Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

36 üzv, 237 topik

Uşağın çimməsi və tərbiyə

Südəmər uşaq ilk günlər çimməyi xoşlamırlar. O, həmçinin paltarının, döşəkağısının dəyişdirilməsini, böyrü üstə çevrilməsini, ələ götürülməsini və ya çarpayıya qoyulmasını da xoşlamır. Uşaq özünün narazılığını ağlamaq və qışqırmaqla bildirir, əzələlərini gərib müqavimət göstərir.
Uşaq müvazinətinin pozulmasına daha həssasdır və anası onu çarpayıdan götürüb vannaya qoyduqda əzələlərini gərib reaksiya göstərir. Uşaq yumruğunu bərk sıxıb başının yanında saxlayır, yaxud anasının əlindən yapışır.
Davamı →

Körpəni çimizdirmə

Südəmər uşağı hər gün çimdirməli!
Çimmə dərini tərdən və tozdan təmizləyir, insanın bütün bədənini gümrahlaşdırır. Südəmər uşağın dərisini nəinki tərdən, həm də sidikdən və nəcisdən təmizləmək lazımdır. Südəmər uşağın dərisi böyük adamın dərisindən daha zərifdir, buna görə də ona yaxşı qulluq tələb olunur.
Balaca uşaqları da mümkün olduqca hər gün çimdirməli, doğrudur, bunların dərisi südəmər uşağın dərisi kimi zərif deyil, lakin onlar döşəmədə oynayır, iməkləyir və çox bulaşırlar. Uşaq diqqətini cəlb edən şeyləri ələ almaq üçün hərəkət etdikcə bir o qədər çox bulaşır. Bundan başqa, 3 yaşına qədər uşaqların dərisi sidiyə və ya nəcisə batır.
Davamı →

Yenidoğulmuşlarda qəbizlik

Bir çox analar bu problemlə üzləşir. Lakin analar bilməlidir ki, yenidoğulmuş uşaqlarda nəcisin gec-gec ifraz olunması heç də bütün hallarda qəbizliyin əlaməti deyil.

Əgər uşaq ana südü ilə qidalanırsa, o gündə 1 dəfə və hətta bir gündən bir (bəzən daha gec-gec) nəcis ifraz edə bilər. Məsələ burasındadır ki, körpə üçün ən ideal qida olan ana südü uşaq orqanizmi tərəfindən, demək olar, tam mənimsənilir ki, nəticədə ifraz etmək üçün «bir şey» qalmır. Məhz bu səbəbdən yalnız ana südü ilə qidalanan uşaqlar süni qida («smes») alan uşaqlarla müqayisədə adətən daha gec-gec nəcis ifraz edirlər.

Süni qida ana südü ilə müqayisədə tam mənimsənilmir və süni qidalanan uşaqlar daha tez-tez nəcis ifraz edirlər. Lakin bu da çox fərdi bir məsələdir. Süni qida ilə qidalandırılan bir uşaq gündə 2 dəfə, digəri 3 dəfə, digəri isə kiçik miqdarlarla 4-5 dəfə nəcis ifraz edə bilər.
Ardı →

Uşaqların gec dil açması

Danışmaq, ünsiyyət qurmaq insanın sosial həyatında önəmli proseslərdəndir. Səlist danışıq, aydın dil hər kəs tərəfindən xoş qarşılandığı halda kəkələmək, fikrini izah edə bilməmək, ən pis halda isə danışa bilməmək insanlar arasında elə də xoş qarşılanmır. Belə insanlar hər zaman ətrafdakılar tərəfindən «yazıq», «bəxti gətirməyən» adlandırılırlar.

Elə buna görə də körpənin dil açması valideynləri tərəfindən böyük bir sevinclə qarşılanır. Əksər ailələr isə uşaqlarının danışmaq ərəfəsində onların sadəcə susub baxmasını izləyirlər. Lakin hər susan uşaq sonuna kimi danışmayacaq, yaxud dilində qüsuru olacaq demək deyil. Vaxtında nəzarət olunan və aşkarlanan problemləri aradan qaldırılan uşaqlar gələcək həyatlarında da maneələrlə üzləşmirlər.

Nevroloji səbəblər, uşaqlarda anadan gəlmə spastik xəstəliklər, autizm uşaqların gec dil açmasına səbəb olur. Əsasında isə sinir sistemindəki pozğunluqlar durur. Menengit, zədə, damar mənşəli xəstəliklər, əzələ xəstəlikləri, beyinə təsir edən infeksiyalar da uşaqlarda dil və danışma pozuqluğuna səbəb olur.

Loqoped Fəxriyyə Babaşovanın sözlərinə görə, əgər uşaqda baş-beyinlə əlaqəli heç bir xəstəlik yoxdursa, onda uşağın gec danışması elə də qorxulu sayılmır: «Dəqiq olaraq bir yaş deyə bilmərik ki, bu yaşda uşaq mütləq danışacaq. Danışma yaşı uşaqdan-uşağa dəyişən bir prosesdir. Elə uşaq var ki, onlar 4-5 yaşlarında dil açır və heç bir dil problemi olmadan rahat fikrini izah edə bilir.


Ardı →

Körpənizi yelləyərək yatırmayın

Analar uşaqlarını yatıra bilməyəndə ya ayağında yatızdırır, ya da çox sürətlə yellədir. Lakin bu uşaqlarda ciddi təhlükə yaradır. Belə ki, beyin qanamasına səbəb olur.

Beyin pərdələri, beyin içində və ya kəllə ilə saç dərisi arasındakı bütün qanamalara beyin qanaması deyilir. Beyin qanaması əsasən dəhşətli zədə alanda baş verir. Travmadan sonra dəri altında qalan qanamalar uşaqların sağlamlıqlarını riskə atır.
Ardı →

Körpənin bələnməsi və geyindirilməsi

Körpənin birinci paltarı əlbəttə ki, uşaq bezi və bələkdir. Bələyə gəlincə, yaxşı olar ki, hava isti olanda nazik parça bələklərdən, soyuq havada isə flanel bələklərdən istifadə edəsiniz.

Yenidoğulmuş uşaqlar həyatının ilk günlərində əl və ayaqlarını elə vəziyyətdə saxlayırlar ki, sanki bununla onları necə bələmək lazım olduğunu özləri göstərir. Buna görə uşaqlara qoruyucu qolcuqları olan koftalar geyindirir, bədənin aşağı hissəsinə birdəfəlik bez qoyub əsgi ilə bələyirlər. Uşağın ayaqlarını bərk dartmırlar. 2 aylığından başlayaraq uşağa çiynində bağları olan kombinezonlar geyindirə bilərsiniz.

Həkimlər ilk günlərdən başlayaraq geniş bələmə tərəfdarlarıdır. Bu zaman uşağın ayaqları yarımaçıq, rahat vəziyyətdə olur və bud-çanaq oynağı düzgün inkişaf edir.

Uşaq sakitdirsə, onun əllərini bələməmək də olar. Əgər uşaq narahat yatırsa və əllərinin öz-özünə əmələ gələn hərəkətləri ilə özü özünü oyadacaqsa, onda əllərini də bələmək lazımdır.

Körpənin paltarlarının tikişi bayır üzdən olmalıdır ki, tikişlər dərini zədələməsin. Uşaq paltarları körpə üçün rahat olmalıdır. Təbii parçadan (pambıq) geyindirib-soyundurmada asan, gen qollar və enli yaxud düymələnən boyunluq seçimin əsas şərtləri olmalıdır.
Ardı →

Körpəm barmaqların ucunda gəzir...

Bir çox analar bu problemlə üzləşirlər. Təzə yeriməyə başlayan körpə barmaqların ucunda durur və yeriyir.

Uşaq niyə belə edir? Bu hər hansı xəstəlikdir? — analar yorulmadan bu sualları bir birinə, qohumlara, tanışlara verir. Nəticədə ana stress vəziyyətinə düşür, uşağa «düzgün» yeriməyi öyrətməyə çalışır, həkimləri gəzir və s.

Həkimlər belə hesab edirlər ki, yeriməyə başladıqda vaxtaşırı olaraq barmaqların ucunda yerimək, demək olar, bütün uşaqlar üçün xasdır və təbiidir. Belə hesab olunur ki, uşaq bu üsulla dünyanı dərk etməyə çalışır, daha böyük və hündür olmaq istəyir, bəzi hallarda özünü kimə isə oxşatmağa çalışır (hündürdaban ayaqqabıda gəzən anaya, balet iştirakçılarına və s.).

Müasir uşaqların bir çox hissəsi «xodunki»də yeriməyə öyrənir. Bir çox hallarda məhz «xodunki» uşaqda bu vərdişi formalaşdırır — uşağın ayaqları yerə dəymir və uşaq məcburən barmaqların ucunda gəzməli olur. Nəticədə belə vərdiş formalaşır.


Ardı →

Körpəninizi əmzikdən necə imtina etdirməli?

Uşağınız artıq böyüyüb, ancaq əmziyi hələ də ağzından yerə qoymur. Dəfələrlə əmzikdən əl çəkməsinə çalışsanız da bunu bacarmamısınızsa, bu məsləhətinə əməl edin. 

Körpənizin əmzikdən imtina etməsini istəyirsinizsə, bunu cəza kimi etməyin. Əksinə, əmziyi tərgidəndə onu mükafatlandırmalısınız.

Körpənizin əmzikdən istifadəsini azaldın
1 il ərzində sadəcə yatarkən əmzik istifadəsinə icazə verin.  1 ildən sonra tərgitməsinə çalışın.

Əmziyi tərgitməsini cəza kimi tətbiq etməyin
Əmziyi tərgidərkən sanki körpənizlə birgə qərar verirmişsiniz kimi onunla danışın. Əmziyi yastığın altına qoyub, sonra “mələklər gəlib apardı” deyə bilərsiniz.

Əmziyi tərgitdiyi üçün körpənizi mükafatlandırın
Böyüdüyü üçün onunla qürur duyduğunuzu, onunla fəxr etdiyinizi deyin.

Əgər əmzik vermədiyiniz üçün əsəbləşirsə, hisslərini ifadə etməsi üçün ona kömək edin. Qucaqlayın və artıq böyüdüyünü deyin.

Yazar: Fərizə Əhmədova


Davamı →

Gənc Analar üçün nələri bilmək vacibdir

1. Körpəni çarpayıdan götürməmişdən öncə əllərinizi onun kürək tərəfinə keçirib bir qədər gözləyin.Uşaq dayaq olduğunu mütləq hiss etməlidir.Eyni hərəkəti körpəni uşaq arabasına qoyduğunuz zaman da edin.

2. Əgər körpə diksinirsə, o zaman gecəlik əllərini də bələyin.

3. Ağlayan uşağı yedirtmək olmaz. İlk olaraq onu sakitləşdirmək lazımdır.Əks halda yemək yemə prosesi uşaq üçün zövq verməyəcək və o döşü pis götürəcək.


Ardı →