Körpənin dırnağı necə tutulmalıdır?

Körpənizin dırnaqlarını kəsmənin ən yaxşı məqamı o yatdığı zamandır. Digər uyğun zaman isə çiməndən sonradır, çünki bu zaman körpənin ilıq suda dırnaqları yumşalır və onları kəsmək övladınızın rahatlığını pozmaz.

Dırnaq tutarkən yetərincə işıq olmasına diqqət yetirin. 
Mütləq məhz körpələr üçün dırnaq qayçısından istifadə edin. Beləcə körpənizin dırnaq ətinə diqqət yetirərək onun dırnaqlarını tuta bilərsiniz.

Körpənizin dırnaqlarını yumru formada kəsməyiniz daha uyğundur.
1 yaşını keçən uşaqlar dırnaqlarını kəsdirmək istəməyəcəklər, çünki onlar artıq dırnaqlarını bədənlərinin bir parçası olaraq qəbul edirlər.

Hətta qeyd olunur ki, dırnaq tutmaq əməliyyatını iki günə də həyata keçirə bilərsiniz. Bir gün bir əlinin dırnaqlarını, digərini isə növbəti gün tuta bilərsiniz.

Körpələrin xüsusilə ilk həftələrdə uzanan və iti olan dırnaqlarına diqqət yetirilməsi zəruridir. Ilk həftələrdə sürətlə uzanan dırnaqlara əgər diqqət yetirilməzsə o üzünə və bədəninə dırnaqları ilə zərər verə bilər. Bu dövrlərdə dırnaqları uzandıqca kəsmək və körpənizə əlcək geyindirmək məsləhət görülür.

0 şərh