Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

37 üzv, 204 topik

Körpələrin immunitetin qaldıraq

İmmunitet orqanizmin yad amillərə, infeksiya törədicilərinə qarşı dözümlülüyü, müdafiəsidir. Bu dözümlülük uşaq və yaşlılarda zəif olur. Bunu belə izah etmək olar: Uşaqlarda immun sistemin formalaşmağa başlaması təxminən 2 ayda başlasa da, 8-14 yaşlarda başa çatır. Yəni uşaqlarda immun sistemin zəifliyi – onun formalaşmaqda olması, tam yetkin olmaması ilə izah olunur. Yaşlı insanlarda isə digər toxumalar kimi immun sistemi də qocalır.
Uşaqlarda immun sistemi zəiflədən amillər aşağıdakılardır:
Ana südünün verilməməsi və ya qısa müddətdə verilməsi; Məlumdur ki, ana südündə yüksək miqdarda immun cisimciklər, İgA, İgM və s. mövcuddur. Ana südü ilə qidalanma bütün bu qoruyucuların süd vasitəsilə körpəyə keçib onu qorumağa səbəb olur. Həm də optimal temperaturda olduğundan zülal maddələr parçalanmadan orqanizmə daxil olur, asan sorulur, asan həzm olunur.

Davamı →

Uşaqlarda dirsək çıxığı

Dirsək oynağının çıxığı 5 yaşadək uşaqlarda ən çox rast gələn hallardan biridir. Dirsək oynağının çıxığı mil sümüyünün oynaqdakı normal vəziyyətindən kənara çıxması nəticəsində baş verir.
Çıxıq uşağı əlindən sərt dartanda yaxud bir əlindən tutaraq yuxarı qaldıranda əmələ gəlir. Bu, həmçinin uşaq yıxıldığı zaman da baş verə bilər. Yerindən çıxmış sümüyü travmatoloq yerinə sala bilər. Əgər bu, vaxtında baş verərsə, gələcəkdə heç bir ağırlaşma baş verməyəcək.Bunu həkim-pediatr Həmid Hacıağayev açıqlayıb.
Davamı →

Uşaqlarda qızdırmanı necə düzgün ölçməli?

Hərarətin ölçülməsi ən sadə tibbi manipulyasiya olsa da bir çox valideynlər bunu düzgün etmir.
Tanınmış ukraynalı pediatr Evgeniy Komarovskiy öz verlişlərinin birində bu haqda çox geniş məlumat verib. Həkimin tövsiyələri ilə sizi tanış edirik:
Hansı nahiyədə ölçmək daha yaxşıdır — qoltuq altında, duz bağırsaqda, dəridə, qulaqda? Qoltuğaltı nahiyəsində ölçmək daha yaxşıdır.
Hansı termometr daha dəqiqdir?Belə hesab olunur ki, civəli termometr ən dəqiqdir. Lakin bütün dünya civəli termometrlərdən imtina edir. Bunun səbəbi onun içində olan civədir. Ümumdünya Səhiyyə Təşkilatı civəni insan sağlamlığı üçün 10 ən ziyanlı kimyəvi maddələrdən biri hesab edir. Bu səbəbdən elektron termometrlərə üstünlük verilməlidir. Termometrin batareyalarını vaxtında dəyişmək lazımdır, əks halda düzgün nəticə olmayacaq.
Davamı →

Körpələrdə yemək və dərman rejimi

Uşağın səhhətinə ana bətnindən, doğulanadək, eləcə də sonrakı dövrlərdə diqqətlə yanaşmaq lazımdır ki, onun orqanizminin və immunitetinin möhkəmliyi təmin olunsun.
Uşağın sağlam inkişaf etməsi əsasən, onun qaydasında qidalanmasından, lazımi vitamin, mineral və digər elementlərin, yeri gələrsə, dərmanların  düzgün qəbul olunmasından çox asılıdır. Bu məqalədə qeyd olunan məqamlardan ətraflı danışılacaq.
Davamı →

Uşağa çox süd verməyin

Süd çox xeyirli məhsuldur. Bunu hamı bilir.
Məhz bu səbəbdən analar uşaqlara israrla süd içizdirməyə çalışır. Lakin onu da nəzərə almaq lazımdır ki, həddən artıq süd içən uşaqda qanazlığının inkişafı riski artmış olur.
Elmi araşdırmalar nəticəsində məlum olub ki, hər gün 2 stəkandan artıq süd içən uşağın qanında dəmirin səviyyəsi düşür.
Davamı →

Uşaqlar niyə pəncə üzərində yeriyir?

Əziz valideynlər hər şeydən öncə övladınızda bu tip hallarla rastlaşırsınızsa, ilk öncə həkim-pediatrla məsləhətləşməlisiniz. Əgər ehtiyac olarsa, o sizi nevroloq və ya travmatoloqa yönləndirə bilər.
Barmaq ucunda gəzmə -Yenicə yeriməyə başlayan uşaqlarda bu fizioloji vəziyyət sayılır və adətən 2-3 yaşına qədər aradan qalxır. Övladınızın 2 yaşına qədər pəncəyə daha çox yüklənib, “barmaq ucunda gəzməsi”, yeriyərkən ayaqlarını içəri və ya çölə doğru atması onurğanın əyriliklərinin hələ tam formalaşmaması, koordinasiya sisteminin hələ tam inkişaf etməməsi ilə bağlı ola bilər və uşağın inkişaf dövründə normal yeriş təmin olunur.
Davamı →

Uşaq zəhərlənibsə

Dərman, kimyəvi vasitələr və s. ilə zəhərlənmə hallarına uşaqlar arasında tez-tez təsadüf edilir.
Bu səbəbdən belə bədbəxt hadisələrin profilaktikası olduqca önəmlidir.
Evdə uşaq üçün potensial təhlükə yaradan hər bir şey (məişət kimyası, kosmetik vasitələr, ətirlər, boya, yapışqan, müxtəlif dərmanlar və s.) uşağın əli çata bilməyən yerlərdə saxlanılmalıdır!
Simptomlar
Uşaqlar tez-tez dərmanlardan zəhərlənirlər. Bunu siz uşağın davranışından şübhələnə bilərsiniz — aktiv və şən olan uşaq birdən-birə əzgin, yuxulu və ya əksinə həddən artıq oyanıqlı, həyacanlı olur, uşaqda, qıcolmalar, huşunun itirilməsi, hətta koma inkişaf edə bilər.
Davamı →

4 Yaşlı uşaqların inkişaf xüsusiyyətləri

Artıq 4 yaşına çatmış uşağınız münasibətlər, cinsiyyət, fərqli irqdən olan insanların fərqlilikləri kimi sosial mövzuların fərqinə varmağa başlayır.Xarici dünyaya atılan uşağınız ətrafda baş verənlər haqqında məlumat sahibi olmaq üçün çox suallar verməyə, başqalarının hissləri və ehtiyyaclarını anlamağa və ünsiyyət qurmağa başlayır.
Bəs 4 yaşlı uşağın digər xüsusiyyətləri nələrdir.
  • Böyük motorik bacarıqları
  • Pilləkənlərdən kömək olmadan enib çıxa bilər.
  • Qaçarkən öz istəyi ilə birdən dayanıb yenidən qaçmağa davam edə bilər.
  • Arxa arxaya yeriyə bilər.
  • Topu atıb tuta bilər.

Davamı →

Autizmin əsas əlamətləri

Erkən yaş dövrü neyro-psixiatrik pozğunluğun əmələ gəldiyi dövrlərdən biridir, əlamətləri ilk 3 ildə özünü biruzə verir. İlkin əlamətləri sosial münasibətlər və ünsiyyət sferasında pozğunluqların olması ilə meydana gələn neyro-psixiatrik pozğunluqdur. Sosial-emosional inkişafda gecikmə və azmalar, danışığın gecikməsi və ya olmaması və təkrarlayıcı davranışlardır.
Bu vəziyyətin əsas klinik xüsusiyyətləri 3 qrupda sıralana bilər:
Davamı →

Rotavirus infeksiyası

Rotavirus infeksiyasi qastroenteritin kəskin formasinan biri olub.Rotavirus tərəfindən törədilir.
Rotavirus bagirsaq infeksiyasi olub ən cox iki üc yaşina qədər usaqlarda yoluxur rotavirus infeksiyasi ən cox payiz yaz aylarinda baş verir. Xəstəliyin yayılmasi əllərin yaxsı yuyulmaması su qidalar vasitəsilə bəzi hallarda hava damci yollada kecir. Rotavirus infeksiyaya cirkli əllər xəstəliyi də deyilir.
ƏLAMƏTLƏRİ: İnkubasion dövür bir günən bes günə kimi davam edir. Yüksək hərarət 39-40C dərəcəyə kimi qalxmasi, qarında tutma səkilli agrılar, ürək bulanma, gün ərzində qusma, sulu ishal, iştahın itməsi, susuzlaşma əlaməti qicolma hallarina kimi gətrib cixara bilər.
Davamı →