Uşaqların intellektual səviyyəsini artıran qidalar

İntellektuallar dedikdə öz yazı və danışıq qabiliyyəti ilə fərqlənən, məsğul olduqları kompitentlik sahəsindən kənara çıxan, ictimai və digər vacib sahələrdə özlərini sübut edən şəxslər başa düşülür. Onların uğuru yaşadıqları cəmiyyətin göstəricilərinə əsaslanaraq özünü təsdiqləndirmək qabiliyyəti ilə bağlı olur.

Uşaqlar bizim gələcəyimiz olduğundan onların intellektual, hərtərəfli ekspert formada inkişafı, milli-mənəvi dəyərlərə malik bir şəxs kimi formalaşması, vətəninə, elinə, obasına, torpağına bağlılığı və sədaqəti, vətənpərvər olması hamımızın arzusudur. 

Bu arzuya çatmaq üçün isə onlardan sadəcə sağlamlıqlarına və təhsillərinə ciddi fikir vermək tələb olunur. Sağlamlığın, təhsilin və intellekt səviyyəsinin yüksək olması üçün onlar sağlam mühitdə yaşamalı, sağlam həyat tərzində düzgün qidalanmalıdırlar. Müxtəlif mənbələrdə olan məlumatlara görə tərkibində vitaminlər, minerallar, karbohidratlar və s. orqanizim üçün faydalı olan qidalar beyinin normal fəaliyyətinə və intellekt səviyyəsinə müsbət təsir edir.

Appetite jurnalının araşdırmalarına əsasən saqqız yaddaşı möhkəmləndirir. Beyinə gedən qanı artırır. Ağız və diş sağlığı üçün əvəzolunmaz vasitədir. Həkimlər də uşağın intellektual inkişafına müsbət təsir göstərən 10 məhsulun adlarını açıqlayıbalr. Bu məhsullara qızılbalıq, yumurta, yerfındığı, kəpəkli taxıl məhsulları, yulaf, giləmeyvələr, paxlalılar, müxtəlif rənglərdə olan tərəvəzlər, süd və qatıq aid ediblər.

Qızılbalıq. Balığın tərkibində omega-3 yağı olduğuna görə beynin idrak funksiyasını yaxşılaşdırır və intellektual inkişafa müsbət təsir göstərir. 

Yumurta. Yumurtanın sarısında kolin maddəsi var və bu maddə bədənin qidalanmasına lazımdır. O həmdə yaddaşı möhkəmləndirir və yaxşılaşdırır. 

Yerfındığı. Tərkibində beyinin sinir membranlarını qoruyan antioksidant var. Bu məhsul E vitaminin mənbəyi hesab olunur. 

Kəpəkli taxıl məhsulları. Tərkibində qlükoza olduğuna görə beyinin normal funksiyası üçün vacibdir. 

Yulaf. Yulafın tərkibi kalium, sink və minerallarla, E, C, vitaminləri ilə zəngindir. Buda uşaqların intellektual inkişafına müsbət təsir edir.

Giləmeyvələr. Giləmeyvələr yaddaş və beyinin idrak funksiyasını təkmilləşdirir. 

Paxlalılar. Paxlalıların tərkibində zülal və kompleks karbohidratlar vardır. Paxlalılara aid olan yaşıl noxud bədənə enerji verir və bədəni qüvvətləndirir. Dəvətikanı paxlalıların bir növüdür. Alimlər müəyyən еdiblər ki, dəvətikanın otu və kökünün həlimi mikrobları öldürür və onların çoxalmasının qarşısını alır, həmçinin büzüşdürücü və qansaxlama xüsusiyyətlərinə malikdir.

Paxlalıların başqa bir növü isə əkin noxududur. Əkin noxudu qanın təmizlənməsində istifadə edilir. Ümumiyyətlə paxlalılar beyinin normal fəliyyəti ilə bərabər intellektual səviyyənin artmasına olduqca yaxşı təsir edir.

Müxtəlif rənglərdə olan tərəvəzlər. Tərkibində antioksidant maddələr vardır. Yeniləyici funksiyaya malikdir.

Süd və yoqurt. Beyin inkişafı üçün zülal və B vitaminləri ilə zəngindir. 

Yağsız mal əti. Dəmir və sink idrak funksiyasının yaxşılaşmasına kömək edir.

Bir cümlə ilə ifadə etsək yuxarıda adları qeyd olunan məhsullar uşaqların intellektual inkişafı üçün faydalıdır və vacibdir.

0 şərh