Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

35 üzv, 161 topik

Körpənizin qızdırması varsa

Uşaqlarda yüksək qızdırma olanda valideynlər təşvişə düşür və müxtəlif yollarla temperaturu aşağı salmağa çalışırlar. Bu zaman qızdırmasını qətiyyən spirtli kompreslərlə endirmək, yaxud üstünü möhkəm örtmək və qalın geydirmək olmaz. Çünki belə etdikdə uşağın temperaturu daha da yüksəlir.
Qeyd edək ki, 37.4, 37.9 dərəcəli temperatur təhlükəli sayılmır, lakin 38.0, 39.9 dərəcəyə çatırsa, demək, bədəndə qızdırma var. Əgər temperatur 40.0 dərəcədən yuxarıdırsa, mütləq həkimə müraciət etmək lazımdır.

Qızdırmanı salmaq üçün nə etmək olar?
Körpəniz üçaylıqdan kiçikdirsə, həkimə müraciət edin. Lakin bu zaman körpənin üstünü açaraq gözləyin və15 dəqiqə sonra yenidən qızdırmasını ölçün. Qızdırma 39 dərəcə olduqda həkimlə məsləhətləşin. Həmin anda temperaturu salmaq üçün uşağa ilıq duş qəbul etdirin və ya islanmış dəsmalla kompress edin. İlıq duş qəbul etdirərkən onu 15-20 dəqiqə suyun içində oturdun, arxaya doğru uzanmasına icazə verməyin. Suyu uşağın başından aşağı tökməyin, süngəri isladaraq, bədəninin ətrafında gəzdirin.

Dərmanla müalicə
Parasetamol tərkibində aspirin olmayan aktiv maddədir. Aspirindən heç zaman qızdırmadüşürücü kimi istifadə etməyin. Parasetamol 4-6 saatdan bir verilməlidir. Əgər qızdırma parasetamolu verdikdən sonra 38.5 dərəcəyə enərsə, dərmanın vermə müddətini 4 saatdan 3 saata endirmək lazımdır.
Üç aylıqdan kiçik olan körpənin qızdırması varsa, mütləq həkimlə məsləhətləşin və özbaşına dərman verməyin. Qızdırma yüksəlirsə və artıq nəzarət də etmək mümkün deyilsə, uşağı təcili xəstəxanaya çatdırın.


Ardı →
 

Düzgün qidalanma

uşaqların qidalanmasıQidalanma sağlamlığın ən önəmli faktorlarından biridir. Mütəxəssislər bildirirlər ki, əksər xəstəliklər balanslı şəkildə qidalanmamaqdan qaynaqlanır. Xüsusən də uşaqların düzgün qidalanması daha önəmlidir, çünki rejimsiz qidalanan uşaqların zehni və fiziki inkişafında qüsurlar — yaddaşsızlıq, ifrat köklük, şəkər xəstəliyi və s. meydana çıxır. Uşağın lap körpə vaxtından qidalanmasına hər zaman nəzarət etmək lazımdır.

0-6 aylıq körpənin qidalanması: körpə 6 aylıq olana qədər yalnız ana südü içməlidir. Ana südü körpənin fiziki-zehni inkişafı, immunitet sistemini gücləndirdiyi, körpənin xəstəliklərə yoluxma ehtimalını azaltdığı üçün əvəzsiz qida sayılır.

6-9 aylıqda qidalanma: 6 aydan sonra körpəyə ana südü ilə yanaşı, bu qidanı dəstəkləyəcək əlavə qidalar verilə bilər. Əlavə qidalar, əvvəlcə, az miqdarda verilməlidir. Meyvə-tərəvəz püreləri, təzə meyvə şirəsi, qatıq, duzsuz pendir, çörək vermək olar. Çalışın körpəni şokolada, şəkərli qidalara, duz və südlü yeməklərə alışdırmayın.


Ardı →
 

Körpələrin inkişafı | Düzgün qidalanma

Uşaqların inkişafında qidalanmanın rolu önəmlidir. Mütəxəssislər 1 yaşı olmayan körpələrə bal, yumurta ağı, şokolad, kakao, çiyələk, pomidor, kivi, fıstıq əzməsi kimi allergiya potensiallı yüksək qidalar, dəniz məhsulları, kolbasa, sosiska, konserv və dondurulmuş qidalar, qatqılı, duzlu, souslu, ədviyyatlı hazır qidalar, çərəz, saqqız kimi boğulmaya səbəb ola bilən dənəvər qidaların verilməsinin düzgün sayılmadığını bildirirlər. Bu məhsullar allergiya və zəhərlənməyə səbəb ola bilər. 

Səhər və günorta yeməklərinə əlavə edəcəyiniz meyvə püresi körpəniz üçün daha ləzzətli ola bilər. Meyvəni yaxşıca yuyun, qabığını soyub dilimləyərək şüşə sürtgəcdən keçirin. Səhər və günorta payları arasına əlavə etdiyiniz bu meyvə püresi körpəniz üçün daha ləzzətli olacaq.
8 aydan sonra isə mərci, tərəvəz şorbaları hazırlayıb vermək olar. Günorta öynəsində veriləcək tərəvəz şorbasına qış mövsümündə kələm,  ispanaq, kərəviz, gül kələm, təzə paxla və s. əlavə edə bilərsiniz. Körpələrə altıncı aydan etibarən tərəvəz şorbalarına kibrit qutusu böyüklüyündə iki dəfə çəkilmiş yağsız qiymə, yeddinci-səkkizinci ayında isə balıq, mal, toyuq əti əlavə oluna bilər. Səkkizinci və doqquzuncu aylardan sonra körpəyə verilən dolma, plov, makaron, küftə onun iştahasını daha da açır.

 

Körpələri necə yatırmalı?

Körpə dünyaya gələn zaman anaları ilk maraqlandıran məsələ ona necə qulluq etmək, yatızdırmaq, əmizdirmək və başqa qulluq metodları ilə bağlı olur. 
Məşhur “Uşaq və ona göstərilən qulluq” kitabında Spok uşağı doğulduğu gündən üzü üstə yatırtmağı tövsiyə edir. O birilərsə, körpələrin qəfildən ölümü hallarının sayca azalması statistikasını və digər amilləri göstərərək, uşağı arxası üstə yatmağa öyrətməyi məsləhət görür. 
Son illər ərzində bir çox həkim yeni doğulmuş körpələri düz və bərk yerdə, həmçinin dörd qatlanmış bələyin üstündə yatırtmağı məsləhət görür. Onlar öz fikirlərini onurğa sütununun ehtimal olunan əyilməsi, körpə yumşaq yerdə uzandıqda, başının tərləməsi, QÖS (qəfildən ölüm sindromu. Onun səbəbləri, əslində, məlum deyil, yalnız fərziyyələr mövcuddur) profilaktikası ilə əsaslandırırlar.
Ardı →
 

Hamilə xanımları ən çox maraqlandıran suallar

Hormonal, fiziki və psixoloji dəyişiklərin sıx yaşandığı hamiləlik dövrü ilə əlaqədar qadınları maraqlandıran müəyyən mövzular var. Həkim Gürkan Zorlunun hamiləlikdə ən çox soruşulan 15 suala verdiyi cavabları və tövsiyələri aşağıdakılardır: hamiləlik

1. Hamiləlik boyunca hər ay neçə kq  kökəlmək olar?
-Hamiləlik boyunca bədən çəkiniz 9-13 kq arasında artacaq. Hamiləliyinizin ilk 3 ayında 0-3 kq arta bilərsiniz. İlk 3 aydan etibarənsə bədən ağırlığınız da, hər ay 1-1,5 kq artmalıdır.

2. Hamiləlikdə cinsi əlaqə təhlükəlidirmi?
-Daha əvvəlki hamiləliklərinizdə açılış, erkən doğum kimi problemlə qarşılaşmamısınızsa, cinsi əlaqə məhdudlaşdırılmaya bilər. İlk aylarda hamiləliklə bağlı şikayətləriniz, son aylarda da qarın böyüməsi səbəbiylə, cinsi istəyinizdə azalma ola bilər. 3-cü və 6-cı aylar arasında isə hormon səviyyəsindəki artım, hamilə qalma qayğısının olmamasına görə isə cinsi istəkdə artma görülə bilər.

3. Ürək bulanma və qusma məni çox narahat edir, bundan necə xilas ola bilərəm?
Bu vəziyyət sizin üçün stress qaynağı olursa və həyatınıza mənfi təsir edirsə, bu təklifləri diqqətə ala bilərsiniz:
— Səhərlər yataqdan qalxmazdan əvvəl bir neçə duzlu biskvit, ləbləbi kimi quru qidalar yeyə bilərsiniz.
— Xüsusilə qusma yolu ilə maye itirirsinizsə, bol miqdarda su içməlisiniz.
— Qəbiz olmamaq üçün, gündə 6-8 stəkan su için.
— Gündəlik fəaliyyətinizi artırın və hər gün nizamlı olaraq məşq edin.

4. Xüsusilə isti havalarda ayaq biləklərim şişir. Bu vəziyyət hansısa təhlükənin işarəsidirmi?
-Hormonların təsirilə bədəndə su və duz tutulması, ayaq üstə çox qalanda və ya oturanda ayaqlarda şişmə olması normal qəbul edilir. Bu vəziyyətin yaradacağı narahatlığı azaltmaq üçün ayaqlarınızı yuxarı qaldırın, yeməklərinizdə duzu azaldın, rahat ayaqqabı və başmaqlar geyin. Şişliklər sizi çox narahat edirsə, korsetli corablar geyə bilərsiniz.
Ardı →
 

Körpələrin boyu və çəkisi necə olmalıdır?

Xalq arasında yayılmış əfsanələrdən biri kök uşağın sağlam olması barədədir. Ancaq bir çox analar bilmirlər ki, artıq çəki daha çox sağlamlığa təhlükədir. Müəyyən edilib ki, erkən yaşlarda toplanan bədənin artıq kütləsi piyləşmənin inkişafına real imkan yaradır. Birinci il ərzində orqanizmdə formalaşan piy hüceyrələri sonradan demək olar ki, azalmır, o, böyüyür. Kök uşaqlarda infeksiyalara qarşı müqavimət aşağıdır, arterial təzyiq və gündüz temperaturu çox vaxt qalxır, “mərmərə oxşar dəri” və duruş pozuntusu, ayaq altının yastı olması, ayaq əyriliyi, cinsi inkişafda ləngimə müşahidə edilir. Artıq çəkili uşaqlarda bir qayda olaraq tənəffüs xəstəlikləri ağır keçir.


Ardı →
 

Hamilə qadın necə qidalanmalıdır?

İnsan sağlam həyat tərzi üçün ilk növbədə qidasına nəzarət etməlidir. Xüsusilə ana olmağa hazırlaşan xanımların qida menyusu daha diqqətlə seçilməlidir. Adətən hamilə qadınlara deyirlər ki, “sən iki nəfərin əvəzinə yeməlisən”. Görəsən bu doğru fikirdir?
Əslində heç də belə deyil. Həkimlər çox yeməkdənsə, hamilə qadınlara keyfiyyətli və düzgün qidalanmağı məsləhət görür. Çünki bu, bətndəki uşağın inkişafına birbaşa təsir edir. Gələcək körpənin sağlamlığı, çəkisi hamiləlik dövründəki qidalanmadan çox asılıdır.

Ginekoloq Günay Hacıyevanın sözlərinə görə, ilk üç ay ərəfəsində hamilə qadının qidalanması adi haldan çox da fərqlənmir. Sadəcə zülal, karbohidrat və yağların qəbulu lazımdır. Bu zaman bitki mənşəli qidalar, meyvə-tərəvəz, giləmeyvələrdən istifadə edilməlidir. Növbəti aylarda isə menyuda zülalların miqdarı artırılmalıdır.
Ardı →
 

Dayəlik

Heç bir valideyn öz «sərvətini» təsadüfi insana etibar etməz. Yaxşı, ixtisaslı dayə tapmaq isə o qədər də asan iş deyil. Dayə axtarışları adətən, qohum və tanışlar ilə soraqlaşmadan başlayır. Onlardan kim isə lazımlı, etibarlı insan məsləhət görə bilsə, bu, çox yaxşıdır. Lakin bəzi hallarda onlar öz xidmətlərini də təklif edir ki, bu da hər zaman  problemin həllinə kömək etmir. Yaxın adamlardan iş cədvəlinə dəqiq riayət etməyi və uşağa qulluğa aid bütün öhdəliklərin yerinə yetirilməsini tələb etmək asan deyil. İstər-istəməz yaxşı münasibətlərdən istifadə edilərək sizin maraqlarınıza zərər yetiriləcək. Tələb olunan işçini elan ilə də tapmaq mümkündür. Bu zaman seçimi 30-55 yaş arasında, övladları olan (yaxşı olardı ki, uşaqlar artıq böyümüş olsun)  qadınlar arasında aparmağa dəyər. İddiaçı ilə şəxsi görüş zamanı onun haqqında mümkün qədər çox məlumat (İlk növbədə- təhsili haqqında) toplamaq lazımdır.
Ardı →
 

Körpə uşağa qulluğun sirləri

Hər bir övladını yaxından tanıyan, problemlərinə bələd olan valideyn qayğı və diqqəti də hərtərəfli verə bilər. Odur ki, gəlin o məqamlarla tanış olaq.

Göbək

uşaq anadan olanda onun göbəyini qısqancla sıxırlar, bir neçə gündən sonra göbək düşür. Bu vaxt göbəyin üzəri quru, qanlı göz bağlamış olur. Yeni doğulmuş uşağın göbəyinə çox fikir vermək lazımdır, göbək quru və təmiz olmalıdır!
Ardı →
 

Uşağı çimizdirərkən

Körpələr dərilərində kifayət qədər qoruyucu yağ təbəqəsi olmadığı üçün tez üşüyürlər və iqlim dəyişikliyinə uyğunlaşa bilmirlər.Bu isə körpələrin dərisinin qurumasına səbəb olur. Ona görə də hamam suyunun temperaturu 36 dərəcə, otaq temperaturu isə 22-24 dərəcə olmalıdır. Körpə tez üşüdüyü üçün onun çimmə müddəti 5-6 dəqiqədən çox olmamalıdır. Körpəni çimizdirməzdən əvvəl və sonra diqqət edəcəyiniz ən mühüm xüsusiyyətlər bunlardır:
Ardı →