Hamiləlikdə körpənin zehni inkişafını artırmağın 5 yolu

Hamiləlik müddətində körpənin sağlam dünyaya gəlməsi üçün nələr etməli olduğunuz barəsində hər yerdə danışılır. Ancaq ən vacib olan körpənin zehni inkişafıdır və ümumilikdə bu barədə çox az məlumat verilir.

Mütəxəssislər irsi genlərin körpənin zəka səviyyəsini təyin edən ən əhəmiyyətli fakt olduğunu deyirlər. Ancaq buna baxmayaraq, ana namizədlərinin bu inkişafa töhfə verməsi də mümkündür. Körpənizin beyin gücünün inkişafı üçün aşağıdakıları edə biləsiniz:

Omega — 3
Hamilə analar körpələrinin zehni inkişafı üçün həftə ərzində 340 qr balıq yeməlidirlər. Ancaq yüksək miqdarda civə ehtiva edən tuna balığının əvəzinə, qızıl balıq, siyənək kimi civə nisbəti az olan balıqlar yesələr, daha yaxşı olar. Bəzi xüsusi qidaların tərkibində də Omega-3 var, buna görə də onlardan da yeməyinizi məsləhət görürük.

Hərəkətlilik
Hamiləlik müddətində hərəkətdə olmaq çox vacibdir. Məşq etmək, dölə gedən qan dövranını artırır və qidaların, oksigenin daha təsirli daşınmasını təmin edir. Hansı hərəkətləri nə qədər etməli olduğunuzu həkiminizlə məsləhətləşmədən etməyin.



Hormonlar
Mütəxəssislər ana bətnində tiroid hormonlarının ilkin mərhələdən etibarən fəaliyyətdə olmasının yaxşı göstərici olduğunu deyirlər. Kifayət qədər aktiv olmayan və fəaliyyətini davam etdirməyən tiroid vəzisinə sahib anaların dünyaya gətirdiyi körpələrdə IQ-nün faiz dərəcəsi çox aşağı olur.

Stresdən uzaq durun
Hamiləlik müddətində yoldaşınızla problemləriniz varsa, onlardan uzaqlaşmağa və tez bir zamanda həll etməyə çalışın. Stress körpənizin zehni inkişafına mənfi təsir göstərir.

Ana südü vacibdir
Tədqiqatlar nəticəsində məlum olub ki, ən az 10 ay ana südü qəbul edən uşaqlar 18 aylıq olanda digər uşaqlara nisbətən daha yaxşı inkişaf etmiş olur. Balıqda olan Omega-3 kimi yağlar südə qarışır və bu da körpənizə müsbət təsir göstərir. Günümüzdə hazır alınan uşaq yeməklərində bu yağlar olsa da, ana südü hələ kəşf olunmayıb.

leydi.az

0 şərh