Körpənizi yatıraraq yedirməyin

Bəzi analar körpəni qucaqlarına almaq əvəzinə, arxasına yastıq qoyaraq və ya yatıraraq yemək verirlər ki, onun sağ-solu kirlənməsin. Lakin bu cür yedirmə üsulu körpənin boğulmasına səbəb olur. Böyüklərin hər hansı qidanı yatdığı yerdə yeməsi mümkün olmadığı kimi, körpənin də bu cür qidalanması mümkün deyil. Belə hallarda körpələr ağciyərlərinə qida qaçması nəticəsində zökəm olurlar. Çünki ana südündən başqa uşağa verilən bütün qidalar hökmən sterilizə edilməlidir. Hər hansı bir qida maddəsinin sterilizə olunmadan ağciyərlərə qaçması bir çox infeksion xəstəliklərin meydana gəlməsinə səbəb olur.
Bəzən körpələr nəfəs borularına qida getməsi nəticəsində ölümlə də üzləşirlər. Ən təhlükəlisi isə budur ki, belə hallar çox ani olaraq baş verir. Belə hallarda nə ananın, nə də həkimin yardımı körpənin köməyinə çatmır. Ona görə də körpəyə yemək yedirərkən tənbəllik etmək olmaz.
Bəzənsə körpə özünü uzanmış vəziyyətdən xilas etmək üçün ağzına qoyulan qidaları saxlayaraq udmur və ya ağzından çıxarır. Əslində o bu addımı boğulmamaq üçün atır

0 şərh