvəllərdə çox ağlayar bəlkə… bəs sonra? Evdə səni gözləyər? yox… Səni sevərək ölər? Yox… Unudularsan… Çünki həyat davam edər...Həqiqətən bu dünyaya nələrsə qoyduğunu fikirləşərsən ancaq heç nə..Heç kim məni unutmaz deyərsən...Ancaq unudulub gedərsən...Həyat belə bir şeydi… Qebul edərsən istəsən də istəməsən də..Həqiqətən kim sənin yoxluğuna əhəmiyyət verər dostun? Yox… zamanla o da unudar səni...Hamı kimi...Sən necə hamını unuda bilirsən hamı da səni unudar… Ancaq sadəcə Ailən həqiqətən kədərlənər… Həqiqətən onların ən çox ürəyi yanar… Ama sonra onlar da unudar zamanla… Ağrını zamanla arada xatırlayanlardan olar… qəbul etsən də etməsən də… 5 dəqiqə sonra ölsən kimin vecinə olarsan? Cavab əlində sonunda heç kimin olur… Elə olmasa Qiyamət günü niyə kimsə kimsəni tanımayacaq… Sadəcə sən varsan əslində digər hamı yalandır..Sən və Allah vardır… İstəsən də istəməsən də..

6 şərh

kagizgemiler
həqiqətən belədir zamanla unudarlar.unutmasalar belə həyat davam edir deyib davam edərlər əslində bu həyatın qanunudur.amma içində yaşamalısan kimilərinsə.istənilən halda həyat əbədi deyil.axirətə hazır olmaq gərəkdir.şoxsağolun
pascal
Sən əbədi yadda qalmaq istəyirsən...? :)) Buna görə, insanların yaddaşında əbədi qalmaq üçün, yaxşı mənada nəsə eləməlisən. :)
İnsan fanidir. Gəldi-gedərdir. Necə unutmuşuqsa, eləcə də unudulacağıq. İstəsək də...istəməsək də. Yalnız, qəhrəmanlar, xalqı üçün yararlı iş görənlər əbədi yaddaşlarda qalacaq. Bu gün bizim gözümüzə soxulan yalançı «qəhrəmanlar» yox. Onların ömrü də azdır...uzağı «heykəlləri yıxılana, yalançı qəhrəmanlıqları» üzə çıxana qədər.
Ferbara
Sonunu yaxşı tamamladınız. Yoxsa mən yazacaqdım onu. :)
seyidova
en çox anamın vecine olaram amma zamanla iller keçdikce onun terefindende unudularam daha doğrusu unudulmaram sadece heyat davam elemiş olar adım gelende,wekilimi örende övlad deyende yadlara düşerem.eslinde heç kimi buna göre günahlandırmaq olmaz bu heyatın qanunudu. :(( ölüm haqqdı amma vaxtsız olmasa.
alan
ister istemez hamimiz unudulariq.kim olursa olsun.cunki heyat beledir.aglasanda aglamasanda unutsanda unutmasanda davam edir.
asel
eşitmiş olarsız- ölənlə ölünməz deyirlər belə yerdə. həyat davam edir.