Hamiləlik dövründə təhlükəli vəziyyətlər

Hamiləlikdə  ana və körpənin sağlamlığı üçün təhlükəli vəziyyətlər bunlardır :

RH  uyuşmazlığı

Rentgen

Dərman qəbulu

Siqaret və alkoqol qəbulu

Ananın yaşı  və doğum sayı

Hamiləlik müddətinin uzanması

Erkən doğum

Hamiləlikdə qanaxmalar

RH  uyuşmazlığı : RH faktoru qanda eritrositlərdə   tapılan bir maddədir.İnsanların 85 % də qanda bu faktor mövcuddur.Bu insanlar  RH (+) dir. İnsanların 15 % də isə bu faktor yoxdur və bu hal RH ( -) adlanır.Hər iki vəziyyət normaldır.Ananın qanı Rh (-), atanın qanı RH ( + ) olduğu zaman, dölün RH (+) olması nəticəsində qan uyuşmazlığı vəziyyəti ortaya çıxır.Dölün qanı ilə ana qanının təmas etməsi nəticəsində ana qanındakı dölün RH -ına qarşı əmələ gəlmiş antitellər dölün eritrositlərini parçalayır.Döldə patoloji sarılıq ortaya çıxır.Lazımi tədbirlər alınmazsa döl doğumdan öncə və ya doğulduqdan sonra ilk  7 gün içində tələf olur, və ya şikəstlik əmələ gələ bilir.Bunun qarşısını almaq üçün körpənin qanı dəyişdirilməlidir. Bu cür vəziyyət  2 — ci hamiləlidə baş verir.İlk hamiləlikdə isə yalnız sensibilizasiya prosesi gedir, və döl zədələnmir .Əgər qadın və kişidə RH uyuşmazlığı  varsa, hamiləliyin 28 — ci həftəsində Kumbs testi yoxlanmalıdır.Əgər qadınla dölün rezusu uyğun deyilsə, ilk doğuşdan həmən sonra qadın müalicə olunmalıdır, antitellərin titri azaldılmalıdır.Əks halda ikinci hamiləlikdə qadın orqanizmindəki antitellər dölün eritrositlərini parçalayaraq arzuolunmaz vəziyyət yaradacaq.

Rentgen: Hamiləlik dövründə qadının rentgen şüalarına məruz qalması döldə eybəcərlik, şikəstlik, əqli gerilik kimi problemlərin ortaya çıxmasına səbə ola bilər. xüsusilə də ilk trimestrdə ( ilk 3 ay ) — bu dövrdə dölün orqanları  əmələ gəldiyi üçün   rentgen şüaları çox zədələyici ola bilir.

Dərman qəbulu  : Hamiləlik dövründə qadının qəbul etdiyi dərmanlar, plasenta vasitəsilə dölə keçərək zədələyici təsir göstərir. Xüsusilə ilk 3 ayda qadınlar həkimin xəbəri olmadan dərman qəbul etməkdən çəkinməlidirlər.

Siqaret və alkoqol  : Hamiləlik dövründə siqaret çəkmək, hətta  siqaret çəkilən məkanlarda olmaq ( passiv siqaret çəkmə) dölə mənfi yöndə  təsir edir.Siqaretin tərkibindəki nikotin  maddəsi plaenta ilə dölə keçə bilir, erkən doğuma  səbəb olur.Alkoqol da  qan dövranı ilə dölə çataraq onu öz zədələyici təsirinə məruz qoyur.

Ananın yaşı  və doğum sayı :  Bir qadının həm öz, həm körpəsinin sağlamlığı baxımından doğum üçün münasib yaşı 18-35 yaşlardır.18 yaşda  qədər qadın orqanizmi öz fizioloji inkişafını tamamlamağa çalışır.35 yaşdan sonrakı hamiləliklərdə isə bəzi risqlər daşıyır ( çətin doğum,hamiləlik toksikozları) 18 yaşdan kiçik və 35 yaşdan yuxarı hamilə qadınlar mütləq hamiləliyi həkimin daimi kontrolu altında keçirməli və doğumu xəstəxana şəraitində etməlidirlər.Doğuşdan sonra orqanizmin özünü toplaması 2 il çəkir.Bu müddətdən az ara ilə doğumlar anada anemiya, qidalanma pozulmaları,təzyiqin yüksəlməsi, erkən doğumlar, düşüklər, bəzən ölü doğumlar, körpdə inkişaf pozulmaları ilə nəticələnə bilir.Bu baxımdan iki doğum arasında ən az 2 il ara vermək ana və körpənin sağlığı üçün lazımdır.

Hamiləlik müddətinin uzanması : Hamiləliyin normal müddəti 40 həftədir.Bu müddət bir həftə və daha artıq gecikərək  doğulan körpələrə postmature körpə deyilir.Bu körpələr 1-3 həftəlik uşaqlara oxşayırlar.Səbəblər arasında ananın şəkər xəstəliyi, çox doğuşların olması, plasentanın çatışmazlığı, dölün ana bətnində yerləşmə şəkli  vardır.Gözlənən  döğum tarixi 7 gün və daha artıq keçərsə plasentar çatışmazlığa bağlı döl ölümləri və doğulduqdan sonra  ilk 7 gün ərzində körpənin ölümü baş verə bilər.Bunun qarşısını almaq üçün gözlənən tarixin 5 günü keçməsi zamanı doğum  sancıları süni başladılmalı və ya döl kesar əməliyyatı ilə götürülməlidir.

Erkən doğum: Hamiləliyin 28-38 həftələri arasında  doğuş prosesinin başlamasıdır.Erkən doğulan körpələrin çəkisi 2500 qr — dan az olur, bu körpələr premature adlanır.Onlar infeksiyadan qorunmaq üçün küvetə qoylur.Səbəbləri uterusun anomaliyaları, çoxlu hamiləliklər, ananın  düzün qidalanmaması, doğum öncəsi qanxmalar, həddən artıq yorğunluq, siqaret şəkmə, ana qarnına xaricdən travmalar  ola bilər.

Hamiləlikdə qanaxmalar :Normal halda hamiləlikdə qanxma olmamalıdır.Qanaxma anormal bir vəziyyət olub, təhlükəlidir.Hamiləliyin ilk yarısında görülən qanamaların səbəbi düşüklər, uşaqlıqdan kənar hamiləlik, serviks və ya vaginadakı yaralardır.Son aylarda görülən qanxmalar plasentar patologiyalardan qaynaqlanır.Bəzilərinin səbəbi bilinmir.Hamilə qadın qanaxma ilə üzləşdikdə təcili həkiminə bildirməlidir. 

.

0 şərh