Ana südü ilə qidalanan körpənin aclıq əlamətləri

Körpələr əmizdirilməyə hazır olduqlarını müxtəlif əlamətlərlə bildirirlər. Körpənizin hərəkətlərinə fikir versəniz əmizdirmə prosesi hər ikiniz üçün asan və uğurlu olar, həm də bu prosesdən ikiniz də razı qalarsınız.

Körpənizin ac olduğunu anlamaq üçün heç də ağlamağını gözləməyin. Ağlamaq körpənin ac olduğunu bildirmək üçün əl atdığı ən sonuncu vasitədir.

Körpənin ac olduğunu göstərən əsas əlamətlər aşağıdakılardır:
  • Oyanıqlıq
  • Yumşaq səslər çıxarmaq
  • Ağız gəzdirmək (dodaqları yalamaq, dili bayıra çıxarmaq)
  • Döşə sarı can atmaq (başını döşə tərəf çevirmək və ağzını açmaq)
  • Əlini ağzına aparmaq
  • Yavaş-yavaş ağlamaq və getdikcə daha da güclənmək

Çalışın körpənizin verdiyi xəbərdarlıqlara əvvəlcədən fikir verəsiniz. Uşağınızı ağlamağa qoymayın, onu əmizdirməyə başlayın.

Müəllif: Vergie Hughes( RN, MS, IBCLC, FILCA) əmizdirmə məsləhətçisi, «Lactation Education Resources» proqram direktorudur.
Tərcümə edən: Həmidə AğaHüseynova, Əmizdirən ana, «VİBaby» layihəsinin üzvü.

0 şərh