Əmizdirənin COVİD-19 yoluxması və müalicəsi

Covid-19 dönəmində əmizdirən ana olmaq, analığın qayğılarına əlavə bir stress yüküdür.⠀
Əgər yoluxma şübhəsi və ya təsdiqi varsa nə etməli?⠀
Panikaya uğramayın! Baxmayaraq ki, virusun özəlliklərindən biri də ona yoluxan insanda panik vəziyyət, həyəcan, ruh düşkünlüyü, nevroz yaratma qabiliyyətidir, özünüzü toplamağa çalışın.⠀
Dərhal həkimə müraciət edin! Bu siz və sizin ailənin adəti üzrə müalicəsi ilə məşğul olan ailə həkiminiz də ola bilər. ⠀⠀ Əmizdirənin COVİD-19 yoluxması və müalicəsi
Əmizdirməni davam edin! Çünki, virusun ana südü ilə keçmə qabiliyyəti yoxdur. Lakin mütləq şəkildə körpə ilə təmasdan öncə geniş təşviq edilən gigiyena qaydalarına riayət edin-maska, təmiz əllər və s. Körpəyə sizin selikli qışanıza-göz, ağız, burnunuza toxunmağa icazə verməyin. Ümumiyyətlə üzünüzə toxunmasın.⠀
Dərmanların uyğunluğunu yoxlayın! Həkimə mütləq əmizdirən ana olduğunuzu bildirin. Əgər həkim sizə müalicə yazdıqda süddən kəsməyi tövsiyə edirsə, həkimdən sizə hamilələrə uyğun müalicə və preparatlar yazmağı xahiş edin.⠀

QIZIL QAYDA: hamilələrin istifadəsinə icazə olan bütün dərmanlar əmizdirən analara da uyğundur.
Hamilələrin Coviddən müalicə üsulları var və onları müalicə zamanı heç kim aborta yollamır! Eyni yanaşma əmizdirən analara da şamil edilməlidir. Çünki, ana südünün pandemiya dövründə əhəmiyyəti körpə üçün mühümdür. ⠀
Əgər həkim əmizdirməni dayandırmağı israr edirsə, dərmanları beynəlxalq məlumat bazalarında yoxlayın. Bu mənbələr dərmanların əmizdirən anaya olan təsirini uzun illərdir ki, öyrənirlər. Hətta içliyində “əmizdirənlərə qətiyyən olmaz” dərmanların həmin mənbələrdə əmizdirənlər üçün tamamilə təhlükəsiz olduğunu tapa bilərsiniz. Bu cür təzadın səbəbi odur ki, dərman istehsal edən şirkətlər həmin dərmanın əmizdirənlərə olan təsirini öyrənmir və özünü sığortalamaq üçün belə bir yazını içliyə daxil edir.

Covid-19 ilə yoluxmuş bir sıra analardan müraciətlər aldıq son həftələrdə və məlum oldu ki, əksərinin müalicə həkimi müalicə müddətində əmizdirməni dayandırmağı tövsiyə etmişlər. Halbuki, bir çoxuna təyin edilən dərmanların heç biri əmizdirməyə zidd deyildi. Digər bir qisminə isə əmizdirməyə uyğun olmayan elə preparatlar yazılmışdır, onların təhlükəsiz əvəzləyiciləri mövcuddur. ⠀
Koronavirus üzrə püxtələşən dəyərli terapevtimiz Dr. Fərəh Məmmədxanovanın korreksiyası ilə həmin analar əmizdirməni dayandırmadan müalicəni davam edə bildilər. ⠀
Həmçinin bundan öncəki yazılarımızda qeyd etdiyimiz beynəlxalq dərman məlumat bazaları ilə də sıx işlədik və analara tövsiyələrimizi verdik.⠀
 
Nəticədə koronavirus müalicəsində ən çox tövsiyə edilən dərmanların müəyyən qisminin əmizdirməyə uyğun siyahısını tərtib etdik:⠀

✅Ringer⠀
✅Vitamin C⠀
✅Deksametazon⠀
✅Sulfokamfokain⠀
✅Seftriakson (Цефтриаксон)⠀
✅Vitamin D3⠀
✅Azitromisin (Азитромици́н)⠀
✅Parasetamol⠀
✅Erqoferon⠀
✅Flunoli ⠀
✅Depovit⠀
✅İmmunitex⠀
✅Kardio maqnil⠀
✅Zn (sink)⠀
✅АЦЦ⠀

Qeyd: Arbivir və ya Arbidol  olmaz lakin bunları ya anaferon, ya erqoferon, ya viferon ya da engistol ilə də əvəzləmək olar!⠀

Sonda isə ən geniş soruşulan suallara qısa cavablar:⠀

Qızdırmalı halda əmizdirmək olarmı?⠀
Bəli ⠀
Koronavirusa yoluxan əmizdirə bilərmi?⠀
Bəli⠀
Koronavirusa yoluxan təbii doğuş edə bilərmi?⠀
Bəli⠀
Koronavirusa yoluxanı körpədən ayırmaq gərəkdirmi?⠀
Xeyr⠀
 
 
 
Müəllif: Səltənət Zülfüqarova
Mənbə: anasudu.az

0 şərh