Kaprizli uşaqlar

Uşaqların istədiklərini və istəmədiklərini bilmək çətindir. Onların dünən sevdikləri yeməyi bu gün sevməmələri olduqca adi haldır. Əgər uşağınız kaprizli yemək mərhələsindən keçirsə, yemək vaxtları həqiqi imtahana çevrilə bilər.
Uşaqların demək olar yarısı kaprizlidirlər və bir çox uşağın bəhanəli günləri olur. Bunun təbii olmasına və sizin bu mövzuda tək olmadığınıza baxmayaraq, üzünü hər şeydən çevirən uşağı idarə etmək müxtəlif, balanslı pəhrizi təmin etməyə çətinlik yarada bilər. kaprizli uşaqlar
Kaprizli uşağı təşviq etmək üçün məsləhətlər
Uşağınızın yemək vaxtını onların ətrafında təşkil etməyə başlayın: onlar ac olanda onları yedizdirin və bu təbii modeli onların gündəlik rejimi olaraq istifadə edin.
Uşağınızı tələsdirməyin. Onları özlərinə məxsus tərzdə yemək yemələrinə icazə verin və boşqablarını təmizləməyi təkid etməyin. Yemək vaxtı rahat və əyləncəli olmalıdır — hər hansı bir əlavə təzyiq iştahanı aşağı sala və kaprizə səbəb ola bilər.
Əgər uşağınız yeməyi birinci dəfə qəbul etməyibsə, bu yeməyi bir neçə gündən sonra yenidən verin. İmtina etməyin — bəzi yeməklər qəbul olunmazdan əvvəl 15 cəhdə qədər davam edə bilərlər.
Uşağınızın yemək yemə mühiti sakit olmalıdır ki, onlar yeməklərində diqqəti cəmləşdirə bilsinlər — bu o deməkdir ki, TV kimi yayındırıcı vasitələr olmamalıdır.
Kiçik, yeyilə biləcək qədər olan porsiyalarla başlayın ki, onlar bitirdikdə uşaqlarınızı mükafatlandırasınız və yalnız əgər hələ də acdırlarsa əlavə yemək verin.
Uşağınızın gündəlik süd qəbulunu 300 ml qədər məhdudlaşdırın və meyvə şirələrinin və əzmələrin əvəzinə su verin.
Tərəvəzlərdən imtina etmək uşalarda ən çox rast gəlinən yemək problemlərindəndir. Çox da narahat olmayın — siz kaprizli mərhələ keçənə qədər onların sevimli meyvələrini verərək qidalandırıcıları təmin edə bilərsiniz.
Uşağınızı bazarlıq etməyə və yemək bişirməyə kömək etməsi üçün təşviq edin.
Əgər uşağınızın yemək rejimi ailə yemək vaxtı ilə üst-üstə düşürsə, o zaman mümkün olduğu qədər tez-tez bir yerdə yemək yeyin. Sevdiyi insanların yedikləri yeməkdən ləzzət almalarına baxması uşağınızın yeməyin necə dadlı olduğunu anlamasına kömək edə bilər. Yadda saxlayın, bu həmçinin, əksinə də ola bilər: sizin bir yeməyi xoşlamadığınız aşkar görünərsə, uşağınızda da eyni hiss yaranacaq.
Uşağınıza yeməyi bitirdikləri zaman çoxlu mükafatlar verin. Hər ikinizin də yediyi yemək haqqında müsbət danışın — «nyam nyam, bu alma dadlıdır!» və ya «bu ispanaq əladır»  demək uşağınıza yeməyin necə ləzzətli olduğunu göstərə bilər.
Uşaqlar barmaqla yeyilən yeməkləri xoşlayırlar, çünki özləri onu yeyə bilərlər. Barmaqla yeyilən yeməklərə nümunə olaraq aşağıdakıladı demək olar:
  • Kök çubuqları
  • Brokkoli çiçəkləri
  • Düyü tortları
  • Yağlı bulkalar
  • Doğranmış meyvələr
  • Humus ilə kərəviz çubuqları
Uşağınızın zövqünün gündən günə dəyişdiyini görə bilərsiniz, lakin, vacib olan səbrli olmaqdır. Uşağınız əzm ilə kaprizli dövürdəm keçəcək və sağlam, balanslı və qidalandırıcı pəhrizdən həzz almağı öyrənəcək. Daha ətraflı məlumat üçün bizim tələbkar uşaqları idarə etmək haqqında məqaləmizi oxuyun.
Qeyd: Əgər uşağınızda qəbizlik varsa və ya anemikdirsə, bu uşağın qidalardan imtina etməsinə səbəb ola bilər: bu halda ən yaxşısı həkiminizlə danışın
 
Mənbə: nutriciaclub.az.

0 şərh