Uşaqların qaranlıqdan qorxma səbəbləri

Əgər uşaq qaranlıq qorxusundan qurtula bilmirsə, mütləq psixoloqa müraciət edilməli və problem aradan qaldırılmalıdır

Nədənsə, uşaqlar qaranlıqdan daha çox qorxurlar. Bəzən onlara elə gəlir ki, anaları yanında olmasa, heç nə edə bilməzlər.
Bu vəziyyəti aradan qaldırmaq yollarından biri, uşaqların erkən yaşlarında yataq otaqlarını ayırmaq və yuxu saatlarını müəyyənləşdirməkdir. Bu saat sabit olmalıdır, yəni dəyişməməlidir. 2-6 yaşlı uşaqlar üçün yuxu saatı 20.00-21.30, 7-12 yaşlı uşaqlar üçün 20.00-21.30, 15-18 yaşlı uşaqlar üçün isə saat 23.00 olmalıdır.

Həmçinin uşaq saat neçədə yatacağını bilməlidir. Qaranlıq olmasın deyə, uşaq yuxuya gedənə qədər gecə lampasından istifadə etmək olar. Dəhlizin işığı içəri düşürsə, yataq otağı dəyişdirilməli, yaxud qalın pərdə, günəşliklə işığın qarşısı alınmalıdır. Uşağın yatdığı otağın qapısı şüşəlidirsə, mümkün qədər bu şüşələr işığı keçirməyəcək şəkildə olmalıdır. Bütün bunlarla yanaşı, valideyn uşağın nədən narahat olduğunu bilməli və səbəbini aradan qaldırmalıdır.

Qaranlıq qorxusu uşağın yanında qanqaralığı salmaqdan, ailədaxili münaqişələrdən, dəcəllik edəndə onları ağlasığmaz şəkildə qorxutmaqdan, qorxulu şeylər danışmaqdan da irəli gəlir. Əgər uşaq qaranlıq qorxusundan qurtula bilmirsə, mütləq psixoloqa müraciət edilməli və problem aradan qaldırılmalıdır.

0 şərh