Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

37 üzv, 284 topik

Uşaqlarda antibiotik istifadəsində bilməli olduqlarınız

Antibiotik hansı hallarda istifadə olunmalıdır?
İnfeksion xəstəliklər ümumiyyətlə ya bakteriya ya da viruslar səbəbindən yaranır. Qrip, soyuqdəymə, suçiçəyi, qulaq dibi kimi xəstəliklər virusların səbəb olduğu xəstəliklərdir. Bu cür xəstəliklərdə antibiotik istifadəsi lazımsızdır. Çünki bu zaman immun sistemi viruslarla mübarizə aparır və sizin yalnız müalicəyə dəstək olaraq bol su içmək, istirahət etmək, lazım olarsa, istilik salıcı və ağrıkəsici dərmanlar qəbul etmək kimi üsullardan istifadə etməyiniz kifayətdir. Uşaqlarda 6 ay- 2 yaş arasında ildə təxminən 5-8 dəfə rast gəlinən yuxarı tənəffüs yolu infeksiyası 80-90% virus mənşəlidir və buna görə də antibiotik istifadəsinə ehtiyac yoxdur. Ancaq bakterial xəstəliklər zamanı antibiotik istifadəsi lazım olur. Orta qulaq infeksiyası, boğazda bakteriyaların səbəb olduğu infeksiyalar, ağciyər iltihabı və idrar yolu infeksiyası kimi hallarda antibiotik istifadə olunmalıdır. Uşaqlarda olan xəstəliyin səbəbinin bakteriyalar olduğu müəyyənləşdikdən sonra mütləq həkim məsləhəti ilə antibiotik qəbuluna başlanılmalıdır.

Davamı →

Uşaqlarda antibiotik istifadəsi necə olmalıdır ?

Antibiotik müalicəsinin viral infeksiyalardan çox bakterial xəstəliklərdə tətbiq edilməsi tövsiyə olunur. Ehtiyac olmadığı halda antibiotik qəbulu uşaq orqanizmi üçün zərərli hesab olunur. Hansı hallarda uşağa antibiotiklərlə müalicə təyin olunmalıdır? Uşağa hansı antibiotiklər təyin oluna bilər? Bu məqalədə bilməli olduğunuz məsələlərdən danışacağıq.

Davamı →

Yeni doğulmuş körpələrə qulluq

Körpənizi böyüdərkən heç düşünmədiyiniz bir çox vəziyyətlə qarşılaşacaqsınız. Nə edəcəyiniz və ya doğru yolda olduğunuz barədə qərarsız olacaqsınız. Sakitləşin! Hər kəsin yaşadığı bu vəziyyətlər zamanla keçəcək və hər şey öz yerinə düşəcəkdir. Bu müddət ərzində işinizi asanlaşdırmaq üçün bir məqalə təqdim edirik. Budur, «Yeni doğulmuş körpəyə qulluq necədir?» sualına cavablarımız.

Davamı →

Uşaqlarda boy artımına səbəb olan amillər

Boy fiziki inkişafın ən vacib göstəricilərindən biridir. İdeal boya sahib olmaq hər kəsin arzusudur.
Həkimlərin dediyinə görə, boy problemi uşaq yaşlarından başlayaraq özünü göstərməyə başlayır. Boy artımı üçün vitamin və minerallarla zəngin qidalara üstünlük vermək, mütəmadi olaraq idmanla məşğul olmaq əsas şərtdir. Boy artımının ləngiməsinə genetik faktorlarla yanaşı düzgün qidalanmamaq, fiziki hərəkətsizlik, kəllə-beyin travmaları və xroniki xəstəliklər səbəb olur. Eyni zamanda, orqanizmdə hormon çatışmazlığı da fiziki inkişafa mane olan amillərdəndir. Həkimlərin dediyinə görə, boy artımının ləngiməsi 2-5 yaşarası aşkar edilir, ona görə valideynlər uşaqları mütəmadi olaraq müayinədən keçirməli və qidalanmasına xüsusi diqqət yetirməlidirlər.

Davamı →

Yeni doğulan körpənin yuxu rejimi

“Körpə kimi yatmaq” heç deyildiyi kimi rahat yatmaq demək deyil. Bu vəziyyəti çox yaxından müşahidə edirsiniz. Günün çox hissəsini yatmağa sərf edən körpənizdə çox fərqli bir yuxu rejimi var və bu rejimlə əlaqədar suallarınız var. O zaman yeni doğulmuş körpələrdə yuxu ilə bağlı sual və cavablarla buradayıq.

Davamı →

Uşaqlarda qrip virusu

Qrip uşaqlarda ən geniş yayılmış mövsümi xəstəliklərdən biridir. Uşaqlar böyüklərə nisbətən bu virusa 5 dəfə çox yoluxurlar və qrip onlarda daha ciddi ağırlaşmalar yarada bilər. Qripi öz axarına buraxmaq, təkcə xalq təbabəti reseptləri ilə müalicə etmək və ələlxüsus da, xəstəliyin öz-özünə keçməyini gözləmək olmaz. Hər bir valideyn uşaqlarda qripin əlamətlərini, hansı həkimə müraciət etməli olduğunu və profilaktik tədbirləri bilməlidir.  

Davamı →

Dovşan dodaq, qurd ağız körpənin əmizdirilməsi

Dovşan dodaq (yarıq dodaq)-üst dodağın bir yaxud iki tərəfində yarıq olmasıdır. Deformasiya daha çox dodağın sol tərəfində rast gəlir. Qurd ağızda (yarıq damaq) sərt və/və ya yumuşaq damağın orta qismində ara (dəlik) var və beləliklə ağız və burun boşluğu arasında anormal bir əlaqə yaranır.*
Dovşan dodaq və ya qurd ağız, əmizdirməni çətinləşdirən problemlərdir. Lakin, buna baxmayaraq, dovşan dodaqla doğulmuş uşaqlar hətta əməliyyat olunmadan da döşü yaxşı əmir. Qurd ağız isə, südəmizdirmə üçün daha böyük maneələr yaradır.

Davamı →

Ana südü haqqında yalanlar

Yeni ana olmuş təcrübəsiz xanımları ana südü və əmizdirmə mövzusunda əslində, doğru olmayan məlumatlarla yükləyən qohum, dost və tanışlar həmişə var. Onlar sözsüz ki, bu məsləhətləri xoş niyyətlə verirlər və əmizdirmə ilə bağlı yarana biləcək problemlərdən qorumağa çalışırlar. Amma təəssüf ki, bu cür məsləhətlər nəinki yeni olan analara kömək edir, bəzi hallarda onlar üçün problem yaradır. Əgər körpənizi əmizdirməyi qərara almısınızsa, onda mənfi fikirlərə qapılmayın.

Davamı →

Əmizdirənin COVİD-19 yoluxması və müalicəsi

Covid-19 dönəmində əmizdirən ana olmaq, analığın qayğılarına əlavə bir stress yüküdür.⠀
Əgər yoluxma şübhəsi və ya təsdiqi varsa nə etməli?⠀
Panikaya uğramayın! Baxmayaraq ki, virusun özəlliklərindən biri də ona yoluxan insanda panik vəziyyət, həyəcan, ruh düşkünlüyü, nevroz yaratma qabiliyyətidir, özünüzü toplamağa çalışın.⠀
Dərhal həkimə müraciət edin! Bu siz və sizin ailənin adəti üzrə müalicəsi ilə məşğul olan ailə həkiminiz də ola bilər. ⠀⠀
Davamı →